Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
21-10-2021, 11:35
Vətəndaş evini müvəqqəti yaşamaq üçün qardaşına verib, indi isə məhkəmələrdə qalıb

Sabiq vergilər naziri Fazil Məmmədovun keçmiş müşaviri Müsavər Nəbiyevin adı məhkəmə çəkişməsinə qarışıb. Keçmiş müşavir kürəkəninin bacısına məxsusluğu sənəd-sübutla isbatlanan evin qızının adına keçirilməsinə çalışır. Məhkəmə çəkişməsi haqda “Yeni Müsavat”a Aynur Şirəliyeva məlumat verib. O deyib ki, qardaşı Bəhruz Şirəliyev Müsavər Nəbiyevin qızı Gülşən Nəbiyeva ilə 2010-cu ildə evlənib. Lakin yeni qurulan ailənin yaşamağa evi olmayıb. Ona görə də Aynur Şirəliyevə bu evlilikdən 1 il əvvəl aldığı özünə məxsus evi qardaşına yaşamaq üçün verib.

Şikayətçi deyir ki, Xətai rayonu, Ələddin Quliyev küçəsi 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət olan 36 saylı mənzili 4 sentyabr 2009-cu ildə ilə 131/R saylı müqavilə bağlayaraq alıb.

“Əlimdə MTK-ya 104.400 ABŞ dolları məbləğində pul ödəməyim haqda qəbzlər var. Mənzili qardaşıma yaşamaq üçün verəndə onun kirəyələrdə qalmamasını, kirayəyə verəcəyi pulları yığıb özünə ev almasını düşünmüşəm. Elə bu səbəbdən də mənzildə onlar yaşadıqları bütün müddət ərzində bütün kommunal xərcləri və vergiləri də ödəmişəm. 2013-cü ildə qardaşımın 1 övladı dünyaya gəlib. Evliliklərindən 6 il ötəndən sonra isə aralarında mübahisə, söz-söhbətlər və münaqişələr baş verdi. 2018-ci ilin sentyabr ayında faktiki olaraq ayrıldılar”, - deyə Aynur Şirəliyeva bildirib.

Onun sözlərinə görə, qardaşı yoldaşı ilə ayrılandan sonra mənzildən çıxıb. Lakin Gülşən Şirəliyeva qızları Leyla ilə birgə mənzildə qaldı. 2019-cu ilin yanvarında rəsmən boşanandan sonra isə o, Gülşən Şirəliyevadan xahiş edib ki, mənzilini tərk etsin: “Amma o, buna məhəl qoymadı. Məcbur qalıb məhkəməyə müraciət etməklə Gülşən Şirəliyevanın mənzildən çıxarılmasını tələb etdim. Gülşənin anası Sənubər Əlifağa qızı Nəbiyeva da məhkəməyə müraciət edərək 3-cü şəxs kimi prosesə qoşuldu. İddia verib mənimlə ”Lalə" MTK arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunmasını və onunla mənzilə dair yeni müqavilə bağlanmasını istədi".

Aynur Şirəliyeva deyir ki, qardaşının keçmiş qayınatası Müsavər Nəbiyevin yaxşı əlaqələri, pulu var. Məhkəmələrdə də bu əlaqələrdən istifadə edir: “Sənubər Nəbiyeva məhkəmədə səs-küy salıb ”Lalə" MTK-nın mənzilə dair alqı-satqı müqaviləsindəki imzaların kimə məxsus olmasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspretizasının təyin edilməsini tələb etdi. Nizami Rayon Məhkəməsinin hakimi Həqiqət Əhmədova vəsatəti təmin etdi, müqaviləni ekspertizaya yolladılar. Ekspertizadan cavab gəldi ki, alqı-satqı müqaviləsindəki imza Sənubər Nəbiyevanın deyil, Aynur Şirəliyevanındır. Sənubər Nəbiyeva ekspertizanın rəyi elan edilməzdən əvvəl məhkəmə zalında dedi ki, nə olsun ki, imzalar Aynura məxsusdur? Mənzilin pulunu mən vermişəm. Guya mənzilin pulunu “Lalə” MTK-ya verəndə qardaşım və mən yanında olmuşuq. Guya onun xəbəri olmadan qardaşım müqaviləni mənim adıma rəsmiləşdirib. Guya o da fikir verməyib".

