“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
19-11-2021, 16:26
Bakı polisindən genişmiqyaslı əməliyyat - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 1-dən bu günə kimi Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan həmin şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Həmin şəxslərdən 22-si barəsində məhkəmə orqanları tərəfindən həbs və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan beş nəfəri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin daxil olmuş məlumat əsasında həyata keçirdiyi növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Ramana qəsəbə sakini Əfqan Həbibov yaşadığı evdə qanunsuz olaraq odlu silah gizlətməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Onun mənzilinə baxış zamanı müvafiq sənədləri olmayan yivli “TOZ-8” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb. Əfqan Həbibov silahı bir müddət əvvəl tapdığını, lakin polis əməkdaşlarına təhvil verməyərək özündə saxladığını bildirib.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.



Bütöv.az
18-11-2021, 13:12
DİN Bakıda əməliyyat keçirdi - VIDEO

Yasamal rayonunda son 7 gündə keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən Bütöv.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 7 gündə həyata keçirilən əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılaraq ərazi üzrə şöbə və bölmələrinə gətiriliblər. Əməliyyat nəticəsində paytaxt sakinləri Emin Muradov, Cavad Qasımov, Elman Baxışov, Vaqif Mahmudov, Vüsal Saidov, Eldəniz Ələkbərov, Toğrul Əliyev, Seymur Qənbərov, Nemət Qənbərov və Cavid Məhərrəmov tutulublar. Onların üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

16-11-2021, 13:23
DTX-nin həbs etdiyi sabiq icra başçısı apellyasiya şikayəti verib

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər təqsirləndirilən şəxslər barəsində hökmdən apellyasiya şikayəti verilib.

“Report”un əldə etdiyi məlumata görə, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Şikayətə yaxın günlərdə baxılması gözlənilir.

Qeyd edək ki, DTX əməkdaşları tərəfindən həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev hökmə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilib.

Digər qərarla Gültəkin Sadıqovaya 6 il 6 ay, Telman Zahidova 8 il 3 ay, Əjdər Kərimovaya 8 il 6 ay, Anar Cəfərova 8 il, Vurğun Əkbərova 9 il, Vüqar Nağıyevə 8 il həbs cəzası verilib.

Bütöv.az
15-11-2021, 18:57
Abşeronda müştəri taksi sürücüsünə daşla xəsarət yetirib - VİDEO

Abşeron rayonu Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edilib.

Bu barədə Bütov.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, paytaxtın Nizami rayonunda bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri üzərində olan daş parçası ilə sürücüyə müxtəlif dərəcəli bədən xəsarəti yetirib, daha sonra onun mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elbrus Məhərrəmli saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib və Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

"Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur. Elbrus Məhərrəmlinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə, Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.

