Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
20-02-2024, 12:33
Hacı NƏRİMANOĞLU: Dilimizi, yazımızı daha səlis, zəngin edə bilərik

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

Hacı NƏRİMANOĞLU: Dilimizi, yazımızı daha səlis, zəngin edə bilərik

Dil də canlı orqanizmdir, daim inkişaf edir, təzələnir, təmizlənir, yeni sözlərlə zənginləşir. Mənsub olduğumuz türk dillər ailəsinin əhatə dairəsi böyük olduğu kimi, zənginləşmə imkanları da genişdir. Anadolu və Qafqaz türkcəsində bir-biri ilə eyni olmayan, yeri boş olan"vakant" sözlərimizdən yararlana, onlara vətəndaşlıq hüququ verməklə boşluğu doldura, zənginləşə, həm də bir-birimizi daha yaxşı anlaya ola bilərik. Məsələn, Anadolu türklərində işlənən, kökü bizə aydın, doğma, anlaşılan olmaqla bərabər, həm də Azərbaycan türkcəsində konkret qarşılığı olmayan, yaxud iki və bir neçə aydınlaşdırıcı sözlə ifadə olunan, yaxud dilimizin ahənginə, harmoniyasına uyğun gəlməyən, çətin tələffüz edilən, dilə yatmayan çoxlu sözlərimiz var ki, onları Anadolu türkcəsindəki eyni mənalı sözlərlə əvəz edə bilərik.

