8-10-2022, 16:48
Son sutkada 77 yeni yoluxma - Ölən olmayıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 77 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 822 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 597 nəfər müalicə olunaraq sağalıb, hazırda 580 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 166, bu günə qədər isə ümumilikdə 7 271 311 test icra olunub.
7-10-2022, 19:13
Son sutkada 90 yoluxma - Ölən olmayıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 90 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 822 027 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 508 nəfər müalicə olunaraq sağalıb, hazırda 592 aktiv xəstə var. Bu günə qədər 9927 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2202, ümumilikdə isə 7 269 145 test icra olunub.
6-10-2022, 23:01
Yoluxanların bugünkü sayı - Daha iki nəfər öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 821 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, 9927 nəfər vəfat edib, aktiv xəstə sayı 631 nəfərdir. Son sutka ərzində 2 848, hazırkı dövrədək isə 7 266 943 test aparılıb.
4-10-2022, 18:19
Daha 96 yeni yoluxma - 2 nəfər öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 96 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 821 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 060 nəfər müalicə olunaraq sağalıb, hazırda 776 aktiv xəstə var. Bu günə qədər 9 921 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3806, ümumilikdə isə 7 260 232 test icra olunub.
3-10-2022, 17:37
Pandemiya sona yaxınlaşır - ÜST“Hazırda dünyada COVID-19 pandemiyasını sonlandırmaq üçün ən əlverişli şərait yaranıb. Pandemiyanı hələ tam sonlandıra bilməsək də, üfüqdə qələbəni sezmək mümkündür”. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən APA-ya bildirilib.“Bunun üçün daha çox çalışmalı və pandemiyanı geridə qoyduğumuzdan əmin olmalıyıq. COVID-19 və digər potensial pandemiyaların qarşısının alınmasında birgə səy göstərilməli, yüksək risk qrupuna aid edilən əhali kateqoriyaları tam peyvənd olunmalıdır. Bu istiqamətdə çalışarkən səhiyyə işçilərinə dəstək verməli, onları lazımi tibb avadanlıqları və təchizatlarla təmin etməliyik. Nəzərə almaq lazımdır ki, gələcəkdə müxtəlif infeksiya dalğalarını müşahidə edə bilərik. Təkcə 2022-ci ildə 1 milyondan artıq insanın COVID-19 səbəbilə dünyasını dəyişməsi o deməkdir ki, pandemiya hələ də qlobal təhlükə olaraq qalmaqdadır”.
3-10-2022, 17:02
Yoluxma kəskin azaldıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 821 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb. Onlardan 810 929 nəfər müalicə olunaraq sağalıb, 9919 nəfər vəfat edib, aktiv xəstə sayı 813 nəfərdir. Ölkədə son sutka ərzində 1580, hazırkı dövrədək isə 7 256 426 test aparılıb.
1-10-2022, 15:48
Laçında tibbi xidmət yenidən təşkil ediləcəkİşğaldan azad olunmuş Laçın rayon mərkəzində, Zabux və Sus kəndlərində tibbi xidmət yenidən təşkil ediləcək. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi və TƏBİB-in rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhəri, Zabux və Sus kəndlərinə səfər edib. Nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və Səhiyyə Nazirliyinin Əsaslı Təmir-Tikinti İdarəsinin rəisi Elşad Hacıyevın iştirakı ilə baş tutan səfərin əsas məqsədi həmin ərazilərdə tibbi xidmətin yenidən təşkil edilməsi istiqamətində mövcud imkanların yerində qiymətləndirilməsindən ibarət olub. Qeyd edək ki, ərazi üzrə fəaliyyət göstərilməsi nəzərdə tutulan tibb müəssisələrinin yeri, tibbi xidmətdən yararlanması nəzərdə tutulan əhali sayı və digər zəruri məlumatlar dəqiqləşdirildikdən sonra tədbirlər planına uyğun olaraq işə başlanılacaqdır.
30-09-2022, 14:55
Avropada meymunçiçəyinə yoluxma 24 mini keçdiAvropada meymunçiçəyi virusuna yoluxanların sayı 24 mini keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bölgəsinin saytında məlumat yayılıb. Avropada yoluxma sayının 24 622-yə çatdığı, Avropa regionunda 44 ölkədə virusun mövcud olduğu bildirilib. Xəstələrin 96 faizində virus əlaməti olaraq qızartı və qaşınma, 68 faizində isə yüksək hərarət, yorğunluq və əzələ ağrısı kimi əlamətlər olduğu qeyd edilib. Ən çox yoluxma halları 7 min 149 nəfərlə İspaniyada qeydə alınıb.
29-09-2022, 17:02
Azərbaycanda daha 1049 nəfərə vaksin vurulubAzərbaycanda son gündə koronavirus əleyhinə 1049 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 385, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 437, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 889 515 təşkil edir.
29-09-2022, 17:00
Son sutkada 149 yoluxma - 3 nəfər öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 821 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 374 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 024 aktiv xəstə var. Bu günə qədər 9 913 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 456, bu günə qədər isə ümumilikdə 7 247 567 test icra olunub.