Şikayətçi deyir ki, bundan sonra Sənubər Nəbiyeva tələbini dəyişib. Bu dəfə mübahisəli mənzilin özü tərəfindən alınması və onun təmirinin özü, ailəsi tərəfindən aparılmasını iddia edib: “Mənə məxsus mənzilə görə 104 min 400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə - əlavə 45 min manat məbləğində pulu və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 70 min manat məbləğində pul tələb etməyə başladı. Nizami Rayon Məhkəməsində bu iddia 3 il ərzində süründürməçiliyə məruz qaldı. Hakim Rəşad Həsənov sona qədər işə baxmadı və məzuniyyətə çıxmaqla işi hakim Həqiqət Əhmədovaya təhvil verdi. O da işi uzatdı və sonda əsassız, qanunsuz, mənim halal mülkiyyətimdən məhrum olunmağıma yol açan bir qətnamə çıxardı. Apelyasiya şikayəti verdik. Yenə də məhkəmədə süründürməçilik başladı və həmin qanundankənar, cinayətə bərabər qətnamə qüvvədə saxlanıldı”.

Şikayətçi ölkə rəhbərliyinə, Ali Məhkəmə sədri Ramiz Rzayevə müraciət edərək ona qarşı qanunsuzluqlara, məhkəmə hakimlərinin özbaşınalığına son qoyulmasını istəyib: “İş hazırda Ali Məhkəmədədir. Mən Apelyasiya Məhkəməsinin qərarından şikayət vermişəm. Şikayətin araşdırılması üçün hakim Aqil Abbasovun icraatına verildi. Lakin hakim bizə qarşı faktiki olaraq cinayətə bərabər addımlar atıldığını iş materiallarından gördü və işə baxmaqdan imtina etdi. Ölkədə məhkəmə hüquq islahatlarının aparıldığını cənab Prezident hər çıxışında deyir. Məhkəmələrdə hakimlər sanki onu heç eşitmirlər. Mənim əlimdə mənzil aldığımı təsdiq edən alqı-satqı müqaviləsi var. Əgər müqavilənin heç bir hüquqi əsası yoxdursa, belə müqavilələr ölkə boyu niyə bağlanır? Yoldaşım Rusiyada illərlə işləyib pul qazanıb, mənim özüm də işləmişəm, pul yığıb ev almışıq. Hakimlər isə deyir ki, nə olsun əlində müqavilə var, biz evi kimə istəsək veririk! Belə qanunsuzluq olar? Mənim mülkiyyət hüququma qəsd edirlər. Bunu Azərbaycan Respublikasının adından, Azərbaycan qanunlarını pozaraq edirlər. Ölkə rəhbərliyindən dönə-dönə xahiş edirəm ki, bu qanunsuzluğa, özbaşınalığa son qoyulsun”.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”


Bütöv.az
21-10-2021, 11:24
TƏBİB-in 3 İLDİR “GÖRMƏDİYİ” BAŞ HƏKİM – Qusar xəstəxanasının baş həkiminin maraqlı tarixçəsi

Artıq məlumat verildiyi kimi, “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynalov Mübariz Ağakərim oğlu rüşvət alarkən prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. O, həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan 2 000 manat rüşvət alıb

Ancaq bu, sözügedən baş həkimin ilk “qəhrəmanlığı” deyilmiş. Belə ki, bu ilin yanvar ayında Mübariz Zeynalovun barəsində Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Alp.az xəbər verir ki, sözügedən cinayət işində Mübariz Zeynalov inzibati məsələlər üzrə direktor müavini Nəzakət Salmanova və maliyyə şöbəsinin müdiri Eldar Məhsimovla birgə qulluq mövqeyinə qəsdən zidd olaraq xəstəxananın Təxirəsalınmaz Tibbi Yardım bölməsinin bir neçə əməkdaşına “COVİD-19” pandemiyası ilə bağlı mübarizə tədbirlərinə cəlb edilmələrinə görə ödənilməli olan müddətli əlavələri mənimsəməkdə günahlandırılır. Yəni istintaq bildirir ki, həmin bu baş həkim əlaltıları ilə birgə həyatlarını təhlükə altında qoyaraq koronavirusla mübarizə aparan sıravi həkimlərə ödənməli olan əlavə maaşları mənimsəyib.