Misallarla fikrimi izah edim: aday - ad etmək, namizəd, abla-böyük bacı, ağabəy, abi-böyük qardaş, ağım-ayağın üstü, ajans-xəbər agentliyi, akıt-sənəd, müqavilə, akt bağlayan tərəflər, albay-polkovnik, yarbay-podpolkovnik, aldatı-saxtakarlıq, aldatma, amaç-məqsəd, anıt-xatirə abidəsi, alan-sahə, ərazi, ayırtman-mütəxəssis, ayraç-mötərizə, acir-icarə, borc, kirayə verən, açıkça ("otkrıtka" rus sözündən uğursuz çevirmədir)-diləkçə, bağımlı, bağımsız-müstəqil, basqı-təzyiq, sıxıntı, başarı-müvəffəqiyyət, nailiyyət, bildiri-məlumat, bisiklet-velosiped, bitek-münbit, bodur-alçaq boylu adam, bulmaq-tapmaq, burs-təqaüd, caddə-prosrekt, çağdaş-müasir, çete-silahlı quldur dəstə, departman-müəssisə, idarə, dış-xarici, iç-daxili, duraq-dayanacaq, düzən-qayda-qanun, doğal-insan əli ilə yapılmamış, hız-sürət, huy-xasiyyət, kamyon-yük maşını, kandaş-atabir ana ayrı qardaş, kanser-xərçəng xəstəliyi, kullanmaq-istifadə etmək, Konstitusiya-Ana Yasa, laik-dünyəvi, mayo-çimərlik paltarı, net-təmiz, dürüst, noter-notarius, ortam-mühit, şərait, orman-meşə, onur-heysiyyət, özünə güvən, özgün-orijinal, özü-xarakterik, səciyyəvi, özgür-müstəqil, sərbəst, öc-intiqam, qisas, önəm-əhəmiyyət, peki-çox yaxşı, rağmən-baxmayaraq, reseptor-qəbuledici aparat, saçmalamaq-mənasız danışmaq, sakat-zədəli, savunmaq-müdafiə etmək, sayğı-hörmət, ehtiram, sayın- sayılan, seçilən,hörmətli adam, semiz-kökəldilmiş quş, heyvan, seyirçi-tamaşaçı, suvare-axşam tamaşası, sunmaq-təqdim etmək, sonuc-nəticə, soru-sual, sorum-məsuliyyət, cavabdehlik, suçlu-təqsirkar, günahkar, sürəc-proses, şaka-zarafat, şöylə-beləliklə, tekel-inhisarçılıq, monopoliya, təpgi-reaksiya, tez-dissertasiya, trafik-yol hərəkəti, tuğay-hərbi briqada, tümən-hərbi diviziya, türkü-xalq mahnısı, tapu-mükiyyət, soyut-mücərrəd, abstrakt, sorun-problem, sınav-sınaq imtahanı, sömür-istismar, sömürgə-müstəmləkəçi, uçaq-sərnişin təyyarəsi, Ana Yasa-Konstitusiya, yasaq-qadağa, yatırım-investisiya, kapital qoyuluşu, yenilmək, yenmək-məğlub etmək, yaş günü-ad günü, yetki-ixtiyar, səlahiyyət, zeki-zəkalı adam, uğurlamaq-ötürmək, yola salmaq, uysal-üzüyola, sözəbaxan, uyutmaq-yuxuya vermək, yatızdırmaq və sair.1
Anadolu türkləri də Qafqaz türklərindən(Azərbaycan, Gürcüstan, Dağıstan ) xeyli belə söz götürüb həm yazısında, həm danışığında ümumişlək söz hüququ verə bilər.
Dilimizi daha varlı etmək üçün, arxaik, dialekt, şivə sözləri də zəngin xammaldır.
Min illiyin o üzündə yaşamış oğuz-alban əcdadlarımızdan bizə ən qiymətli miras qalmış “Kitabi-Dədə Qorqud”un “Tarixi-coğrafi qeydlər”ində (müəllifi professor Süleyman Əliyarov) oxuyuruq: “Azvay qurd əniyi erkəkində bir köküm var (XI boy)-baxın: “Qara başım qurban olsun, qurdum, sana”. “Azvay” sözünə gəldikdə, onun açımı indiyədək qaranlıq qalır. O.Ş.Gökyayın izahına görə, Sarı Sabır deyilən bitgidən çıxarılan acı maddədir, qadınlar uşaqları süddən kəsmək üçün azvay sürtərlər. (1973, S.170)”. Lakin qurd əniyi erkəyinin buna nə dəxli var?-sual altında qalır”
Azvay- mənim doğulub böyüdüyüm Qubadlı, Zəngəzur bölgəsində cəld, qıvraq və hərəkətlilik mənasında, “ölüvay”ın antonimi kimi gen-bol işlənirdi; “azvay ol”, “azvay adam”, “azvayışına fikir ver”, “azvayışlı ol”... Buna oxşar “azmayış”sözü isə Anadoluda “təcrübədən, sınaqdan keçmiş” mənasında ümumişlək sözdür. Təəssüf ki, dilimizdə yaşamağa haqqı olan belə sözlər “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə salınmayıb.
Səlislik, rəvanlıq baxımından yazımızda, orfoqrafiya qaydalarımızda xeyli dəyişmələr edə bilərik. Bizdəki bir çox qoşa samitli sözlər türk dilində tək samitlə yazılır, deyilir, düzgün olar ki biz də elə edək. Rəqəmdən sonra qoyulan nöqtə "ci"ni əvəz edir, durğu işarələrindən az istifadə olunur. Məncə, dilimizdə modal sözlərdən əvvəl, o, bu əvəzliklərindən sonra vergül qoyulması qaydalarına da yenidən baxmaq lazımdır. Türk dilində bu sözlərdən sonra vergül qoyulmur, olması da gərəksizdir, onsuz da şifahi nitqdə bunlar intonasiya ilə ayrılır, yazıya gətirməyə nə hacət? Bu cəhətdən türk dilinin yazı qaydaları daha asan mənimsəniləndi, doğru yanaşmadır, dil, yazı yüngülləşməli, artıq yükdən xilas olmalı, şifahi dillə yazı biri birinə daha yaxın olmalıdır. Məktəb, idarə, və digər qurumlar qarşısında “xoş gəlmişsiniz” sözləri gözü, dili ağrıtmırmı? “Xoş gəldiz”-belə deyiliş formaları dilimizdə qanuniləşməlidir.Eynilə; mən türk dostlarıma həmişə "gediyorum" əvəzinə "gedirəm" deməyi tövsiyə edirəm. Ən azı ahəng qanununun gözlənməsi, deyim və yazı sadəliyi, rəvan nitq səbəbiylə. Bu sıralanmanı daha da artırmaq mümkündü. İnanırıq ki, AMEA Dilçilik İnstitutu bu məsələ ilə bağlı xeyirli işlər görə bilər və bundan daha çox ana dilimiz olan Azərbaycan türkcəsiqazanmış olar. Mən dilimizin adının məhz Azərbaycan türkcəsi olaraq təsbit olunmasını düzgün sayıram, həm də ona görə ki, dilçilik elmimizin korifeylərindən olan akademik Ağamusa Axundov da belə düşünürdü: “Azərbaycan Demokratik Respublikasının fəaliyyət göstərdiyi dövrdə... Parlamentinistifadəetdiyidildövlətdilistatusunama-likAzərbaycantürkcəsiidi... Parlamentəgələnməktublarbaşqadildəolduqdaparlamentsədri-ninmüaviniHəsənbəyüzərindəmaraqlıbirdərkənarqoyurmuş: «Ərizətürkcəlisandaolma-dığıüçünəncamsız qalır».
ADR Parlamentinin ilk iclasındaMilliŞuranınsədriMəmmədƏminRəsulzadəningirişnitqin-də yum sözüişləndiyidəakademikA.Axundovundiqqətindənyayınmamışdıvə o, busözünaçmasını da vermişdi:«Möhtərəmməbuslar! AzərbaycanCümhuriyyətinin ilk məclisi-məbusanınıaç-maq yum səadəti, sizmöhtərəmməbuslarıtəbriketməkşərəfininöhdəmədüşməsiiləmüftəxərəm (alqışlar), əfəndilər!” Göründüyükimi, «yum səadəti» xeyir-duaverməkmənasındadırvəDə-dəQorqudundilindəki yum verəyim ifadəsini xatırladır.”
Fikrimcə, görkəmli alimin bu fikrindən çıxış edərək belə sözlərin dirilməsinə yum vermək lazımdır.
“Kitabi-Dədə Qorqud”dan: “Yazıda-yabanda keyiki qovar, sənin önünə gətirər”, “yazdı-düzdi”... Yazı – sözü oğuz yaşıdlıdır, düz, düzəngah anlamındadır, yəni “yaban”ın əksi - insan əli, ayağı dəyməmiş, insan yaşamayn vəhşi təbiət, təbii yer mənasında. “Yazı”, “yazmaq” ifadəsi də mənasını bu kökdən alıb. “Yazı düzü”, “Yazı yer” adlı sahəsi minlərlə hektar olan düz, düzəngah yerlərimiz kimi Ana kitabımızda olan 22 toponim eyni ilə Qubadlıda var idi.6
Gəlin, danışıq və yazı dilimizi daha düzgün, zəngin, səlis, rəvan edək. Buna hələ də istifadə olunmamış gen-bol imkanlarımız var.*
19-02-2024, 23:09
Bakıda şagird zorbalığa məruz qaldı - Rəhbərlik hərəkətə keçdi


