Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
Tarix : 10-01-2020, 08:54
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalına məqalə qəbulu elan edir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din araşdırmaları” jurnalının dördüncü sayına məqalə qəbulu elan edir.
Butov.az xəbər verir ki, Aİİ-dən Trend-ə bildirilib ki, məqalələrinin “Din araşdırmaları” jurnalında dərc olunmasını arzulayanlar aprelin 30-dək müraciət edə bilərlər. Jurnala təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə və Azərbaycan İlahiyyat İnstitutunun qaydalarına cavab verməli, digər nəşrlərdə dərc olunmamalıdır. Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
Məqalələr elektron qaydada redaksiyanın [email protected] elektron ünvanına göndərilməlidir. Həmçinin, məqalənin mətni 1 nüsxədə (həmçinin elektron forması kompakt diskdə) elmi dərəcəsi olan şəxsin məqalə haqqında rəyi ilə birgə müəlliflərin özləri tərəfindən jurnalın redaksiyasına (Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan, Bakı şəhəri, Əhməd Cəmil, 41A) təqdim edilə bilər. Əlyazma müəlliflər tərəfindən mütləq imzalanmalı və onun redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir.
Qeyd edək ki, elmi nəşrdə dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq olunduğu məqalələrin qəbulu nəzərdə tutulub. Dərginin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.
Məlumat üçün bildiririk ki, Aİİ ali dini təhsil üzrə ixtisaslaşmış müəssisədir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə üstünlük verir.
Akademik nəşrlər ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.


Paylaş



Bölmə: Təhsil / Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!