14-11-2021, 22:43
Moskvanın səbri tükənir


“Ermənilərə nə qədər yaxşılıq etsən, anlayan deyillər” - Moskvanın səbri tükənir
Məşhur rusiyalı alim və siyasi ekspert Yevgeni Satanovskinin fikrincə, Şuşa yaxınlığındakı postda azərbaycanlı hərbçilərə RQD-5 əl qumbarası atmış Ermənistan vətəndaşı Norayr Mirzoyanın Azərbaycana təhvil veriləcəyi təqdirdə rusiyalı sülhməramlılara hücumlar edəcəklərini bildirən erməni radikalların cavabları verilməlidir.
Xatırladaq ki, erməni terrorçunun gerçəkləşdirdiyi insident nəticəsində çavuş Hafiz Nəsibov və daha iki azərbaycanlı hərbçi yaralanıblar.
"Norayr Mirzoyanın azərbaycanlı hərbçilərə əl qumbarası atmasından sonra erməni radikalların davranışı və bəyanatları gözləniləndir, nümayişkaranədir. Xatırladım ki, İkinci Qarabağ Müharibəsinin başa çatmasının ildönümü münasibətilə Ermənistandakı ultramillətçilər Rusiyanın İrəvandakı səfirliyinin qarşısında nümayiş keçirərək Moskvanı suçlamış, hədələmişdilər", - Satanovski bildirib.
Onun sözlərinə görə, rusiyalı sülhməramlıların Ermənistana təhvil verdikləri N.Mirozoyanın azadlıqda qalacağı və ya çox qısa zamanda azadlığa çıxacağı ilə bağlı Azərbaycanın narahatlığı məntiqi, əsaslıdır.
G.Satanovski hesab edir ki, Rusiyanın qarant olduğu atəşkəsi pozan adam mütləq yerindəcə ləğv edilməli, zərərsizləşdirilməlidir. O adamın kimliyi əsla önəmli deyil. Tarixi təcrübə var.
Həmin insidentdən sonra rusiyalı sülhməramlılara, hansı ölkədə olmasından asılı olmayaraq ruslara və ya rusiyalıların obyektlərinə, rusiyalı sülhməramlılara hücum edəcək istənilən qruplaşma və ya təşkilat fiziki məhv edilməlidir. Belə təhdidlərlə çıxış edən təşkilat və ya qruplaşmanın rəhbərləri, yaxud liderləri isə onların hədələrinin reallaşıb-realllaşmamasından asılı olmayaraq dərhal, təcili şəkildə məhv olunmalıdır. Bunun üçün istənilən gücdən və ya vasitədən istifadə olunmalıdır.
"Bəhs etdiyim sonuc bütün dünyada və regionda aşkar olacaq qaçılmaz reallığa çevrilməlidir. Yerdə qalanlar önəmsizdir. Rusiyalı sülhməramlıları, Rusiyanı hədələyənlərlə bağlı heç bir başqa metod işləmir və işləyən də deyil. Əgər belə təhlükəsizlik rejiminin təminatı üçün regionu sərt güc nəzarətinə almaq gərəkdirsə, deməli, bunu gerçəkləşdirmək lazımdır. Rusiya imperiyası və Sovet İttifaqı bununla uğurla məşğul olurdu", - G.Satanovski bildirib.
O, daha sonra vurğulayıb ki, Qarabağdakı ermənilərin təhlükəsizliyinin, habelə Ermənistanın dövlətçiliyinin təminatı üçün əvvələr heç bir erməni Rusiyaya minnətdar olmamışdısa, indi də minnətdar deyil və gələcəkdə də olmayacaq: "Siyasətdə və milli münasibətlərdə minnətdarlıq ümumiyyətlə, olmur. Kimin üçünsə nəyisə nə qədər çox edirsənsə, nə qədər çox verirsənsə, səni az etməkdə və az yardım göstərməkdə suçlayırlar. Ona görə də hamını və hər kəsi taleyin hökmünə buraxaraq geri çəkilmək istəyirsən".
G.Satanovski xatırladıb ki, 1970-ci illərdə də erməni radikallar Sovet İttifaqında terrorizmlə məşğul olurdular.
Tanınmış rusiyalı ekspert Gennadi Satanovskinin Moskvanın hakimiyyət dairələrinə çox yaxın şəxs olduğunu nəzərə alsaq, onun Ermənistan və ermənilər barədə bu açıqlamaları Rusiyanın da səbrinin tükənməsinə işarə vurulması sayıla bilər.
14-11-2021, 22:25
Fransanın Türkiyəyə qarşı çirkin oyunu...

