XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                        İsrail İrana görə əməliyyatı təxirə saldı .....                        Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır .....                        Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu .....                        Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                       
20-03-2024, 19:40
Millimiz Avropa çempionatında böyükhesablı qələbə qazandı


Millimiz Avropa çempionatında böyükhesablı qələbə qazandı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B liqasının 2-ci qrupunda son oyununu keçirib.
Yığma Moldovadan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Bolqarıstanda keçirdiyi ilk iki görüşündə xal qazana bilməyən komandaların duelindən Azərbaycan yığması böyükhesablı qalibiyyətlə ayrılıb - 4:1. Komandamızın qollarına Ayşən Salamzadə (7-ci dəqiqə), Arzu Cəfərova (25), Vahidə Əlipaşayeva (63) və Xanım Əsədova (78) imza atıblar. Bununla yığmamız qrupu 3 xalla 3-cü pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan seçməsi ilk iki matçında Bolqarıstana 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olub.
19-03-2024, 21:13
Arda Turana şərti həbs cəzası verildi


Arda Turana şərti həbs cəzası verildi

Türkiyə milli futbol komandasının sabiq oyunçusu Arda Turana İspaniyada şərti həbs cəzası verilib.
Qərarı Kataloniya məhkəməsi qəbul edib.
O, vergi cinayətlərinə görə şərti olmaqla bir il həbs cəzası alıb və 630 min avro məbləğində cərimə olunub.
Tərəflər 2015 və 2016-cı illər üzrə gəlir vergisinin ödənilməməsi ilə bağlı iş üzrə razılığa gəliblər. Arda Turan hökmlə razılaşıb.
18-03-2024, 22:31
Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu


Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil ediblər.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi ilə Antalyada iştirak edən sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kiloqram) Sadiq Mustafazadə gümüş, Ruslan Abdullayev (61 kiloqram), Ramik Heybətov (70 kiloqram), Anar Cəfərli (92 kiloqram) və Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıblar.
Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə qadınlardan ibarət millinin 4 üzvü medal əldə edib. Əsmər Cankurtaranla (53 kiloqram) Ruzanna Məmmədova (62 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elvina Kərimzadə (55 kiloqram) və Nərgiz Səmədova (55 kiloqram) isə bürünc medal əldə ediblər.
Həm sərbəst, həm də qadın güləşi üzrə yığmamız komanda hesabında üçüncü olub.
Qeyd edək ki, “Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyub.
17-03-2024, 15:10
Gimnastlarımız beynəlxalq turnirdə qızıl medallar qazandı


Gimnastlarımız beynəlxalq turnirdə qızıl medallar qazandı

Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri növbəti medalları qazanıblar.
Ayrı-ayrı alətlər üzrə böyüklər arasında ilk qaliblər müəyyənləşib.
Komandamızın üzvləri Nikita Simonov qızıl (halqalar), İvan Tixonov qızıl (paralel qollar) və bürünc (halqalar), Rəsul Əhmədzadə qızıl (sərbəst hərəkətlər) və bürünc (paralel qollar), Nazənin Teymurova qızıl (dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Murad Ağarzayev gümüş (sərbəst hərəkətlər) medal qazanıblar.
Yeniyetmələr arasında İlham Salayev qızıl (paralel qollar, halqalar), Hüseyn Qəhrəmanov gümüş (paralel qollar) və bürünc (halqalar), Albina Aliyeva gümüş (dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Leyla Məmmədzadə gümüş (müxtəlif hündürlüklü qollar), Məhəmməd Rüstəmzadə gümüş (sərbəst hərəkətlər), Emin Xankişiyev bürünc (sərbəst hərəkətlər) mükafata sahib çıxıblar.
Gənclər arasında Aydın Əlizadə qızıl (sərbəst hərəkətlər), gümüş (halqalar) və bürünc (paralel qollar), Dəniz Əliyeva isə gümüş (dayaqlı tullanma) medala yiyələnib.
16-03-2024, 16:05
Qurban Qurbanov "Union Berlin" klubundan təklif aldı


