XİN Başçısı Pavel Knyazevi qəbul etdi .....                        Hikmət Hacıyev: “Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik” .....                        İranın dövlət agentliyi Azərbaycandakı səfiri istefaya çağırdı .....                        Cəlilabadda məktəb direktoruna cinayət işi açıldı .....                        102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır - Rusiya XİN .....                        Paytaxtda elektrik mühərrikli avtobus istifadəyə verildi .....                        Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Hikmət Hacıyev .....                        Silahlı münaqişə zamanı sərvətləri hərbçilər müdafiə edəcək .....                        TƏBRİK EDİRİK ! .....                       
Tarix : 10-04-2019, 08:53
“Mənzil bazarında qiymət artımı qaçılmazdır” - Ekspert
“Bu il və gələn il üçün mənzil bazarında qiymətlərin artımı qaçılmazdır”
Butov.az xəbər verir ki, bu barədə Azvision.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, Bakıda köhnə binalardakı mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb.
“Ümumən əmlak bazarında canlanma var. Təkrar mənzil bazarında qiymətlərdə 1 faizdən çox artım, ilkin mənzil bazarında isə 3 faizə yaxın azalma qeydə alınıb. Torpaq, kommersiya obyektləri bazarında qiymət artımı müşahidə edilir. Yeni mənzillərin qiymətinin ucuzlaşması ötən il digər seqmentlərlə müqayisədə bu sahədə artımla bağlıdır. Ona görə də, bu ilin birinci rübündə bir qədər aktivlik aşağı düşdüyündən tikinti şirklətləri qiymətdə güzəşt edirlər. Bu güzəştlər təqribən 100-200 manat civarındadır”.
N.İbrahimov kirayə mənzil bazarında qiymətlərdə həm il üzrə, həm də ay üzrə artım olduğunu deyib. Qeyd edib ki, il üzrə 6 faizə, ay üzrə 1,2 faiz qiymət artımı müşahidə edilir.
“Novruz bayramı ilə əlaqədar kirayə mənzillərin qiymətində artımı olub. Amma adətən aprel-may aylarında kirayə mənzil bazarında qiymət azalması müşahidə edilir. Çünki üzü yaya doğru gedir və tələb bir qədər azalır. “Formula 1” yarışının gəldiyini nəzərə alsaq, kirayə mənzil bazarında qiymət artımı ola bilər. Bu, qiymətlərin stabilləşməsinə də təsir edə bilər. Amma may-iyun aylarında qiymətin azalması qaçılmazdır”.
Ekspert Prezidentin çoxmənzilli binaların çıxarışla təmin olunması barədə sərəncamının ilkin mənzil bazarında qiymətlərə təsirindən danışıb. Bildirib ki, daşınmaz əmlak bazarında bu istiqamətdə qiymət artımı gələn il hiss olunacaq.
“Çıxarışların verilməsinin ilkin mənzil bazarına təsiri hələ hiss olunmur, çünki 500-ə yaxın binadan cəmi 4 bina çıxarış alıb. Ona görə də, bunun təsirindən danışmaq tezdir. Təsiri gələn il olacaq. Çıxarışlı mənzillərlə, çıxarışsız mənzillərdə 100-200 manat qiymət fərqi olur. Bu, qiymət artımına bir qədər təkan verir. Digər tərəfdən alqı-satqı portfelində yeni tikililərin sayında çoxalma baş verəcək. Bu çoxlama da təklifin artmasına gətirib çıxarır və nəticədə qiymətin stabilləşməsinə təsir edir”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!