Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı .....                        Özünü güllələyən sabiq baş pediatr ötən gün işdə olub .....                        Ukraynalı deputatlardan Nobel Komitəsinə müraciət: Vardanyanın namizədliyi rədd olunsun! .....                        2026-cı ilədək Şərqi Zəngəzura 40 min nəfər köçürüləcək .....                        UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                       
Tarix : 3-07-2019, 07:42
9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb.
Butov.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb edilən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və parolundan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq edə bilərlər.
Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
İxtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq.
“Abituriyent” jurnalının 3 nömrəli buraxılışında ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.
Abituriyentlər jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi,1M və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş edə bilərlər.
Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Məlum olduğu kimi, hər il “Abituriyent” jurnalının xüsusi buraxılışında kolleclərin ixtisaslarına tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilirdi. Lakin bu il qəbul imtahanı qaydaları və qiymətləndirmə şkalası (300 bal) əvvəlki illərdən fərqli olduğu üçün ayrıca keçid balları jurnalının dərc olunması nəzərdə tutulmur. Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, ötən illərdə formalaşmış keçid ballarına istinad etməməlidirlər. Abituriyentlərin bilikləri ötən il 200 ballıq, bu il isə 300 ballıq şkala ilə qiymətləndirilir. Odur ki, hər hansı ixtisas üzrə ötənilki keçid balı bu il ixtisas seçimi zamanı istiqamət götürməkdə istiqamət rolunu oynamır və abituriyentlər bunu nəzərə almalıdırlar.
Xatırladaq ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin nəticələri əsasında formalaşır.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!