UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 4-01-2019, 14:49
Ukraynada daha iki azərbaycanlının meyiti tapılıb

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızların meyitləri tapılıb.
Butov.az-ın “Report”-a istinadən verdiyi məlumata görə, Xarkovdakı universitetlərdən birində təhsil alan ikinci kurs tələbələri Zeynəb və Buketin meyitləri müvəqqəti yaşadıqları evdə tapılıb.
Polis ilkin baxışda meyitlərin üzərində zərbə izləri aşkar edib. Hazırda araşdırma aparılır. Hər iki tələbə əslən Azərbaycanın Yevlax rayonundan olub, Türkiyənin İzmir şəhərinin sakinləridirlər.
Qeyd edək ki, son illər Ukraynada bir sıra azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması faktı qeydə alınıb. Bu ilin noyabr ayının 19-29 tarixlərində Kiyevdə ezamiyyətə göndərilən Azərbaycanın “Report” İnformasiya Agentliyinin əməkdaşına qarşı gözlənilmədən baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki heç bir nəticə yoxdur.
Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar olaraq, həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!