Bakıda şagird zorbalığa məruz qaldı - Rəhbərlik hərəkətə keçdi

Bakıda yerləşən 156 saylı orta məktəbin yaxınlığında şagirdlərdən biri həmcinsi tərəfindən bullinqə məruz qalıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə 156 saylı məktəbin yaxınlığında baş verib:
"Videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır".
156 nömrəli tam orta məktəbdən verilən məlumata görə, məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.
Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.
19-02-2024, 19:22
Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə saziş imzalandı


Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə saziş imzalandı

Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə saziş imzalanıb.
Saziş Azərbaycan Prezidenti İlham Əliyevin səfəri çərçivəsində imzalanıb.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
Qeyd edək ki, ötən il Prezident İlham Əliyev Türkiyənin ovaxtkı milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü qəbul edərkən birgə universitetin yaradılması məsələsi də müzakirə olunub. Prezident həmin görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını söyləyib.
Oktyabr ayında isə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan – Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsi məqsədilə ölkəmizə səfər edib.
19-02-2024, 17:51
Türkiyə və Azərbaycan arasında Anlaşma Memorandumu imzalandı


Türkiyə və Azərbaycan arasında Anlaşma Memorandumu imzalandı

Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Anlaşma Memorandumunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
18-02-2024, 14:59
Naxçıvanda dövlət qulluğuna qəbul imtahanları keçirildi


