Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
Tarix : 15-02-2019, 15:26
Əbülfəs Qarayev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşdü

Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində həmin ölkənin Baş nazirinin ticarət elçisi Baroness Nikolson ilə görüş keçirib.
Görüşdə Əbülfəs Qarayev Azərbaycanla Böyük Britaniya arasında mədəni əlaqələr haqqında məlumat verərək qeyd edib ki, iki ölkə arasında mədəni əlaqələr müstəqillik dövründə sürətlə inkişaf etmişdir və əlaqələrin inkişafında British Council-ın böyük rolu vardır. Nazir British Council ilə imzalanmış Niyyət Sazişi barədə məlumat verərək bildirib ki, bu sənəd Böyük Britaniya ilə Azərbaycan arasında mədəni və yaradıcı sənayelərin inkişafı ilə bağlı təcrübə mübadiləsi, kitabxana, muzey və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcəkdir.
Görüşdə iştirak edən British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Summer Xia da mədəniyyət sahəsində əməkdaşlıq barədə məlumat verərək British Council ilə Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində bir sıra layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Baroness Nikolson öz növbəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı məqsədilə bu sahədə dəstək göstərməyə hazır olduğunu, Azərbaycana səfərləri zamanı ölkənin mədəniyyətinə və tarixinə böyük maraq göstərdiyini, muzeyləri ziyarət etdiyini və Azərbaycan mədəniyyətinin onda dərin təəssürat yaratdığını qeyd edib. B.Nikolson, həmçinin yaxın zamanda Bakıya səfər edəcəyini və səfər çərçivəsində də bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırdığını diqqətə çatdırıb.
Nazir Əbülfəs Qarayev xanım Nikolsonu Bakıya səfəri zamanı Xalça Muzeyi, Muğam Mərkəzi və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət edib.
B. Nikolson bir sıra ölkələrdə onun şəxsi təşəbbüsü ilə mədəniyyət və musiqi sahələrində layihələrin həyata keçirildiyini, bu layihələrin bəzilərinin Azərbaycanla da bağlı olacağını və Azərbaycan təcrübəsinin bu istiqamətdə ona kömək edə biləcəyini qeyd edib.
Nazir Əbülfəs Qarayev həmin layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!