Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı .....                        Özünü güllələyən sabiq baş pediatr ötən gün işdə olub .....                        Ukraynalı deputatlardan Nobel Komitəsinə müraciət: Vardanyanın namizədliyi rədd olunsun! .....                        2026-cı ilədək Şərqi Zəngəzura 40 min nəfər köçürüləcək .....                        UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                       
Tarix : 6-12-2018, 15:08
Ermənistan mümkün olmayan şərtlər irəli sürür - Millət vəkili
5 dekabr tarixində Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib. İclasda ölkəmizi Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev təmsil edib.
Deputat Beynəlxalq Qızıl Xaç Komitəsinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən qeydə aldığı əsir və girovların "hamının-hamıya" prinsipi əsasında azad edilməsinə dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsü Büro üzvlərinin diqqqətinə çatdırıb.
Azay Quliyev 4 ildir qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına kömək etmək məqsədilə Parlament Assambleyasının Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri xanım Marqareta Kiner Nellenə rəsmi məktubla müraciət etdiyini deyib və məsələyə insan hüquqlarının kobud şəkildə pozulması prizmasından qiymət verməyi xahiş edib.
ATƏT PA-nın prezidenti Corc Sereteli isə Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını deyib.
Mövzu ilə bağlı Publika.az-a fikirlərini bildirən millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə Ermənistanın, adətən, əsir götürülən azərbaycanlılarla bağlı məsələni öz daxili auditoriyası üçün maksimum istifadə etməyə çalışdığını deyib:
“Bunun üçün Ermənistan beynəlxalq hüquq normalarını pozaraq əsirlərin geri qaytarılması prosesini ləngidir. Yaxud da, Azərbaycan qarşısında yerinə yetirilməsi mümkün olmayan siyasi şərtlər qoyur. Ancaq iş burasındadır ki, son dövrlərdə Ermənistanda vəziyyət dəyişib. İnsanlar əvvəlki kimi fikirlərini gizlətməyə çalışmırlar. Son dövrdə Azərbaycanda təxribatçılığa görə həbs edilmiş erməni hərbçilərinin geri qaytarılması ilə bağlı Ermənistanda böyük kampaniya başlayıb. Baxmayaraq ki, indiki baş nazir Nikol Paşinyan özündən əvvəlki rəhbərliyi kəskin tənqid edir, amma onun da bu məsələdə apardığı siyasət heç də Serj Sərkisyanın siyasətindən fərqlənmir. Seçkiqabağı kampaniyada Paşinyan bu məsələdən maksimum istifadə etməyə, Azərbaycana təzyiq göstərməyə çalışır. Əlbəttə ki, bu ədavət daim belə davam edə bilməz. Azərbaycanın bu məsələdə mövqeyi birmənalı və prinsipialdır. Beynəlxalq konvensiyalarda göstərildiyi kimi, hərbi əsirlər “hamının-hamıya” prinsipi ilə dəyişdirilməlidir və burada ikinci söhbət gedə bilməz. Azərbaycan haqlı olaraq ATƏT kimi beynəlxalq təşkilatlarda bu məsələləri qaldırır. Göründüyü kimi, Ermənistanın mövqeyi bir dəstək qazanmır. Ermənistanın bu məsələdə irticaçı, orta əsr təfəkkürlü siyasi xətt yeritdiyi məlum olur. Separatçı ölkənin müqavimətinə baxmayaraq, Azərbaycan orada əsirlikdə olan vətəndaşlarının geri qaytarılması üçün mübarizəni bundan sonra müxtəlif istiqamətlərdə davam etdirəcək”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!