Ancaq heç bu da baş həkimin “qəhrəmanlıqları”nın tam siyahısı deyilmiş. Hələ 2019-cu ildə həmin bu Mübariz Zeynalovun ətrafında böyük qalmaqal baş verib. Belə ki, o vaxt özünü DTX polkovniki, general kimi təqdim edən bir neçə şəxs ondan külli miqdarda rüşvət alıb.

Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə keçirilib. Məlum olub ki, həmin şəxslər sözügedən xəstəxananın Samir adlı həkiminin baş həkimdən “yuxarılara” şikayət etdiyini deyiblər. Bildiriblər ki, Samir həkim yüksək vəzifəli şəxsin adamıdır və buna görə də baş həkimin işi çətindir. Bu işi “yoluna qoymaq” üçünsə Mübariz Zeynalovdan, özünün məhkəməyə verdiyi ifadəyə görə, 125 min manat pul alıblar.

Özlərini adı çəkilməyən hansısa olduqca yüksək vəzifəli şəxsin adamları kimi təqdim edən bu şəxslər M.Zeynalova hədə-qorxu gələrək, yenə pul istəməkdə davam ediblər. Ancaq dəstənin üzvlərindən biri yoldaşlarından öz “payını” ala bilmədiyi üçün Mübariz Zeynalova hər şeyi açıb danışıb və onu sözügedən şəxsləri tutdurmağa təhrik edib.

Bundan sonra baş həkim həmin şəxslərdən şikayət edib və onlar həbs ediliblər. Ancaq burada bir maraqlı detal var. Məsələ ondadır ki, son olaraq Mübariz Zeynalovun həbs edilməsinə dair yayımlanan videodan onun rüşvət aldığı şəxsin Samir adlı həkim olduğu məlum olur. Yəni o, Samir adlı həkim-stomatoloqdan rüşvət alarkən həbs edilir. Hansı ki, hələ 2019-cu ildə baş verən hadisədə də baş həkimi hədələyərək, ondan pul alanlar Samir adlı həkimin adını hallandırırdılar. Bir sözlə, kifayət qədər qarışıq işdir və yəqin ki, hüquq-mühafizə orqanları öz vəzifələrinin öhdəsindən gələrək, hər şeyi üzə çıxaracaqlar…

Bütün bunlarla yanaşı, xüsusi qeyd etmək istədiyimiz odur ki, sanki TƏBİB öz tabeliyində olan Qusar xəstəxanasının və onun baş həkiminin ətrafında artıq 3 ildir baş verənləri görmürmüş. Təbii ki, ondan 125 min manat rüşvət alanlar baş həkim barədə korrupsiya, rüşvət də daxil olmaqla ciddi kompramatlara malik olublar.

Baş həkiminsə onlara verəcək külli miqdarda pulu olub və bu pulun haradan, necə qazanıldığını hamı kimi TƏBİB də bilməmiş deyildi. Ancaq bütün bunlara baxmayaraq, M.Zeynalova nə o vaxt, nə də ötən az qala üç il müddətində “gözün üstə qaşın var” deyən olmayıb. Hətta baxmayaraq ki, cari ilin yanvarında bu şəxs həkimlərin koronavirusla mübarizəyə görə almalı olduğu pulları mənimsəməkdə rəsmən ittiham olunub. Görəsən, bu şəxs daha nə etməli idi ki, TƏBİB bu xəstəxana və həmin baş həkimlə bağlı vaxtında tədbir görəydi?

Onu da qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki xəstəxanalarda Mübariz Zeynalovdan da “yırtıcı” və “fərasətli” baş həkimlər var, ancaq TƏBİB onların heç birini görmür…(“AzPolitika.info”)

Bütöv.az
21-10-2021, 11:14
Tehran danılmaz fakt qarşısında: İranın narkotrafikinin sübutları - VİDEO

İran-Azərbaycan münasibətlərində son dövrdə baş verən hadisələr göstərdi ki, İranın onilliklər boyu bölgədə yürütdüyü ikibaşlı siyasətlə bağlı Azərbaycanın deməyə çox sözü var, sadəcə İranın haqqında çox danışıb əməldə riayət etmədiyi mehriban qonşuluq prinsipləri naminə indiyə qədər çox şeyin, necə deyərlər, üstünü vurmayıb.

