“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
23-04-2024, 16:09
Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı


Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı

2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.
Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən məlumat verilib.
İki ölkənin ekspert qruplarının işi davam edir.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.
22-04-2024, 23:41
Prezidentin Rusiyaya səfəri başa çatdı


Prezidentin Rusiyaya səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
Bu barədə rəsmi dövlət agentliyinin saytında məlumat yerləşdirilib.
22-04-2024, 22:53
Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır


Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır

Rusiya sülhməramlılarının karvanı Qarabağdan Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə bildirib.
“Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”, – o qeyd edib.
22-04-2024, 22:27
Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı


Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı

Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində söyləyib.
O, bunun vacib olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında SSRİ-nin süqutu dövründə mövcud olan sərhədlərin bərpası önəmlidir.
22-04-2024, 21:50
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi


Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Çex Respublikasının xarici işlər naziri Yan Lipavski və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.
22-04-2024, 21:12
Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO


Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

22-04-2024, 19:56
Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi


Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi

Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.
Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi, həmçinin bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.
“Bu (sülhməramlıların çıxarılması - red.), Ermənistanın 1991-ci ilin Azərbaycan sərhədlərini tanımasından sonra regionda formalaşan mövcud reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və artıq sülhməramlılar üçün heç bir funksiya qalmayıb”, - Peskov deyib.
22-04-2024, 19:45
Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır


Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır

Gürcüstan Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
"Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın yaradılması prosesinə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir", - paylaşımda deyilir.
22-04-2024, 19:17
Qaribaşvili Azərbaycan səfirini qəbul etdi


Qaribaşvili Azərbaycan səfirini qəbul etdi[/size]

"Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.
Görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri, iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə, eləcə də regionda gedən proseslərə toxunulub.
Görüşdə regionda sülh və sabitliyin vacibliyi vurğulanıb.
F.Quliyev İrakli Qaribaşviliyə baş nazir olduğu müddətdə Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərinə görə təşəkkür edib.
Partiya sədri öz növbəsində Gürcüstan və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə minnətdarlığını bildirib.
22-04-2024, 18:25
Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır


Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır

Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.
Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!