XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                        İsrail İrana görə əməliyyatı təxirə saldı .....                        Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır .....                        Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu .....                        Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                       
Tarix : 13-11-2018, 13:45
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,8 milyon sərnişinə xidmət göstərib
2018-ci ilin on ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 3,8 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur.
Butov.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Hava Yolları” (AZAL) Milli Aviadaşıyıcısı tərəfindən 1 milyon 628 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkəti tərəfindən isə 382 min sərnişin daşınıb.
İlin əvvəlindən beynəlxalq reyslərdə ümumilikdə 3,28 milyon sərnişinə (ümumi sərnişin axınının 86 faizi) xidmət göstərilib. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11,6 faizi isə “Buta Airways”in payına düşüb.
Oktyabr ayında beynəlxalq sərnişin axını üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olmuşdur. Bu aviaşirkətlər tərəfindən ümumilikdə 123 min sərnişinə xidmət göstərilib.
Hazırda Bakının hava limanı 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Oktyabr ayında ən məşhur beynəlxalq istiqamətlərin onluğuna İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran , Bağdad, Tbilisi, Doha və Tel-Əviv daxildir. Bu istiqamətlər üzrə 210 min sərnişin uçuş həyata keçirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən ən yüksək “5 ulduz” qiymətinə layiq görülüb.
Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına əsasən ikinci ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanları siyahısına başçılıq edir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!