Bu barədə “Azad İran”ın hazırladığı məqalədə deyilir.

Lakin səbrin də bir həddi var: oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasındakı çıxışında işğal dövründə İranın Ermənistanla birgə göstərdiyi bəzi fəaliyyətlərdən danışıb, o cümlədən, narkotik tranziti ilə bağlı məsələyə toxunaraq deyib:

“Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

Azərbaycan Prezidentinin bu açıqlaması İranda sözün həqiqi mənasında şok effekti yaradıb və əməlli-başlı çaşqınlıq doğurub. Bunu İran rəsmilərinin ötən günlərdə verdiyi cavablar və şərhlər aydın şəkildə göstərir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani, daxili işlər naziri Əhməd Vəhidi, İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin, Narkotiklərlə Mübarizə Qərargahının baş katibi İsgəndər Mömini, İran parlamentinin Milli Əmniyət və Xarici Siyasət Komitəsinin sözçüsü Mahmud Abbaszadə, Narkotiklərlə Mübarizə Polisinin rəisi Məcid Kərimi və başqaları bununla bağlı müxtəlif fikirlər irəli sürərək İranı, necə deyərlər, təmizə çıxartmağa çalışdılar.

İran rəsmiləri ilk növbədə bildiriblər ki, İran narkotik qaçaqmalçılığına qarşı ciddi-cəhdlə mübarizə aparır, bu yolda çoxlu itkilər verib, ölkənin bu sahədə fəaliyyəti beynəlxalq qurumlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən təqdir olunub.

Lakin onlar nə üçünsə İranın dünyada narkotik qaçaqmalçılığı sahəsindəki “xidmətləri” barədə beynəlxalq aləmdə deyilənlərin üzərindən sükutla keçiblər. Halbuki hələ 2009-cu ildə BMT müfəttişlərinin məxfi hesabatlarında İran narkotik maddələrin Avropaya daşınmasında əsas rol oynayan bir ölkə kimi göstərilmişdi, bunun üçün Azərbaycan ərazisindən, yəni Ermənistan tərəfindən işğal edilmiş torpaqlardan istifadə olunduğu vurğulanmışdı. Sonradan həmin məxfi məlumatlar “Vikiliks” sənədlərində yer almış, eləcə də Almaniyanın nüfuzlu “Di Velt” qəzeti bu barədə məqalə dərc etmişdi. 2008-ci ilə aid bir sənəddə İrandan çıxan heroinin 95 %-nin Avropaya çatdığı bildirilirdi.

İranda narkotik qaçaqmalçılığının İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni SEPAH-ın nəzarətində olduğu, onun əsas gəlir mənbələrindən birini təşkil etdiyi də beynəlxalq sənədlərdə və mediada dəfələrlə qeyd olunub. Bu fikri təsdiq edən çoxsaylı sübutlar da aşkara çıxıb.

2012-ci ildə ABŞ-ın Maliyyə Nazirliyi narkotik qaçaqmalçılığındakı iştirakına görə SEPAH-ın “Qüds” qüvvələrinin Əfqanıstanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətindəki komandanı Qulamrza Bağbaniyə qarşı sanksiya tətbiq edib. General Bağbani SEPAH-ın “Taliban”a göndərdiyi silah-sursatın çatdırılması müqabilində narkotik qaçaqmalçılarının İran sərhədindən rahat keçmələrinə, o cümlədən tiryəki İran daxilində yaymalarına şərait yaradırdı.

2017-ci ildə İtaliya hökuməti Avropa Birliyinə narkotiklərin çatdırılmasını təmin edən 9 nəfərlik bir qrupu ifşa etmişdi. Həmin şəxslərin İraqda SEPAH-ın nəzarət etdiyi “Həşdi-Şabi” dəstələrinin üzvü olduğu və general Bağbani tərəfindən idarə olunduğu müəyyən edilmişdi. 2020-ci ildə Rumıniyada tutulan 1,3 ton narkotikin də SEPAH-ın vasitəsilə Suriyadan ölkəyə gəlib çıxdığı bəlli olmuşdu. Bir sözlə, hələ 2011-ci ildə İranın ozamankı prezidenti Mahmud Əhmədinejat bir çıxışında SEPAH təmsilçilərini nəzərdə tutaraq məşhur “bəradəran-e qaçaqçi-ye xodeman”, yəni “öz qaçaqmalçı qardaşlarımız” sözünü əbəs yerə işlətməmişdi.

