İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 28-09-2015, 13:42
BAXCP-dən Silahlı Qüvvələrə çağırış




“İşğalçı ordunun təxribarlarına daha sərt cavab verilməlidir”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda seçki kampaniyasının ilkin mərhələsi və partiyanın bu prosesdəki iştirakı ilə bağlı müzakirələr aparılıb.
BAXCP Idarə Heyətinin müzakirəsinə çıxarılan digər məsələ cəbhə xəttində yaranmış vəziyyət, ATƏT-in Minsk qrupunun həmsədrlərinin nümayiş etdirdiyi mövqe, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı olub. BAXCP İdarə Heyəti hesab edir ki, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara layiqli cavab verilməlidir: “Düşmənin təxribatlarına cavab olaraq endirilən zərbələrin sayı deyil, effektivliyi əsas götürülməli, işğalçı ordunun canlı qüvvəsinə daha dağıdıcı zərbələr endirilməlidir”.
BAXCP İdarə Heyəti cəbhə xəttində baş verən son hadisələrdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin nümayiş etdirdiyi mövqeni də qətiyyətlə pisləyib: Azərbaycanın mülki vətəndaşlarının qətlə yetirilməsini sükutla izləyən həmsədrlərin yalnız işğalçı ordu itkilərə məriz qaldıqdan sonra aktivlik nümayiş etdirməsi onların gerçək simalarını nümayiş etdirir. Yaranmış vəziyyət sübuta yetirir ki, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün real addımlar atmalı olan həmsədrlər, mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar”.
ATƏT-in Minsk qrupunun fəaliyyətinin bütövlükdə işğalçı Ermənistanın mənafeyinə xidmət etdiyini önə çəkən BAXCP İdarə Heyəti hesab edir ki, işğalçı ordunun təxribarlarına daha sərt cavab verilməli və Azərbaycan torpaqları işğaldan azad edilməlidir.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!