Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 10-01-2019, 14:34
Dövlət Baytarlıq Xidməti: 7 rayonda yoxlamalar başladı

Donuz qripi insanlar arasında baş versə də, bu infeksiyanın heyvanlara keçmə təhlükəsi daha böyükdür.
Butov.az xəbər verir ki, bunu Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti mətbuat katibi Yolçu Xanəli deyib.
O bildirib ki, xəstəlik həm insandan heyvana, həm də heyvandan insana keçir. Buna zoonoz xəstəlik deyilir: ”Bu xəstəlik Gürcüstanda qeydə alınandan və sürətlə yayılandan sonra biz də heyvandarlıq təsərrüfatlarının qapalı şəraitə keçirilməsi barəsində bir daha bütün təsərrüfatlara tapşırıq verdik.
Hazırda təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır, qara yara və klassik tauna görə peyvəndləmə tədbirləri icra edilir. İnsanların maariflənməsi işlərinə xüsusi diqqət edirik ki, sağlam olmayan insanları təsərrüfata buraxmasınlar və daim nəzarət etsinlər.
Hələlik ölkəmizdə fəaliyyət göstərən donuzçuluq təsərrüfatlarında hər hansı infeksion xəstəlik qeydə alınmayıb, hələlik vəziyyət sabitdir”.
Yolçu Xanəli təkcə Gürcüstanla sərhəd rayonlarında deyil, 7 rayon üzrə tədbirlərin aparıldığını deyib: “Qax, Qəbələ, İsmayıllı, Gədəbəy, Abşeron, Xaçmaz, Oğuz və Ucar rayonlarında donuzçuluqla məşğul olan təsərrüfatlar var. Həmin təsərrüfatlara daim baytarlıq baxışı keçirilir. Sırf baytarlıq baxışından söhbət gedir.
Çünki təsərrüfat sahibləri bilməlidir ki, adi qripin mutasiya nəticəsində xəstəliyin donuz qripinə keçmə ehtimalı çoxdur. Ona görə də, təsərrüfatlara qripli insanların buraxılmasına imkan verməsinlər”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!