“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 28-04-2018, 14:19
Bakı Slavyan Universitetinin idman həyatından


Gələcək uşaqların əlindədir. Əlbəttə, sağlam gələcəyi təmin etmək üçün ilk
növbədə uşaq və yeniyetmələr sağlam böyüdülməlidirlər. Buna görə isə idman əsas
şərtdir. Müşahidələr təsdiqələyir ki, idmanla məşğul olmaq uşaq və yeniyetmələrin
inkişafında mühüm rol oynayır. İdmanla məşğul olanlar təkcə fiziki cəhətdən
möhkəm olmurlar. Onlar eyni zamanda sağlam və hərbi-vətənpərvərlik ruhunda
böyüyürlər. Sevindirici haldır ki, bu gün ölkəmizdə idmanın inkişaf etdirilməsi
dövlətin əsas prioritetləri sırasındadır.


Məhz idmanın kütləviliyinin təmin olunması məqsədilə paytaxt və bölgələrdə müxtəlif idman klubları, cəmiyyətlər fəaliyyət
göstərir. Hazırda ən son standartlara cavab verən kompekslərdə yeniyetmə və
gənclər həvəslə məşq edir, müxtəlif növlərin sirlərinə yiyələnirlər. Amma bu, təkcə
idman klubları və cəmiyyətlərlə məhdudlaşmır. Eyni zamanda hazırda bütün orta
və ali təhsil müəssisələrində şagird və tələbələrin idmanla məşğul olması üçün
lazımi yaradılıb. Belə təhsil ocaqlarından biri də Bakı Slavyan
Universitetidir (BSU).
Adı çəkilən ali məktəb Ulu Öndər Heydər Əliyevin 13 iyun
2000-ci il tarixli fərmanı ilə M.F.Axundov APRDƏİ-nin bazasında yaradılıb.
Hazırda universitetdə 5 fakültə, həmçinin magistratura və qiyabi təhsil şöbələri,
məktəb-lisey kompleksi fəaliyyət göstərir.

Bir neçə gün əvvəl BSU-ya gedib, universitetin idman klubunun müdiri
Sabir(soyad) görüşdük və bizi maraqlandıram bəzi məsələlərlə bağlı fikrini
öyrəndi. Bu yaxınlarda ömrünün yarıdan çoxunu-təxminən 50 ilini voleybolun
inkişafına həsr edən təcrübəli mütəxəssisin 70 yaşı tamam oldu. Elə bu səbəbdən
də yubilyar, əvvəlcə, özü haqqında məlumat verdi. “...Ömrümü voleybola həsr
etmişəm. Yeganə məqsədim gəncləri idmana cəlb etmək, onların bu sahəyə olan
marağınəı artırmaqdır. Düşünürəm ki, ötən illər ərzində qismən də olsa buna
bacarmışam.
70 yaşım münasibətilə məni təbrik edənlər çox oldu. Hamısı sağ olsun. Hər kəsə öz
təşəkkürümü bildirirəm.”-deyə Sabir müəllim bildirdi.
Yuxarda da qeyd etdiyimiz kimi sağlam gələcəyin təmin olunması bu günün
uşaqlarından asılıdır. Gələcəyin daha firəvan olması üçün isə ilk növbədə uşaq və
yeniyetmələr özləri həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmalıdırlar.
Bunun üçün idman ən ideal vasitədir. Universitetin klub müdirinin fikrincə,
azyaşlıların idmanla məşğul olması onların sağlam böyüməsi üçün olduqca
vacibdir. “Elə uşaqlarvar ki, həddindən çox aktivdirlər, necə deyərlər, bir yerdə
dayanmırlar. Bu zaman valideyn yaxşı olar ki, öz övladının enerjisini daha
səmərəli və məqsədyönlü sərf etmək üçün onu konkret bir növün məşqlərinə
yazdırsın. Bununla yanaşı, həm də elə uşaqlar var ki, onlar olduqca passiv
böyüyür, günün böyük bir hissəsini süst və hərəkətsiz keçirirlər. Həddindən artıq
hərəkətsizlik isə bir müddətdən sonra xəstəliyə səbəb ola bilər. Bunun qarşısını
almaq üçün ana-atalara məsləhət görərdim ki, yenə də öz övladlarını idmana
istiqamətləndirsinlər. Yəni idman hər bir halda vacibdir.”
Mşahidələrdən belə məlum olur ki, bu gün tanınmış idmançıların-Olimpiya, dünya
və Avropa çempionlarının, mükafatçılarının əksəriyyəti idmana uşaq yaşlarından
başlayıblar. Bəs, görəsən, idmanın yaşı varmı? Yəni hər bir uşaq istədiyi növə hər
bir yaşdan başlaya bilərmi? Bu, hər hansısa mənfi nəticəyə səbəb olmur ki? Bu
haqda danışan voleybol mütəxəssisi bildirdi ki, idmanla nə qədər tez məşğul

