“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 26-11-2018, 14:01
Onkoloji xəstəliklərlə mübarizədə şəkərin “gizli silah” olması aşkarlanıb

Qida əlavəsi şəklində qəbul edilən mannoza şəkəri, eyni zamanda, şişlərin böyüməsini dayandırmağa və kimya terapiyasının təsirini gücləndirməyə qadirdir. Bu barədə “Medical Express” bildirir. Bu şəkər müxtəlif onkoloji xəstəliklərdən əziyyət çəkən gəmiricilər üzərində aparılan təcrübələrdə özünü təsdiqləyib. Məlumdur ki, şişlər adi toxumalara nisbətən daha çox şəkər sərf edir. Mannoza qlükozanın maddələr mübadiləsinə qarışmaqla, xərçəng hüceyrələrinin istifadə etdiyi şəkərin həcmini azalda bilər.
Nəticə isə budur: xərçəng hüceyrələrinin “yanacağı” kifayət etmir. Bununla da adi toxumalar əsas enerji mənbəyi olan şəkərin çatışmazlığından əziyyət çəkmirlər.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, mannozanın suya əlavə olunması və ya peroral - ağızdan qəbul edilməsi zamanı mədəaltı vəzi, ağciyər və dəri xərçəngi xəstəliklərinin reaksiyası sübut olunub. Yenitörəmələrin inkişaf sürəti azalır və bu, hiss olunmayan kənar təsirlərsiz baş verirdi.
Mütəxəssislər, həmçinin mannozanın kimya terapiyasına olan təsirini yoxlayıblar. Gəmiricilərə tsisplatin və doksorubitsin verilib. Məlum olub ki, mannoza kimya terapiyasının təsirini gücləndirib. Yeri gəlmişkən, şəkəri leykemiya, osteosarkoma toxumalarında, yumurtalıq və bağırsaq xərçəngində də təcrübədən keçiriblər. Bu yanaşma bütün hallarda özünü doğrultmayıb. Mannozanı parçalayan fermentlərin hüceyrələrdə olması müalicənin uğurlu keçməsindən xəbər verir.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!