Fransanın Türkiyəyə qarşı çirkin oyunu Faktlarla ifşa olundu
Türkiyənin TRT telekanalının Fransa kəşfiyyatı və bu ölkənin “Lafarj” şirkəti ilə PKK və İŞİD terror təşkilatları arasındakı əlaqələrdən bəhs edən sənədli filmində diqqətçəkən detallar yer alıb.
Sənədli filmdə “Lafarj”ın Fransanın casus təşkilatları üçün vasitəmi rolunu oynadığı, İŞİD-in şirkətdən gəlir mənbəyi və hərbi planları üçün istifadə etdiyi üzə çıxıb.
İŞİD və PKK-nın 2014-cü ilin avqustunda razılaşma əldə etdiyi və bununla hər iki terror təşkilatının fransız şirkətindən iri həcmdə pul aldığı bildirilib.
Razılaşmaya əsasən “LafarJ”ın PKK və İŞİD-i maliyyələşdirəcəyi və beləliklə də şirkətin Suriyadakı fabrikinin açıq qalacağı müəyyən edilib. Həmin vaxt Fransanın maliyyə naziri olan Mişel Sapinin bu razılaşmadan xəbərdar olduğu da diqqətə çatdırılıb. Sapi üçün Maliyyə Nazirliyinin poçtuna şirkətin İŞİD və PKK ilə əməkdaşlığını əks etdirən sənədin göndərildiyi də deyilib.
Avropa Birliyi (AB) və Fransa hökuməti bundan xəbərdar olsa da, bu barədə “Lafarj”a heç bir xəbərdarlıq edilməyib və bu yöndə tədbir görülməyib.
“Lafarj”ın İŞİD-in əsas gəlir mənbəyi olması ilə yanaşı, təşkilatın hərbi planlarının icrasında mühüm rol oynayan və sementlə tunellər inşa edən baza olduğu da faktlarla sənədləşdirilib.
Digər tərəfdən, sızdırılmış yüzlərlə e-poçt, hesabat və diplomatik sənədlərlə “Lafarj”ın Suriyadakı sement fabrikinin Fransanın casus təşkilatları və xüsusi xidmət orqanları üçün cəbhə rolunu oynadığı da ifşa edilib.(Teleqraf.com)
14-11-2021, 14:15
"Biz terror və diversiya hadisələrinə hazır olmalıyıq"

Konfliktoloq Elxan Mehdiyevin Şuşa ətrafında baş verən terror hadisəsinə münasibətini təqdim edirik:

