Əhərli dostumuzu təbrik edirik! .....                        Bu gün ilaxır çərşənbəsidir .....                        Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi .....                        Ərdoğanla Putin arasında telefon danışığı baş tutub .....                        Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu .....                        Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi .....                        Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama .....                        Tehranlı soydaşımız mükafatlandırıldı .....                        Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq .....                       
Tarix : 21-12-2018, 15:42
İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edib

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Bərdədə Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Laçın və Bərdə rayonlarından olan vətəndaşları qəbul edib.
Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin, sənaye məhəlləsində gübrə istehsalı müəssisəsinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların taxılçılıq, pambıqçılıq, badamçılıq, çuğundur əkini, tərəvəzçilik, heyvandarlıq, balıqçılıq, mebel istehsalı, otel və turizm obyeklərinin tikintisi, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Bərdədə təşkil olunmuş qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında (www.economy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, Nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.
İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edib


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!