Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                       
Tarix : 29-08-2017, 13:17
Çəkinizi azaltmağın daha bir yolu


Arıqlamanın yolları arasında gündə çoxlu miqdarda maye qəbulu, istəyə uyğun faydalı meyə-tərəvəzlərdən bol miqdarda istifadə, axşam saatlarında pəhriz tutmaq, maddələr mübadiləsini sürətləndirməyə təsirli olan idman məşqlərini nəzərə almaq lazımdır.

Onu da qeyd etmək lazımdır ki, bu istiqamətdə böyük səhvlərdən biri, nizamlı fasilələrlə yemək yerinə, yalnız meyvə qəbul edərək daha az kalori almağa çalışmaqdır. Halbuki bütün gün boyunca qəbul edilən meyvə, gündəlik enerji ehtiyacını qarşılamaqda qeyri-kafi qala bilər.

Butov.az Med.az - a istinadla xəbər verir ki, enerji verən qış meyvələrini fəslində qəbul etmə istəyinin artdığı bu günlərdə, meyvələri sağlam bəslənmə proqramı içində, kafi miqdarda qəbul etmək əhəmiyyətlidir. Yaxşı bir vitamin, mineral və enerji qaynağı olan meyvələr; həm böyümə və inkişafı dəstəkləyir, həm də hüceyrə yenilənməsində iştirak edir.

Arıqlamanın yolları arasında, axşam saat 6-dan sonra yemək yeməmək də yer alır. Əslində, yemək yedikdən sonra dərhal yatmaq, çəki alma səbəbi olaraq müəyyən edilir. Buna görə də, axşam yeməyindən sonra, meyvə xaricində hər hansı bir şey yeməmək lazımdır.

Artıq çəkidən azad olmaq yolları arasında, yaxşı bir yuxu yatmaq da yer alır. Yaxşı bir yuxu yatan adamların metabolizmi, dörd saatdan az yuxu yatanların metabolizmindən daha sürətli çalışır və təbii olaraq daha çox enerji yandırmağa imkan verir.

Zəifləmək istəyirsinizsə, kremli olan yeməklərin tükətimindən də uzaq durmaq lazımdır. Məsələn, kremli tortlar və kremli şorbaların tərkiblərində olan yağ, sizin çəki almağınıza səbəb olur.

Günlük alacağınız kalori miqdarını mütəmadi azaldın. 1200 kaloridən daha azına isə düşməməyə diqqət edin.

İmmun sisteminin zəif olduğu fəsildə edilən daha bir yanlış isə internetdə yerləşdirilən pəhriz reseptlərindən necə gəldi istifadə etməkdir.
Belə ki, fəslin gəlişi ilə qış geyimlərindən çıxan zaman artıq kilolardan əziyyət çəkənlər arıqlamaq istəyirlər. Bunun üçün isə peşəkarlarla məsləhətləşmədən internetdə yerləşdirilən pəhriz reseptlərindən istifadə edirlər. İmmun sisteminin çox zəif olduğu fəsildə kor-koranə pəhrizlə arıqlamaq isə sonradan sağlamlıq üçün bir çox fəsadlar törədir.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!