- Biz bu cür terror və diversiya hadisələrinə hazır olmalıyıq, çünki ermənilərin terror kültürünə xas olması belə halların gələcəkdə daha çox olacağına arqument verir. Üstəlik, son bir il ərzində Ermənistanda və xüsusən erməni nəzarəti altında olan Xankəndidə aparılan nasist təbliğatı bu cür hadısələrin baş verməsi üçün münbit baza yaradır. İkinci bir tərəfdən, həm Ermənistanda və həm də bizim Qarabağda müxtəlif dərnəklər altında indidən terror qurplarının hazırlanması istiqamətində mətbuata da xəbər verilən proseslər gedir. Burada həm oğlanlar və həm də qızlar terror və diversion əməliyyatları aparmaq, silah və qumbara ilə işləmək, gecə şəraitində əməliyyatlar aparmaq, dözümlülük və kəşfiyyat sahəsində təlimlər keçirlər. Yəni bu təlimlərə bu işlərlə məşğul olmaq istəyən könüllü gənclər gəlir və məqsəd də azərbaycanlılar yaşayan ərazilərə girib qətllər törətməklə qisas almaqdır. Bir müddətdən sonra onlar artıq daha münbit şəraitdə fəaliyyətə keçməyə də can atacaqlar.
Üçüncüsü, siz əgər fikir versəniz bu dəqiqə Qarabağda yaşayan hər bir erməninin evində ən azı bir neçə silah və qumbara var. Müharibənin gedişi zamanı o qədər silah və qumbaralar çöllərdə qalmışdı ki, silah əldə etmək problem daşımırdı. Həm də özünü müdafiə adı ilə hər bir ailə silah əldə etmişdi. Bir də fikir verin ki, rəsmi olaraq ermənilər 10 mindən çox fərari olduğunu söyləyir . Və bu fərarilər silahları ilə yox, silahlarını ataraq və bu kəndlərdə və Xankəndidə yaşayanların evlərində qoyaraq qaçmışlar. Xarici TV -lərin Martunidən verdiyi reportajda ermənilərin çarpayılarının altında hər birinin avtomat silahı olduğunu özləri göstərirdilər. Yəqin ki bir neçə bu faktlar nə qədər silah olduğu haqqında müəyyən təsəvvür üçün kifayət edər.
Digər tərəfdən, Azərbaycan öz sərhədinə nəzarət edə bilmir . Laçın yolu açıqdır. Və erməni terrorçu dəstələrinin yüngül silahla ordan gəlməsinə və ya geri getməsinə heç bir maneə yoxdur. Rus qüvvləri onları dedektor ilə yoxlamır. Uzağı onların pasportuna baxır və ya ən yaxşı halda maşının baqajına baxır. Heç kim də baqajda silah gətirmir. Silah gərirməyə də heç bir ehtiyac da yoxdur. Çünki bu cür işlər üçün Qarabağda hər türlü silah və sursat N qədərdir.
İndi bizim anti-terror qüvvələrə da ehtiyacımız olacaq. Biz indi İsraildən daha çox öyrənməliyik. Onlar bu cür Qarabağda baş verən terror halları ilə çox üzləşiblər və ona görə onların təcrübəsi də böyükdur. İlk növbədə onların praktikası terrorçunu yerindəcə məhv etməkdir. Bunu indi Azərbaycan xüsusi qüvvələri də etmək qabiliyyətindədir. Amma, bilavasitə xüsusi anti terror birliklərinin yaradılmasına yaxın gələcəkdə ehtiyac olacaq. Çünki ermənilər bizim kimi 28 il səbrli qalmayacaq, onlar yuxarıda dediyim kimi Azərbaycana qarşı terror və diversiya hərəkətləri ilə qisas almağa çalışacaq. Erməni terroru qisas üzərində qurulub.
14-11-2021, 13:48
Terrorçu bilirdi ki, Rusiya onu Azərbaycana yox, terroru təşkil edənə verəcək...