İran rəsmilərinin İlham Əliyevin dedikləri ilə bağlı ikinci iddiası bundan ibarətdir ki, guya Azərbaycan Prezidentinə düzgün məlumat verilməyib. Halbuki İlham Əliyevin öz fikrini işğal dövründəki statistika ilə müqayisədə təqdim etməsi bu tezisin konkret təhlilə əsaslandığını göstərməkdədir. Maraqlıdır ki, sözügedən iclasda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin sözlərini təkzib etməyə çalışsa da, dolayısı ilə onun dediklərini təsdiq edib. Paşinyan bildirib ki, Ermənistanda narkotiklərin aşkarlanması və müsadirəsi Azərbaycanda olduğundan da çox – 3-4 dəfə artıb. Bu isə o deməkdir ki, işğal edilmiş ərazilərdən keçən marşrut Azərbaycan tərəfindən bağlandıqdan sonra narkotik qaçaqmalçıları daşınmanı leqal sərhədlər üzərindən aparmağa məcbur qalıblar və buna görə daha çox “ilişiblər”.

Bir faktı qeyd edək: təqribən bir ay öncə Biləsuvar postunda Azərbaycan gömrükçüləri “kimyəvi maddə və quruducu qatqı” adı altında İrandan Latviyaya aparılan 527 kiloqram, yəni yarım tondan çox maye heroin aşkar etmişdilər. Bu faktı mətbuata şərh edən Rusiya tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsov söyləmişdi: “Bir şeyi dəqiq deyə bilərəm: bu qədər böyük bir heroin partiyası yerli hakimiyyət orqanlarının xəbəri və razılığı olmadan istehsal oluna bilməz”.

İlham Əliyevin məntiqli çıxışı önündə aciz qalan İran rəsmilərinin irəli sürdüyü bir fikir də budur ki, niyə Azərbaycan bunu indi deməyə başlayıb. Yəni bu məsələni hansısa kənar təsirlə bağlamağa çalışırlar. Halbuki elə həmin çıxışında Azərbaycan Prezidenti deyib: “Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır”.

Görünür, o vaxtlar İran tərəfinin başı “işə” elə qarışıbmış ki, həmin bəyanatları eşitməyib və indi onları ilk dəfə eşidirmiş kimi qavrayır. Bununla bağlı hələ 2013-cü ildə mətbuatda getmiş bir rəsmi məlumatı da xatırlatmaq olar. Həmin məlumatda deyilirdi:

“Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib. Onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Həbs edilənlərin ifadələrindən bəlli olub ki, onlar narkotik vasitələri işğal olunmuş Qarabağ ərazilərində yetişdiriblər”.

Buradan bir daha aydın olur ki, ötən illər ərzində İran və Ermənistan təkcə iqtisadi partnyor və siyasi müttəfiq deyil, həm də narkoticarət tərəfdaşları olmuşlar.

İran rəsmiləri Azərbaycanın əsaslı iddiası qarşısında elə çaşqın duruma düşüblər ki, bəzən absurd və cəfəng fikirlər səsləndirməkdən belə çəkinmirlər. Məsələn, iki gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, siyasi elmlər doktoru Əli Əlizadə bədnam “Səhər” televiziyası ilə çıxışında Azərbaycanın vaxtilə Əfqanıstanda ISAF, yəni Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrində iştirakını narkotik qaçaqmalçılığında maraqlı olması kimi təqdim edərək, gülünc bir iddia səsləndirdi.

Amma İran tərəfi, deyəsən, unudub ki, Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında İranla bağlı başqa fikirlər də səsləndirib:

1) Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb;

2) Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb;

3) Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb, bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib.

Qoy İranın rəsmi və qeyri-rəsmi təmsilçiləri, ekspert və jurnalistləri bu sözlərə də cavab versinlər. Əlbəttə, əgər cavabları varsa...



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!