ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI .....                        Trampdan Nobel mükafatı ilə bağlı açıqlama .....                        Ələtdəki hava limanına yeni rəhbər təyin edildi .....                        “HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik” .....                        Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı .....                        Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək .....                        Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ .....                        MDB nazirləri Düşənbədə görüşdülər .....                        Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü .....                       
Tarix : 2-02-2017, 19:34
“ASAN qatar” Qazaxda!

Səyyar “ASAN qatar” ilk dəfə olaraq fevralın 1-dən Qazax şəhərində 15 gün müddətində vətəndaşlara xidmət göstərir.

Butov.az xəbər verir ki, “ASAN Xidmət”dən Ölkə.Az-a verilən məlumata görə, “ASAN qatar”ları ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Belə ki, “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək. Fevralın 1-dən etibarən ilk dəfə olaraq Səyyar “ASAN qatar” vasitəsilə Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmətə başlanıb. Asan qatarın xidmətlərindən Qazaxla yanaşı ətraf rayonlar olar Şəmkir, Ağstafa və Tovuz rayonlarının sakinləri də faydalana bilər. Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.

Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Hava şəraitinin qarlı və soyuq olmasına baxmayaraq elə ilk gündən rayon əhalisinin fəallığı müşahidə olunur. Asan qatara üz tutanlar əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları eləcə də digər xidmıətlərlə yanaşı asan laboratoriyada qan analizləri üçün də müraciət edirlər. Asan qatara yaxınlaşan vətəndaş dinlənilir və aidiyyatı üzrə xidmət vaqonunda onun müraciəti təmin olunur. Vaxt itkisi olmadan xidmətlərdən yararlanan sakinlər yaradılan bu şəraitdən məmnunluqlarını ifadə edirlər. Asan qatar Qazaxdan sonra Tovuz rayonunun Qovlar şəhərində əhaliyə xidmət göstərəcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!