İlham İsmayıl

Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoydu. Bu mərhələnin adı terrordur. Terror mərhələsinin icraçıları ermənilər, təşkilatçısı isə Rusiyadır! Rusiya sülhməramlıları Azərbaycanda yerləşməyə başladığı gündən vəziyyətin getdikcə yenidən gərginləşəcəyini deyəndə ağzıgöyçəklər dörd bir tərəfdən- “qələbəmizə kölgə salırlar” şüarları ilə üstümüzə düşürdülər. Rusiyanı və erməniləri yaxşı tanıdığımızdan vəziyyətin gərginləşəcəyi, saysız-hesabsız təxribatlar olacağı və terrora keçəcəyi dəfələrlə proqnozlaşdırıldı. Kimi qınayaq son Şuşa terrorunda? Ermənini? Düşmənin adı dəyişməyib, düşmənin adı üstündədir, düşmənin iddiası yerindədir və biz bunu bilirik, elə isə düşmənin düşmənçiliyi niyə təəccüb yaradır?
Elə bil 1988 – 1991-ci illərin Qarabağıdır. Sanki Moskvanın o zamankı Volski idarəetməsi sülhməramlı simasında peyda olub. Ermənilər hər gün bizə qarşı terror törədirdi, biz də Volskiyə şikayət edirdik. Sonralar məlum oldu ki, bu terror hadisələrinin təşkilatçıları, idarə edənləri çox vaxt elə ruslar olub. Kulminasiyası Xocalı qətliamı oldu. Rusiyanın 366-cı alayı ilə birlikdə ermənilər mülki əhaliyə qarşı soyqırımı törətdi. Son Şuşa terroru məşhur QRU ssenarisini xatırladır. Sən hadisəni törədəcəksən, biz səni görüntü üçün tutacağıq, sonra özününkülərə təhvil verəcəyik. Çox tanış ssenaridir. Salatın Əsgərovanı qətl edənləri təhvil verib, sonra geri almaq kimi.
indi də Norayr Mirzoyan olur milli qəhrəman. Artıq erməni teleqram kanalları, mediası Mirzoyanı Tələt paşanın qatili Soqomon Teyleryanla, bu yaxınlarda Türkiyə səfirini qətlə yetirən və Kaliforniya həbsxanasından buraxılan Ambik Sasunyanla müqayisə edirlər. Bütün bunlar məğlub erməninin dirçəlməsinə yardım edən faktorlardır. Bu gün posta qumbara atan sabah Şuşanın özündə terror törədəcək. Ona görə ki, cəza almayacağına əmindir. Terrorçu bilir ki, Rusiya sülhməramlısı onu Azərbaycana yox, terror planını cızana, təşkil edənə təhvil verəcək. Balasanyan kimi bir qatilin təşkilatına verəcək. Sabah Norayr Mirzoyanların sayı sürətlə artacaq və hər birinin hədəfində Azərbaycan Ordusu, Azərbaycan əhalisi olacaq.
Biz müharibədən sonrakı bir il ərzində niyə Xankəndi və ətrafı ilə bağlı rəsmi mövqe bildirməmişik? Niyə rəsmi səlahiyyətlilər bu il ərzində bir dəfə demədilər ki, tezliklə Xocalıya qayıdacağıq? Buna görə də həm sülhməramlılar, həm də separatçı rejim əmin oldu ki, Azərbaycan Qarabağın bu hissəsinə dönmək üçün, bu yerlərdə dövlət nəzarətini bərpa etmək üçün heç bir rəsmi mövqe qoymur. Ona görə də Rusiya Aleksandr Nevski başda olmaqla məlum büstləri və provaslav kilsəni məhz Xocalıda ucaltdı. Büst ucaltmaq, kilsə tikmək nə vaxtdan sülhə xidmət edir? Əgər Rusiya sülhməramlısı orada bir azərbaycanlı yazıçının, bir erməni yazıçısının, bir də rus şairinin büstünü ucaltsaydı deyərdik ki, bu addım millətlərarası sülhə xidmət edir. Yalnız Rusiyaya aid olan məşhur adamların büstlərinin qoyulması isə Rusiyanın imperiya siyasətinin tərkib hissəsi olaraq qəsbkar xarakter daşıdığı kimi dəyərləndirilməlidir.
Sülhməramlılar qarşısında bu terrorçunun təhvil verilməsi ilə bağlı ilk dəqiqədən ciddi danışıqlar aparılmalı idi, təəssüf ki, nə belə bir danışıqlar aparıldığının, nə də rəsmi etirazın şahidi olduq. Sabah da belə bir terror hadisəsinin olacağına şübhəniz qalmasın. Bu terrora qarşı Azərbaycan Ordusu 10 qat artıq cavab verməsə, Xarici işlər nazirliyi terroru himayə etdiyinə görə Rusiya Federasiyasına açıq etiraz edib, sülhməramlı qüvvələrə etirazını bildirməsə, ( bu, bizə üç il yarımdan sonra Rusiya sülhməramlılarından narazılığımızı bildirmək üçün hüquqi əsas verəcək) təhlükəsizlik qüvvələri antiterror əməliyyat keçirib növbəti terrora hazırlaşanları məhv etməsə, düşmən yenə də sülhməramlılarla birlikdə zəncirvari terror hadisələri törədəcəklər.
Bu hadisə göstərdi ki, Türkiyənin Qarabağdakı fəaliyyətini yalnız absurd monitorinq mərkəzi ilə məhdudlaşdırmaqla Rusiya əl-qolunu geniş açaraq erməni terrorçularına sərbəst meydan verməyə müvəffəq olub. Yaranmış situasiya ölkənin Təhlükəsizlik Şurasında müzakirə olunmalı və uyğun qərarlar qəbul olunmalıdır. Məsələyə ciddi və sərt yanaşmadıqca düşmən azğınlaşacaq və növbəti terrora məruz qalacağıq.
14-11-2021, 09:35
Erməni rejissor  terrorçu erməniyə mükafat verəcək


