Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 22-05-2017, 11:45
İstanbulda QDİƏT sammiti başlayıb

Bu gün Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının 25-ci Zirvə toplantısı öz işinə başlayıb.

Butov.az xəbər verir ki, APA-nın İstanbula ezam olunmuş müxbirinin məlumatına görə, sammitdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir. Zirvə toplantısını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıb. O bildirib ki, bu təşkilat çərçivəsində əməkdaşlığın güclənməsi və inkişafı üzv dövlətlərin fəaliyyətindən birbaşa asılıdır.

R. T. Ərdoğan qeyd edib ki, QDİƏT toplantılarında aktiv iştirak etmək, əhalinin rifahını yüksəldəcək layihələri həyata keçirmək üzv dövlətlərin birbaşa vəzifəsidir: “Bununla belə, xalqlarımız arasında əlaqələri inkişaf etdirmədən digər cəhdlərin yetərsiz olduğu aydın görünür. Üzv dövlətlər olaraq fərqli dil və mədəniyyətə, siyasi anlayışlara, iqtisadi səviyyələrə sahib olsaq da, üzv dövlətlərin dərdi və sevinci Qara dəniz coğrafiyasında cəmləşir”.

Qeyd edək ki, zirvə toplantısının sonunda yekun bəyannamənin qəbul edilməsi gözlənilir. Bəyannamədə təşkilatın davamlı inkişaf perspektivləri öz əksini tapacaq.

Xatırladaq ki, QDİƏT 1992-ci il iyunun 25-də İstanbulda Azərbaycan da daxil olmaqla, 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə təsis edilib. Hazırda təşkilatda 12 ölkə - Albaniya, Azərbaycan, Türkiyə, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Ukrayna, Ermənistan və Serbiya təmsil olunur.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!