Qurban Qurbanov "Union Berlin" klubundan təklif aldı

Azərbaycanın məşhur futbol mütəxəssisi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniya Bundesliqasında mübarizə aparan klubdan təklif alıb.
Supersport.az-ın məlumatına görə, söhbət "Union Berlin" klubundan gedir.
Məlumata görə, alman komandasının rəhbərliyi Leverkuzendə "Bayer"lə qarşılaşan "Qarabağ"ın baş məşqçisiylə görüşüb.
"Bayer"in baş məşqçisi Xabi Alonso Berlin klubunun prezidenti Dirk Zinglerə yeni baş məşqçi olaraq Qurban Qurbanovu məsləhət görüb. "Union"un 20 ildir ki, rəhbəri olan Zingler Leverkuzendə "Qarabağ"ın 52 yaşlı baş məşqçisiylə görüşərək istəyini çatdırıb.
Azərbaycanın məşhur məşqçisi Qurban Qurbanov Almaniya klubunun rəhbərliyinə təşəkkür edib, lakin təklifi qəbul etməyib.
117 yaşa malik "Union Berlin" komandasını hazırda 52 yaşlı Nenad Belitsa çalışdırır. Xorvat mütəxəssis ötən ilin noyabrında gətirilsə də, müqavilənin müddəti göstərilməyib.
Berlin klubu ötən mövsüm Bundesliqada 4-cü olsa da, hazırda çempionatda zəif çıxış edir. "Union" 18 klub sırasında 25 turdan 25 xalla 14-cü pilləni tutur. Bundesliqada 5 ildir yarışan Berlin komandasının futbolçularının qiyməti 149.95 milyon avrodur.
UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer"in baş məşqçisi Xabi Alonso Azərbaycan klubunun Bundesliqada mübarizə aparmağa layiq olduğunu bildirmişdi. Xabi Alonso ilə Qurban Qurbanov arasında dostluq münasibətləri də var.
15-03-2024, 16:10
“Qarabağ”dan ayrılmaq istəmirəm - Qurban Qurbanov


“Qarabağ”dan ayrılmaq istəmirəm - Qurban Qurbanov

“Qarabağ”dan ayrılmaq istəmirəm.
Bunu "Qarabağ" FK-nın baş məşqçisi Qurban Qurbanov həm özünə, həm də futbolçularına Avropa klublarının maraq göstərməsinə münasibət bildirərkən deyib.
“Açığı, hazırda komandamı dəyişmək barədə fikirləşmirəm. Mənim özümə yox, Azərbaycana marağın olmasına sevinirəm. Bu komanda haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə maraqlanırlar. Mən özüm “Qarabağ”a çox bağlıyam, sadiqəm. O ki qaldı futbolçulara, həmişə uğur qazanan heyəti qoruyub saxlamaq istəmişik. Təəssüf ki, bəzən alınmayıb. Bunun da faydası olub. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bunun bizə gələcəkdə ancaq xeyri dəyəcək. Bizdən asılı olan hər şeyi etmişik”, - deyə Qurban Qurbanov qeyd edib.
15-03-2024, 01:05
“Qarabağ”la “Bayer” qarşı-qarşıya


“Qarabağ”la “Bayer” qarşı-qarşıya

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında ikinci hissə başlayıb.
"BayArena" stadionunda oynanılan qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.
14-03-2024, 16:31
Messi xəsarət aldı


Messi xəsarət aldı

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi zədələnib.
Bunu MLS komandasının baş məşqçisi Xerardo Martino açıqlayıb.
Argentinalı mütəxəssis bildirib ki, KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində “Neşvill”ə qarşı keçirilən cavab görüşündə həmyerlisinin əzələsində gərginlik yaranıb. Bu üzdən 50-ci dəqiqədə əvəzlənən 36 yaşlı kapitan martın 16-da MLS-də “Di Si Yunayted”lə qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, cavab görüşündə “Neşvill”i 3:1 (ilk oyun - 2:2) hesabı ilə məğlub edən “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib. Həmin matçda Messi qollardan birinin müəllifi olub.
14-03-2024, 16:10
Ceyhun Bayramov: “Vəziyyət faciəvi şəkildə dəyişməkdədir”


Ceyhun Bayramov: “Vəziyyət faciəvi şəkildə dəyişməkdədir”

Qlobal çətinliklər bir günə ərsəyə gəlməyib, onlar onilliklər ərzində formalaşıb. Bu nəticəyə gəlib çıxmaq üçün müəyyən səbəblər var. Biz bəşəri dəyərlərə əsaslanan təsisatlara güvənirik. Hətta mən düşünürəm ki, bu da kifayət deyil.
Böu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu təşkilatlar, ilk növbədə, özlərində dəyişiklər etməlidir.
“Vəziyyət faciəvi şəkildə dəyişməkdədir. Bugünkü dünya daha çox mürəkkəbliklərlə üzləşir. Bu ,təkcə qarşıdurmalarla məhdudlaşmır”, - deyə C.Bayramov vurğulayıb.
13-03-2024, 17:40
Millimizin üzvləri Astanada 10 medal qazandı


Millimizin üzvləri Astanada 10 medal qazandı[/size]

Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri başa çatıb.
10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 milli komandanın 10 üzvü fəxri kürsüyə qalxıb.
Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Davud Məmmədov (77 kq) çempion olub. İsmayıl Rzayevlə (82 kiloqram) gümüş Əli Quliyev (87 kiloqram) gümüş, Hüseyn Savadovla (55 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram), Təvəkgül Həziyev (67 kiloqram), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə edib.
Beləliklə, komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medalla başa vurub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!