Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
24-10-2022, 16:09
İlham Əliyev Gürcüstanda səfərdədir


İlham Əliyev Gürcüstanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib. Butov.az xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.
23-10-2022, 20:46
ANAMA-dan vətəndaşlara növbəti xəbərdarlıq


ANAMA-dan vətəndaşlara növbəti xəbərdarlıq

Xəbər verdiyimiz kimi, Tərtər rayonunda mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, 2022-ci 23 oktyabr tarixində Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Məlumata əsasən mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir Bruc oğlu xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib. ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.
23-10-2022, 20:15
DİN-dən minaya düşən şəxslə bağlı açıqlama


DİN-dən minaya düşən şəxslə bağlı açıqlama

Tərtərdə bir nəfər minaya düşüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirib ki, bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
23-10-2022, 20:13
26 yaşlı gənc minaya düşdü, hər iki ayağını itirdi


26 yaşlı gənc minaya düşdü, hər iki ayağını itirdi

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Tərtər rayon prokurorluğundan bildirilib. İlkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib. Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
23-10-2022, 16:03
Çempionumuz danışdı: "Fantastik nəticədir"


Çempionumuz danışdı: "Fantastik nəticədir"

“Yaxşı iş gördük. Azərbaycan üçün fantastik nəticədir”. Bu sözləri gənclər arasında şahmat üzrə dünya çempionatının qalibi olmuş azərbaycanlı şahmatçı Abdulla Qədimbəyli deyib. İtaliyanın Sardiniya adasında baş tutan turnirdə qələbə qazanan Qədimbəyli qeyd edib ki, bu yarış dünyanın ən çətin turniridir:“Çətin idi, amma öhdəsindən gəldim. Birincilik qazandım. Əlimdən gələni etdim ki, qalib olum. İnanıram ki, Azərbaycan xalqı da mənimlə fəxr edir. Çünki bu, ölkəmiz üçün əla nəticədir”.
23-10-2022, 15:53
Ağstafada 22 yaşlı oğlanı qatar vurdu


Ağstafada 22 yaşlı oğlanı qatar vurdu

Ağstafada 22 yaşlı oğlanı qatar vurub. Butov.az-ın verdiyi məlumata görə, hadisə rayonun Böyük Kəsik stansyasının yaxınlığında qeydə alınıb. Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Əlizadə Abdullayevi dəmiryollu xəttini keçən zaman qatar vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
23-10-2022, 15:49
Sabah da yağış yağacaq


Sabah da yağış yağacaq

Azərbaycanda oktyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 6-10° isti olacaq.
23-10-2022, 15:39
Dünya çempionu olan iki gənc şahmatçımız


Dünya çempionu olan iki gənc şahmatçımız

İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb. Gənclər arasında dünya çempionatında təmsilçiləri həm qızların, həm də oğlanların yarışında qalib gəlib. Butov.az xəbər verir ki, qızların yarışında Gövhər Beydullayeva, oğlanların yarışında isə Abdulla Qədimbəyli çempion olub. Xatırladaq ki, Abdulla Qədimbəyli Şəhriyar Məmmədyarovdan sonra oğlanlar arasında ikinci dünya çempionudur. O, 2014-cü ildə Beynəlxalq usta norması adına layiq görülüb
22-10-2022, 22:10
Almaniya təyyarəsi təcili Bakıya endi

Almaniya təyyarəsi təcili Bakıya endi
"Lufthansa" aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub. "Airbus A330" təyyarəsi yerli vaxtla saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.
22-10-2022, 22:07
Güləşçimiz dünya çempionatının finalında


Güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında finala yüksəlib. Butov.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Vasili Diakonla qaşılaşıb. Rəqibini minimal fərqlə (4:3) üstələyən Xadjimurad adını finala yazdırıb. Azərbaycan təmsilçisi həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!