Erməni rejissor Arşak Zakaryanın rəhbərlik etdiyi “Ermənistan milli qvardiyası” adlı təşkilat Şuşa şəhəri yaxınlığında azərbaycanlı hərbçilərə qumbara atan Norayr Mirzoyana 1000 dollar yardım edəcək.
Bu barədə adı çəkilən təşkilatın Facebook səhifəsində bildirilib.
“Ermənistan milli qvardiyası Norayr Mirzoyana (ailəsinə) 1000 dollar verəcək və əlavə təşəbbüslə çıxış edəcək”, deyə erməni rejissorun təşkilatı bəyan edib. Qurum Norayr Mirzoyanı “mübarizə lideri” adlandıraraq “onu tək qoymamaq hamımızın borcudur”, - deyə Ermənistana çağırış edib.
Arşak Zakaryanın QHT kimi fəaliyyət göstərən “Ermənistan milli qvardiyası” təşkilatının əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var. Terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran bu qurum öz çağırışı ilə digər erməniləri Azərbaycana qarşı terrora təşviq edib.
Qeyd edək ki, bu o Arşak Zakaryandır ki, ötən il Vətən Müharibəsindən öncə Azərbaycanı təhdid edərək, işğalçı ambisiyasını ortaya qoymuş və Bakının belə zəbt olunacağı ilə bağlı sərsəm açıqlamalar vermişdi.
Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş Arşak Zakaryanın Kəlbəcər işğal altında olanda orada müəyyən biznesi, restoranı vardı. Arşak Zakaryan 2016-cı ildə baş verən "Aprel döyüşləri" zamanı video çəkərək Azərbaycanı hədələmiş, bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gedib çıxacağını bildirmişdi.
Xatırladaq ki, noyabrın 13-də erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında təxribat törədib. Rəsmi məlumata əsasən, avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan N.Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında maşından düşüb və orada xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə doğru əl qumbarası atıb.
Hadisə nəticəsində üç azərbaycanlı hərbçi xəsarət alıb.
A.Qorxmaz
13-11-2021, 15:51
Yevlax rayonunda tələbə qız oğurlanıb

Yevlax rayonunun Ərəş kəndində məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi yetkinlik yaşına çatmamış Təhməzli Rəvanə Məmməd qızı 12 noyabr 2021-ci il tarixində Allahverdiyev Elgiz Təbriz oğlu və dostları tərəfindən oğurlanıb. Valideynlərinin verdiyi məlumata görə onlar qızı Oğuz rayonunun Söyüdlü kəndinə aparıblar.
Bir sutkaya yaxındır ki, qızın yaxınları Yevlax rayon Polis İdarəsinin qarşısında naçar durumda qalıblar. Onlar Yevlax polisinin hadisəyə çox biganə yanaşdığını, hətta onlara polis tərəfindən təzyiqlər olduğunu bildiriblər. Arada valideynlərinə söz veriblər ki, tezliklə qızı tapacaqlar. Ancaq sonradan qızın yaxınları anlayıblar ki, polis onları “yola verir”. Arada qız anası ilə telefon əlaqəsi saxlayıb və ağlayaraq onu tezliklə quldurların əlindən qurtarmalarını istəyib, yoxsa özünə qəsd edəcəyini söyləyib. Görəsən elmi-texniki tərəqqinin bu qədər inkişaf etdiyi bir dövrdə Yevlax polisi adam oğrularını niyə “tapa bilmir?” Yaxud onların cinayətkarlara qarşı bu qədər humanist davranmaları nədən qaynaqlanır? Yəqin ki bu sula Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi açıq və aydın cavab verəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!