olmağa başlasan, bu, bir o qədər yaxşıdır. “Düzdür, idmanın yaşı yoxdur. Buna
baxmayaraq, mütəxəssis kimi deyə bilərəm ki, hər növlə eyni yaşda məşğul olmaq
da düzgün deyil. Ümumiyyətlə yaxşı olar ki, uşaqlar idmanla hələ kiçik
yaşlarından-təxminən 3-4 yaşlarından tanış olsunlar. Əlbəttə, bu, o demək deyil ki,
onlar yarışa çıxsınlar və ya mürəkkəb idman hərəkətlərini yerinə yetirsinlər.
Sadəcə idman şəraitinə, zal mühitinə və məşqçiyə öyrəşsinlər. Onlarda idmana
qarşı sevgi yaransın. Əlbəttə, bu istiqamətdə də əsas vəzifə valideynlərin öhdəsinə
düşür. Məhz valideynlər öz uşaqlarında idmana sevgi yaratmalıdırlar. Dediyim
kimi, hər növün öz yaşı var. 3-4 yaşlı uşaqlar yaxşı olar ki, idmana akrobatika,
üzgüçülük və ya şahmatla başlasınlar. Çünki həmin növlərdə zədə almaq ehtimalı,
demək olar ki, yoxdur. 10 yaşından sonra isə artıq digər növlərlə məşğul olmaq
olar.”
Daha sonra universitetin idmanı həyatı haqqında danışan klub müdiri söylədi ki,
hazırda burada 6 növ üzrə məşqlər keçilir. Təcrübəli məşqçi-müəllimlərin
köməkliyi ilə tələbələr futbol, voleybol, basketbol, badbinton, gimnastika və
şahmatın sirlərinə yiyələnirlər.
Bu gün futbol dünyada ən populyar idman növüdür. Elə Sabir müəllim də
BSU tələbələri arasında futbola daha çox maraq olduğunu söylədi. “Tələbələrimiz
arasında futbolla məşğul olanlar daha çoxdur. Buna baxmayaraq, digər növlərin
hər birinə, o cümlədən voleybola, şahmata və badbintona da maraq kifayət qədər
çoxdur. Düşünürəm ki, müxtəlif növlər üzrə kütləvilik gələcəkdə daha da artacaq”-
deyə təcrübəli mütəxəssis əlavə etdi.
Müşahidələr göstərir ki, bu gün ölkəmizdə oğlanlara nisbətən idmanla məşğul olan
qızların sayı daha azdır. Bunun əsas səbəblərindən biri də odur ki, bir çox
valideynlər qızlarının idmanla məşğul olmalarına qarşı çıxırlar. Müsahibimiz belə
düşünür ki, idman oğlanlar kimi qızlar üçün də çox vacibdir. “Nəzərə almaq
lazımdır ki, bir qızın sağlam böyüməsi bir ailənin sağlam olması deməkdir. Bu
mənada idman zərif cins nümayəndələri üçün də çox vacibdir. Bəzən qızlar
idmanın onların bədən quruluşlarını kobudlaşdıracağından qorxurlar, bəzi ailələrdə
isə valideynlər qızlarının idmanla məşğul olmalarını istəmirlər. İkisi də
səhvdir. İdman sağlamlıqdır və cinsindən asılı olmayaraq hər kəs sağlam
yaşamalıdır. Bu, hər birimizin hüququdur. Sevindirici haldır ki, bizim klubda
oğlanlar qədər tələbə-qızlarımız da idmanda fəallıq göstərirlər. 2003-cü ildə
“Gənclik” tələbə-idman cəmiyyətinin keçirdiyi VI respublika universiadasında
həndbol üzrə qızlardan ibarət komandamız çempion olublar. 2010-cu ildə qız
voleybolçularımız Bakı birinciliyinin qalibi adını qazanıblar. 2011-ci ildə X
Respublika Universiadasında badbinton üzrə qızlardan ibarət komandamız üçüncü
pillədə qərarlaşıblar. Həmçinin bizim birinci kurs tələbəmiz Zeynalova Vüsalə
karate-şotakan növü üzrə Avropa çempionudur. Göründüyü kimi, BSU-da idman
sahəsindəki gender balansı qorunur.”
İdmanla məşğul olmaq əslində göründüyü qədər də asan deyil. Yaxşı idmançı
gərək bir çox prinsiplərə əməl etsin, habelə gigiyenasına, qidalanmasına fikir
versin. Həmçinin idmançı bir mənalı olaraq tütün məhsulları, alkaqol kimi zərərli
vərdişlərdən də uzaq durmalıdır. Sabir müəllimin bildirdiyinə görə, o, rəhbərlik
etdiyi idman klubunda bu məsələlərin hər birinə xüsusi həssaslıqla yanaşır.

“İdmanla məşğul olmaq asandır, idmançı olmaq isə xeyli dərəcədə çətindir.
Nizam-intizam idmançı üçün əsas şərtdir. Tələbə-idmançılarımızın sıra
düzülüşündən tutmuş formalarına qədər hər şeyə fikir verirəm. Klubumuzda
məşqdən sonra idmançıların duş qəbul etməsi hər cür şərait var. Eyni zamanda
onların hər biri üçün ayrıca şkaf ayrılıb ki, formalar qarışmasın. Oğlanların
qarşısında konkret şərt qoymuşam ki, ya siqareti, alkoqolu seçsinlər ya da idmanı.
O ki qaldı qidalanmaya, yaxşı olar ki, idmançılar məşqdən bir saat əvvəl və sonra
heç nə yeməsinlər.”-deyə təcrübəli mütəxəssis əlavə etdi.

Kənan Novruzov
Butov.az


Bakı Slavyan Universitetinin idman həyatından


Bakı Slavyan Universitetinin idman həyatından


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!