Naxçıvanda dövlət qulluğuna qəbul imtahanları keçirildi

Naxçıvanda xarici dil üzrə fəlsəfə doktoru ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının 2-ci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib.
Fevralın 18-də Dövlət İmtahan Mərkəzi xarici dil üzrə fəlsəfə doktoru və ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının 2-ci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirib.
İmtahanlar Naxçıvan şəhər 14 və 5 nömrəli tam orta məktəb binalarında təşkil edilib. Fəlsəfə doktoru imtahanında 7 doktorant (dissertant), sınaq imtahanında 135 abituriyent, dövlət qulluğuna qəbul imtahanında isə 299 namizəd iştirak edib. İmtahanların idarə olunmasına, ümumilikdə, 45 nəzarətçi, 7 imtahan rəhbəri cəlb edilib. İmtahanların rahat keçməsi üçün hər cür şərait yaradılıb.
18-02-2024, 14:42
2800-dək namizəd dövlət qulluğu üzrə test imtahanında iştirak etdi


2800-dək namizəd dövlət qulluğu üzrə test imtahanında iştirak etdi

18 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 11 binada təşkil olunub. İmtahanın idarə olunması üçün 11 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 258 nəzarətçi, 39 buraxılış rejimi əməkdaşı ayrılıb.
Fevralın 19-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
16-02-2024, 18:46
Dövlət qulluğuna imtahan vermək istəyənlərə XƏBƏRDARLIQ


Dövlət qulluğuna imtahan vermək istəyənlərə XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçirəcək.
DİM-dən bildirilib ki, imtahan vermək istəyən namizədlərin Mərkəzin portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə qəbul üzrə test imtahanı
İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat martın 14-dək aparılacaq. İmtahan kompüter vasitəsilə Bakı şəhərində Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 5 saylı tədris binası) keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və kompüter vasitəsilə keçiriləcək.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan.
Bu imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı BB qrupu üzrə fevralın 29-dək, AB, AC, BA qrupları üzrə isə martın 14-dək davam edəcək.
AB, AC qrupları üzrə imtahan saat 10:00-da, BA qrupları üzrə imtahan isə saat 15:00-da kompüter vasitəsilə Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 5 saylı tədris binası) keçiriləcək.
BB qrupu üzrə imtahan saat 11:00-da başlanacaq və kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahan yeri imtahana 5 gün qalmış namizədin buraxılış vərəqəsində göstəriləcək.
15-02-2024, 13:02
Qarabağ Universitetinin fəaliyyəti üçün 10 milyon maliyyə vəsait ayrıldı


Qarabağ Universitetinin fəaliyyəti üçün 10 milyon maliyyə vəsait ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncamla Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
14-02-2024, 16:53
Magistratura imtahanı üzrə respublika birincisi seçdiyi ixtisasdan danışdı


Magistratura imtahanı üzrə respublika birincisi seçdiyi ixtisasdan danışdı

Magistratura təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almaq istəyirəm. Hədəfim ixtisasım üzrə işləməkdir.
Bu sözləri açıqlamasında 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında 93 bal toplayaraq respublika birincisi olan Gültən Məhərrəmli bildirib.
Tam orta təhsilini Babək rayonunun Qaraqala kəndində alan Gültən Məhərrəmli qeyd edib ki, məktəbi bitirdikdən sonra 558 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları ixtisasına qəbul olub: “Magistraturaya qəbul imtahanında mümkün 95 baldan 93 bal toplamışam. Bu nəticə ilə respublika birincisi olmuşam. Gələcək planım magistratura təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almaqdır. Hədəfim isə ixtisasım üzrə işləməkdir”.
Gültən Məhərrəmli qeyd edib ki, bu uğurunun kökündə dayanan əsas amil imtahana ciddi hazırlaşmağıdır: "İmtahan nəticələrini ilk olaraq ailəmlə paylaşdım. Ailəmə, sevdiklərimə və məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm".
14-02-2024, 16:40
Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək


Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.
DİM-dən verilən xəbərə görə, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3469 abituriyent qeydiyyatdan keçib. İmtahan fevralın 18-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil olunacaq.
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Abituriyentlərə tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd etsinlər və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasınlar.
İmtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!