Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                       
18-10-2022, 21:31
Göyçayda 6 yaşlı uşaq atasını güllələdi


Göyçayda 6 yaşlı uşaq atasını güllələdi

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. Butov.az xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub. Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyyə əməliyyatı olunub. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.
17-10-2022, 22:57
İRANI ANCAQ DÜŞMƏNLƏRİ İDARƏ EDİRMİŞ

Vidadi Mustafayev
:


İRANI ANCAQ DÜŞMƏNLƏRİ İDARƏ EDİRMİŞ

İran Məhkəmə Hakimiyyətinin rəisi (İranda Ali Məhkəmənin sədrinin, Baş Prokurorun, Konstitusiya Məhkəməsinin sədrinin bir ÜMUMİ rəisi var və ona Məhkəmə hakimiyyətinin rəisi deyirlər) elan edib ki, İranın Tehranda yerləşən EVİN həbsxanasında (sonra hakimiyyətdəkilərə deyəcəklər bura indi də sənin evin olsun) hələlik 8 ölü və 61 yaralı vermiş yanğın düşmənlər tərəfindən törədilib.
Çox maraqlıdır, sən demə, İranı hər yerdə, özü də rahat şəkildə, düşmənlər idarə edir.
Beləki, xalqın etiraz çıxışlarını dəstəkləyən incəsənət xadimləri də, sən demə, düşmənlər tərəfindən satın alınıb, qızları və qadınları öz ən bəsit şəxsi azadlıqları uğrunda mübarizəyə dümənlər təhrik edib. Tələbələri, şagirdləri etiraz aksiyalarına düşmənlər çıxarır, hətta cəmiyyətin "qaymağı" (xavas deyilən kəsim) da düşmən tərəfindən idarə olunaraq etirazları dəstəkləyir.
Əgər İranda bütün işlərə düşmənlər nəzarət edirsə, onda sual olunur ki, BU BİTMƏYƏN İNQİLAB RƏHBƏRİ, BU HÖKUMƏT KİMƏ VƏ NƏYƏ LAZIMDIR. BƏLKƏ ONLAR DA DÜŞMƏNƏ İŞLƏYİRLƏR.
17-10-2022, 14:19
Beyləqanda gənc oğlan daşla öldürüldü


Beyləqanda gənc oğlan daşla öldürüldü

Oktyabrın 16-sı saat 23 radələrində Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Beyləqan rayon prokurorluğundan verilən məlumatda bildirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün saat 16 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
16-10-2022, 16:12
Astarada 82 yaşlı kişi çayda boğuldu


Astarada 82 yaşlı kişi çayda boğuldu

Astarada 82 yaşlı kişi çayda boğularaq ölüb. Butov.az xəbər verir ki, Ərçivan qəsəbəsində yerli sakin, 1940-cı il təvəllüdlü Baldadaş Mənsur oğlu Cəfərov balıq ovu zamanı ehtiyatsızlıqdan suya yıxılıb. O, köməksiz vəziyyətdə qaldığından suda boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
16-10-2022, 15:51
İki filial müdirini maşın vurub öldürdü


İki filial müdirini maşın vurub öldürdü

Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub. Butov.az xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub. Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.
Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb. Həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.
15-10-2022, 21:03
Polis maşınını yandırmaq istədi - Həbs olundu


Polis maşınını yandırmaq istədi - Həbs olundu

Bakıda 22 yaşlı oğlan polis avtomobilinin üzərinə benzin tökərək yandırmaq istəyib. Butov.az xəbər verir ki, hadisə 2 gün öncə Ağ şəhərdə yerləşən hotellərdən birinin qarşısında baş verib. Belə ki, “Saipa” markalı avtomobilin sürücüsü yolda "ziqzaqvari" hərəkətləri dəfələrlə təkrar edərək sonda əl əyləcindən istifadə edib maşını yolun hərəkət hissəsinin qarşısında saxlayıb. İttihama görə, ərazidə xidmət aparan yol patrul xidmətinin əməkdaşları bunu sürücüyə irad tutub və avtomobilin duracağa aparılacağını bildirib. Lakin avtomobildə olan sürücünün dostu Famil Alxasov (şərti) buna etiraz edərək polislərlə mübahisə etməyə başlayıb. Polis əməkdaşları onu sakitləşdirmək istədikdə o, maşından benzin götürüb. Benzini onların və xidməti polis avtomobilinin üzərinə töküb yandırmaqla hədələyib. Polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Daha sonra əraziyə gələn PPX əməkdaşları F.Alxasovu Xətai Rayon 37-ci Polis Şöbəsinə aparıblar. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələblərinə tabe olmama) protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə F.Alxasovun 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə qərar verib.
15-10-2022, 19:59
Yasamalda intihara cəhd - Vətəndaş özünü yandırmaq istədi


Yasamalda intihara cəhd - Vətəndaş özünü yandırmaq istədi

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində intihara cəhdin qarşısı alınıb. Butov.az-ın məlumatına görə, əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları özünü yandırmaq istəyən şəxsi fikrindən daşındıra biliblər. Hadisəyə səbəb tikintinin söküntüsü ilə bağlı olub. Belə ki, intihara cəhd edən şəxs qanunsuz tikilinin söküntüsünə etiraz olaraq özünü yandırmaq istəyib.
15-10-2022, 19:56
Mingəçevirdə dəhşətli qəza - İki qadın öldü


Mingəçevirdə dəhşətli qəza - İki qadın öldü

Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Butov.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, “VAZ-21014” və KİA markalı avtomobillər toqquşub. Daha sonra KİA yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib. Araşdırma aparılır.
14-10-2022, 16:11
Bakıda kütləvi dava - Dostlar bıçaqlandı


Bakıda kütləvi dava - Dostlar bıçaqlandı

Bakının Nərimanov rayonunda kütləvi dava olub. Butov.az xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisə zamanı iki nəfər ağır bədən xəsarətləri alıb. Məlumata görə, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu kütləvi dava zamanı bıçaqlanıb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.
3-10-2022, 17:39
Yeniyetməni intihar həddinə çatdıran şəxs həbs edildi


Yeniyetməni intihar həddinə çatdıran şəxs həbs edildi

2022-ci ilin 29 sentyabrda Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərində quraşdırılmış körpünün üzərinə çıxaraq oradan intihara cəhd etməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə rayon prokurorluğundan məluat verilib. Araşdırmalarla barəsində məhkəmədə cinayət işi olan Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 299.2 (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Zaur Təhməzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!