Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
11-09-2022, 15:07
Evində tiryəkxana açan qadın ələ keçdi


Evində tiryəkxana açan qadın ələ keçdi

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə tiryəkxana təşkil edən Günay Məmmədova saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər - Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb ediliblər. Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

11-09-2022, 15:05
Ərdoğan Putinlə görüşdən sonra BMT-də nədən danışacaq...


Ərdoğan Putinlə görüşdən sonra BMT-də nədən danışacaq...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində iştirak edəcək. Türkiyə lideri burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Kremlin sözçüsü Dmitri Peskov isə mediaya açıqlamasında Rusiya Prezidenti Vladimir Putinlə həmkarı Rəcəb Tayyib Ərdoğanın Səmərqənddə keçiriləcək görüşünə hazırlıq görüldüyünü və tərəflərin Rusiya ərzaq məhsullarının ixracı da daxil olmaqla taxıl müqaviləsini müzakirə edəcəklərini bildirib. Ərdoğan daha sonra ABŞ-a səfər edəcək, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci iclasında iştirak edəcək. Türkiyə lideri sentyabrın 20-də Baş Assambleyada çıxış edəcək. Ərdoğan BMT-də Rusiya-Ukrayna müharibəsi, Ukrayna taxılının daşınması, terrorla mübarizə, Yunanıstanla gərginliyə qədər bir çox mövzularda danışacaq. Ərdoğan BMT Baş Assambleyası çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə təkbətək görüşəcək.
11-09-2022, 15:03
Putin bu tarixdə hakimiyyətdən gedəcək - Sensasion iddia


Putin bu tarixdə hakimiyyətdən gedəcək - Sensasion iddia

Rusiya Prezidenti Vladimir Putin Xersonun azad edilməsindən və ya Krım körpüsünün dağıdılmasından sonra hakimiyyətdən uzaqlaşdırılacaq. Bunu rusiyalı politoloq Andrey Piontkovski deyib. “Putin üçün siyasi fəlakət çox sadədir. Məhz iki hadisədən biri - Xersonun azad edilməsi və ya Krım körpüsünün dağıdılmasından sonra o, sadəcə olaraq, hakimiyyətdən uzaqlaşdırılacaq. Ertəsi gün “Qu gölü”nü yenidən eşidəcəyik və fasilə zamanı bizə məlumat veriləcək ki, yoldaş Putin Ukrayna məsələsində bir sıra ciddi səhvlərə yol verib və səhhəti ilə əlaqədar, yaşının çox olması səbəbindən artıq vəzifəsini yerinə yetirə bilmir”, - ekspert söyləyib. Onun sözlərinə görə, bunun üçün əlverişli tarix də var: oktyabrın 7-də Putinin 70 yaşı tamam olan gün...
11-09-2022, 15:00
Ukrayna daha bir qəsəbəni azad etdi


Ukrayna daha bir qəsəbəni azad etdi

Ukrayna ordusu Xarkov vilayətinin Çkalovskoe qəsəbəsini işğaldan azad edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib. Zelenski Ukrayna bayrağının azad edilən qəsəbədə dalğalandığını bildirib.
11-09-2022, 14:59
Anası ilə çayda batan gəncin meyiti tapıldı


Anası ilə çayda batan gəncin meyiti tapıldı

Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb. Butov.az xəbər verir ki, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb. F.Rzayevanın meyiti həmin gün Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib. Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.
11-09-2022, 14:57
PKK-ya qarşı yeni əməliyyata başlanıldı


PKK-ya qarşı yeni əməliyyata başlanıldı

Türkiyənin Muş şәhәrinin Malazqirt qәsәbәsindә PKK terror təşkilatına qarşı ‘‘Eren Abluka-36’’ әmәliyyatına start verilib. Bu barәdә Türkiyənin Daxili İşlәr Nazirliyindәn bildirilib. Mәlumata görə, PKK-nı ölkәnin gündәmindәn çıxarmaq vә bölgәdәki terrorçuları zәrәrsizlәşdirmәk mәqsәdilә Hakkaridә ‘‘Eren Mühasirә-2’’ әmәliyyatına başlanılıb. Qeyd edәk ki, әmәliyyatda 513 hәrbi personal iştirak edir.
11-09-2022, 14:56
Gürcüstanın DTX rəisi baş nazir olacaq?


Gürcüstanın DTX rəisi baş nazir olacaq?

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili ölkənin gələcək Baş naziri olacağı ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib. Butov.az bildirir ki, o, jurnalistlərə açıqlamasında hökumət başçısı olmağı arzulamadığını, əgər kimsə buna bənzər təklif etsə, cavabının "yox" olacağını bildirib. “Mənim səlahiyyət müddətim var, onu bitirməliyəm, siyasi həyatımı, o cümlədən baş nazir və ya hər hansı nazir kimi davam etdirməyə hazırlaşmıram. Mən nə etdiyimi, hansı islahatlara başladığımı bilirəm və tutduğum vəzifədən daha yüksək vəzifəni praktiki olaraq istisna edirəm”, - Qriqol Liluaşvili bildirib.
11-09-2022, 14:54
İsveç yeni deputatlarını seçir


İsveç yeni deputatlarını seçir

Bu gün İsveçdə parlamentə və yerli orqanlara seçkilər keçirilir. Butov.az xəbər verir ki, səhər saatlarında səsvermə üçün məntəqələr açılıb. Krallığın xaricdə yaşayan vətəndaşları avqustun ortalarından səs verməyə başlayıblar. Bülletenləri poçtla və elektron vasitələrlə göndərmək mümkün olub. Avqustun 24-dən isə seçki məntəqələrinə gələ bilməyənlər səs verməkdədirlər.
11-09-2022, 14:52
Venesiya film festivalının ən yaxşıları seçildi


Venesiya film festivalının ən yaxşıları seçildi

Keyt Blanşett və Kolin Farrell 79-cu Venesiya Film Festivalında ən yaxşı qadın və kişi rollarına görə Volpi Kuboku qazanıblar. Butov.az xəbər verir ki, təqdimat festivalın “YouTube” kanalında yayımlanıb. Qərarı amerikalı aktrisa Culian Murun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti elan edib. Blanşett bu mükafatı Todd Feldin “Tar” filmində Berlin Filarmonik Orkestrinə rəhbərlik edən ilk qadın orkestr dirijoru roluuna görə alıb. Farrell isə Martin MakDonun “The Banshees of Inisherin” filmindəki ifasına görə mükafata layiq görülüb. Qeyd edək ki, festivalın əsas mükafatı sayılan “Qızıl aslan” Laura Poitrasın “All the Beauty and the Bloodshed" sənədli filminə verilib. 79-cu kinofestivalın proqramında yeganə olan sənədli film fotoqrafın dərman şirkətinə qarşı mübarizəsindən bəhs edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!