20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 30-09-2016, 12:06
HİTLERƏ QARŞI ANDROPOV PLANI


Ötən əsrin 80-cı illərində Avropada postsovet rejimlərinin çökməsi başlayanda, eləcə də Qərbi Almaniya Şərqi Almaniyanı öz təsiri altına salanda, neonasistlərin mövqelərinin kəskin gücləndirilməsi baş verir. Sosializmin devrilməsi fonunda sağ qüvvələr nasizmin reabilitasiyasına qismən də olsa nail olmağa çalışırdılar. O illərdə sensasiyalara aludə olan qərb jurnalistləri Adolf Hitlerin qalıqlarının axtarışına başlayırlar. Bəzi mənbələrdə onun haradasa ADR ərazisində dəfn edildiyi iddia edilirdi. Və o, dövrdə "fürerin məzarı"nın axtarışına vəsait ayırmağa hazır olan sponsorlar da az deyildi. Baş verənlər o dövrdə həm sovetlər dövlətində, həm də Qərbdə çox həyacanla qarşılandı. Hitlerin ideya varislərinin yığışa biləcəkləri "müqəddəs" məbədgah təhlükəsi yaranmışdı. Lakin sovet xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələri çox sakit idilər - onlar əvvəlcədən bütün bu axtarışların uğursuzluğa məhkum olduğunu bilirdilər. Hitlerin ölüm tarıxı kifayət qədər zəngindir. Dünyanın bir nömrəli nasisti və onun həyat yoldaşı Yeva Braun intihar etdikdən sonra, cəsədləri reyx binasının bağında, öz istəklərinə uyğun olaraq bunker yaxınlığında yandırılmışdı. Burada onlar ömürlərinin son günlərini keçirmişdi. Hitler hesab edirdi ki, belə etməklə hətta onun meyiti də sovet əsgərlərinin əlinə düşməyəcək. Lakin bədəni tamamilə yandırmaq mümkün olmayıb. Sovetlərin axtarış qrupu mayın 5-də baş leytenant Aleksey Panasovun rəhbərliyi altında yanmış meyitləri aşkar edir. Bu tapıntı haqqında hər şey gizli saxlanılır. Hökumət komissiyası 1946-ci ilin fevralında aparılan çoxsylı ekspertizalar nəticəsində son nəticəyə gəlirlər ki, tapılan qalıqlar həqiqətən Hitler və Yeva Brauna məxsusdur. Bu iki cəsəd qalıqlarından başqa, Yozef və Maqda Gebbelslərin, həmçinin valideynləri tərəfindən zəhərlənən altı uşağın qalıqları da aşkar edilir. Bundan başqa, qalıqların arasında Hitlerin sevimli itinin cəsədi də tapılır. Ekspertiza keçirilən müddətdə, qalıqlar “yerlərini” əks-kəşfiyyat şöbəsi "SMERŞ" ilə birlikdə tez-tez dəyişirdilər. Və hətta bir neçə dəfə müvəqqəti olaraq Bux, Fin, Raten şəhərində dəfn də edilirlər. Nəhayət, 1946-ci ildə bütün ekspertizalar başa çatdıqdan sonra Hitler, Yeva Braun, həmçinin Yozef və Maqda Gebbels və onların uşaqları Almaniyanın Maqdeburq şəhərində Sovet qoşunları Qrupunun 3-ci ordusunun hərbi şəhərciyin ərazisində, ciddi məxfilik şəraitində dəfn olunur. Əks-kəşfiyyat şöbəsinin binası ilə yanaşı olan məzarlıq, asfaltla örtürülür. Bələ bir məzarlığın varlığı haqda çox dar bir çevrənin xəbəri vardı. Bu çevrə nə qədər dar, qapalı olsa da, 20 ildən sonra Maqdeburqdakı məzarlıq haqqında məlumat mətbuata sızmışdı. Bu da imkan yarandıqdan sonra alman jurnalistləri və sağ radikalçıların axtarış işlərinin vüsət almasına səbəb olur. Axtarışa çıxanların isə təbii ki, SSRİ DTK-nın 1970-ci ildə keçirdiyi tam məxfi "Arxiv" əməliyyatından xəbərləri yox idi. "Hitler məsələsini" yekunlşdırmaq haqda qərarın təşəbbüskarı SSRİ DTK-nın o vaxtkı sədri Yuri Andropov olur. Bu o, illər idi ki, Hitlerin Cənubi Amerikaya qaçması haqqında şayiələr gəzirdi. Moskva bu məsələlərə heç vaxt cavab vermirdi. Hitlerin cəsədi haqqında iş SSRİ üçün siyasi bumeranq rolunu oynaya bilərdi. Məhz onda Andropov SOV.İKP MK Siyasi Bürosunun razılığı ilə bu yersiz "əşya"dan azad olmaq və bu işi birdəfəlik "arxivləşdirmək" qərarına gəlir. 13 mart 1970-ci ildə Yuri Andropov SSRİ rəhbəri Leonid Brejnevə xüsusi əhəmiyyətli məktub yazır: "1946-ci ildə fevral ayında Hitler, Yeva Braun, Gebbelslər və onların övadları (cəmi 10 cəsəd ) DTK Xüsusi şöbəsinin hərbi şəhərciyinin ərazisində, Maqdeburqda dəfn ediliB. Hazırda sözügedən hərbi şəhərcik, alman hakimiyyətinə təhvil verilir. Tikinti və ya digər torpaq işlərinin aparılması zamanı qalıqların tapılması imlkanını nəzərə alaraq, bu ərazidən qalıqların çıxarılması və onların yandırılması yolu ilə məhv edilməsi məqsədəuyğun olardı. Tədbir Dövlət Təhlükəsizlik Komitəsinin Xüsusi şöbəsinin əməliyyat qrupu tərəfindən tam gizli şəkildə icra olunacaq və lazımınca sənədləşdiriliəcək".Martın 16-də Andropovun təklifi Brejnev, sovet hökumətinin başçısı Aleksey Kosıgin, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornıy tərəfindən təsdiq edilir. Martın 18-də DTK-nın rəhbəri bu əməliyyatın keçirilməsinin "xeyir-duasını" alır. Əməliyyatın adı isə nasist arxivinlərinin taplıması üçün aparılan qazıntı işləri ilə əlaqələndirilmişdi. Bu məlumatı guya SSRİ-də mühakimə olunan hərbi cinayətkar vermişdi.
HİTLERƏ QARŞI ANDROPOV PLANI


Bu əməliyyat planında göstərilirdi: ”- DTK ordusunun Xüsusi şöbəsinin tağım qüvvələri tərəfindən əməliyyat keçirilməmişdən əvvəl dəfn yeri üzərində altında tam olaraq planda nəzərdə tutulan işlərin görülməsi üçün imkan yaradacaq çadır qurulsun. Əməliyyatının keçirilməsi zamanı çadırı xüsusi təyanatlı əsgər qüvvələri qorusun və nəzarət üçün gizli post təşkil etmək, yaxınlıqdakı yaşayış məntəqələrindən vizual kəşfiyyatın bütün mümkün variantlarını əvvəlcədən dəf etmək, əgər hər-hansı bir müşahidə aşkarlanarsa, vəziyyətə uyğun hərəkər etmək. Qazıntı işlərini gecə aparmaq, tapılan qalıqları xüsusi olaraq hazırlanmış yeşiklərə yığmaq və avtomaşınla piyada və tank qoşunları təhsil sahələrinə aparıb orada yandırmaq!”


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!