Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                       
17-10-2022, 14:43
Azad olunmuş ərazilərdə daha 144 mina aşkarlandı


Azad olunmuş ərazilərdə daha 144 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 10-dan 15-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 33 piyada əleyhinə mina, 111 tank əleyhinə mina və 271 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 435 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
17-10-2022, 14:36
“ƏDV geri al”dan əhaliyə 320 milyon qaytarılıb


“ƏDV geri al”dan əhaliyə 320 milyon qaytarılıb

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin oktyabr ayına qədər istehlakçılara ümumilikdə 771 milyondan çox kassa çeki üzrə 319,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-sentyabr aylarında isə 147,2 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, ümumilikdə “ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada olduqda isə 10%-i istehlakçılara geri qayıdır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, “ƏDV geri al” layihəsi çərçivəsində 2022-ci ilin 9 ayı üzrə nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 46,2 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,2% çoxdur. Nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması üçün növbəti ildə vergi qanunvericiliyinə dəyişikliklərdə nağdsız ödənişlər üzrə geri qaytarılan vəsaitlərin faiz dərəcəsinin bir qədər də artırılması nəzərdə tutulur.
17-10-2022, 14:34
İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı


İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı

Bu gün səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının hərbi təlimləri başlayıb. Butov.az xəbər verir ki, İRNA agentliyinin məlumatına görə, təlimlər İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Araz bölgəsində keçirilir. "Bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır", - deyə general Hakpur vurğulayıb. Qeyd olunur ki, təlimlər SEPAH-ın Quru Qoşunlarının döyüş hazırlığının artırılması məqsədilə illik cədvəl üzrə keçirilir. SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur deyib ki, bu təlimlər müxtəlif mərhələlərdən ibarətdir: yüksəkliklərin tutulması, paraşüt-vertolyot əməliyyatı, gecə hücum əməliyyatı, helikopter döyüş əməliyyatı, döyüş və ölümcül pilotsuz təyyarə əməliyyatı, həmçinin Araz çayı üzərində körpünün tikintisi, kommunikasiya xətlərinin tutulması və idarə edilməsi.
17-10-2022, 14:24
XİN-dən Xankəndidə qəbirlərin sökülməsinə etiraz


XİN-dən Xankəndidə qəbirlərin sökülməsinə etiraz

"Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbirstanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı edilən vandallıq aktları ilə bağlı şərhində bildirilib."Məlum olduğu kimi Ermənistan, ərazisində tarixən məskunlaşan Azərbaycanlılara məxsus tarixi,mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misligörünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə yeksan edib, qəbirstanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki Azərbaycanlı izlərini tamamilə silməyə çalışıb. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub", - nazirlikdən qeyd olunub. Bildirilib ki, Azərbaycan ərazilərində qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan ərazilərini tərk edən zaman infrastruktura, abidələrə, ətraf mühitə zərər vurub: "Bu, nifrət zəminində törədilmiş cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində indiyədək Ermənistanın aidiyyəti qurumları tərəfindən heç bir addım atılmayıb. Bunun səbəbi, Azərbaycan irsinin məhv edilməsi siyasətinin Ermənistanda dövlət səviyyəsində aparılmasıdır. Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur. Yayılan video görüntülər Ermənistanın nədən beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir. Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir. Azərbaycan tərəfindən, azad olunmuş ərazilərdəki böyük dağıntıları, video görüntülər şəklində yayılmış vandallıq əməllərini müvafiq şəkildə toplanıb, sənədləşdirilir və bu əməllərə, o cümlədən vurulmuş zərərə görə Ermənistan tərəfinin cavab verməsi üçün müvafiq addımlar atılır. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərlə bağlı susmamalıdır". Qeyd edək ki, görüntülərin Xankəndi şəhəri yaxınlığında yerləşən mərazlıqda lentə alındığı bildirilir.
17-10-2022, 14:19
Beyləqanda gənc oğlan daşla öldürüldü


Beyləqanda gənc oğlan daşla öldürüldü

Oktyabrın 16-sı saat 23 radələrində Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Beyləqan rayon prokurorluğundan verilən məlumatda bildirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün saat 16 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
17-10-2022, 12:24
Füzuli şəhəri 2 ildir azaddır


Füzuli şəhəri 2 ildir azaddır

Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. Butov.az xatırladır ki, sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Ordumuz əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılıb, ordumuz cəbhə boyu irəliləməyə başlayıb. Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilib. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirib. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.
17-10-2022, 11:39
El klasiko: “Real” “Barselona”ya qalib gəldi


El klasiko: “Real” “Barselona”ya qalib gəldi

Bu gün növbəti “El klasiko” oynanılıb. Butov.az xəbər verir ki, “Real Madrid” və “Barselona” komandaları La Liqanın doqquzuncu turunda üz-üzə gəliblər. Əzəli rəqiblər “Santyaqo Bernabeu”dakı görüşə çempionatın şərikli liderləri kimi çıxıblar. Kərim Benzema 12-ci dəqiqədə “Real Madrid”i hesabda önə çıxarıb. Görüşün 35-ci dəqiqəsində Federiko Valverde hesab arasındakı fərqi artırıb. Matçın 83-cü dəqiqəsində “Barselona”nın futbolçusu Ferran Torres fərqlənib. Rodriqonun uzatma dəqiqələrindəki penalti zərbəsi isə “Real Madrid”ə 3:1 hesablı qələbə qazandırıb. Qeyd edək ki, 9 turdan sonra “Real” 25 xalla turnir cədvəlində birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.
16-10-2022, 16:20
Bakıda ticarət obyektləri yandı


Bakıda ticarət obyektləri yandı

Bakıda ticarət obyektlərində yanğın olub. Nu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında bir neçə ticarət obyektində yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16-10-2022, 16:15
Azərbaycanda qədim daş kitabə tapıldı


Azərbaycanda qədim daş kitabə tapıldı

Şəki-Zaqatala iqtisadi rayonunun inzibati ərazisindən qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb. Bu barədə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. Onun sözlərinə görə, aparılan tədqiqat zamanı qədim aramey əlifbası ilə yazılmış daş kitabə aşkar edilib: “Bu tapıntının bölgə tarixi üçün maraqlı bir yenilik olduğunu deyə bilərik”. A.Məmmədli yazının tədqiqat mərhələsində olduğunu əsas göstərərək, hələlik başqa məlumatın verilməsinin doğru olmadığını bildirib. Tədqiqatçı yaxında bölgənin tarixini özündə əks etdirən minlərlə eksponatın toplandığı muzeyin, eləcə də yazılı daşın təqdimatı ilə bağlı tədbirin keçiriləcəyini bildirib.
16-10-2022, 16:14
Kəlbəcər, Laçın və Tovuz atəşə tutuldu


Kəlbəcər, Laçın və Tovuz atəşə tutuldu

Kəlbəcər, Laçın və Tovuz istiqamətində ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!