20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
5-11-2022, 18:15
Əli Əsədov Fuat Oktayla Cıdır düzündə


Əli Əsədov Fuat Oktayla Cıdır düzündə

Azərbaycanın Baş naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay Şuşa şəhərində olublar. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Ə.Əsədov və F.Oktay Şuşada mədəni abidələri və şəhərin görməli yerlərini ziyarət ediblər, o cümlədən Şuşa şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar. Daha sonra Şuşa şəhərində Ə.Əsədovun və F.Oktay Bakıda keçirilmiş Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.




5-11-2022, 18:11
Komando kursunun növbəti buraxılışı


Komando kursunun növbəti buraxılışı

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb. Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb. Kurs birincisi əsgər Adəm Həsənov yaş kötüyünə rəmzi emblem vurub. Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.



5-11-2022, 18:08
Erməni zabit Qarabağda minaya düşdü


Erməni zabit Qarabağda minaya düşdü

Qanunsuz erməni silahlı dəstəsinin üzvü minaya düşüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, Ağdərə istiqamətində erməni silahlı dəstəsinin zabiti piyada əleyhinə minaya düşərək ağır yaralanıb. Xankəndidə yerləşən hospitala aparılan hərbçinin sağ ayağı amputasiya edilib.
5-11-2022, 18:07
Abşeronda şəhidlər yad edildi


Abşeronda şəhidlər yad edildi

Xalqımızın şanlı qələbə qazandığı Vətən Müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş abşeronlu şəhidlərin anım günlərində yad edilməsi davam etdirilir. Butov.az xəbər verir ki, Şəhidlərimiz - Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov, Zaur Ələsgərli, Emil Əhmədov, Teymur Quliyev, Səbuhi Məcidov, Əli Əliyev, İlkin Abdullayev, Bəhruz Əhmədovun anım günləri, o cümlədən Tural Məmmədovun doğum günü qeyd edilib. Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət etmiş, qəhrəmanlarımız ehtiramla anılıb. Görüşlərdə, eləcə də keçirilən anım tədbirlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətindən, döyüş meydanında olduğu kimi, diplomatiyada da qazanılan uğurlardan, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolunun olmamasından, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışılmış, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyi qeyd edilib. Ölkəmizin hər yerində olduuğu kimi, Abşeron rayonunda da “Zəfər Günü” ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, Xırdalan şəhərində şəhidlərimizin əziz xatirəsinə Xatirə Kompleksinin inşa olunduğunu və tezliklə açılışının olacağını vurğulayan RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək onları ziyarət edib. Şəhid ailələri və qazilər də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulamış, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.






5-11-2022, 18:02
Şəhid ailələri və qazilər bir arada


Şəhid ailələri və qazilər bir arada

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Günü münasibətilə şəhidlərin ailə üzvləri və qazilərin iştirakı ilə “Zəfər salnaməsi” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycan xalqının Vətən torpağının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi hər zaman yüksək ehtiramla xatırlayacağını bildirib. Qeyd edib ki, 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizin sülh yolu ilə qaytarılması üçün uzun illər danışıqlar aparıldı. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev böyük səbr və təmkinlə diplomatik siyasət yürüdərək dinc yolla problemin həllinə çalışdı. Lakin düşmənin ardıcıl təxribatları aparılan sülh danışıqlarına ciddi zərbə vurdu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu torpaqlarımızın işğaldan azad olunması üçün başladığı Vətən müharibəsini 44 gün sonra Zəfərlə başa vurdu. Bu gün bütün dünya azərbaycanlıları bu Qələbəni böyük coşğu ilə qeyd edir. Bu Zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu şaddır. Qalib Azərbaycanın ordusu gündən-günə daha da qüdrətlənir, dövlətimiz daha da güclənir. Buna görə də biz müqəddəs amal uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə hər zaman borcluyuq. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qeyd edib ki, Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir. Qəhrəman oğullarımızın döyüş meydanında göstərdiyi şücaət və ard-arda əldə edilən qələbələr xalqımızı öz Müzəffər Ali Baş Komandanına, onun yenilməz ordusunun qələbə qazanacağına inandırdı və biz zəfər çaldıq. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan xalqı düşmən üzərində tarixi qələbəsi ilə əsrin ilk şanlı tarixini yazdı. Müharibə dövründə xalqımız Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Bir daha aydın oldu ki, Azərbaycan dövlətinin bütün sahələrində uğurların əldə edilməsində vətəndaş həmrəyliyi və milli birlik özünəməxsus yer tutur. Millət vəkili Ceyhun Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandığını, 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızın azadlığa qovuşduğunu vurğulayıb, qəhrəman Azərbaycan övladlarının göstərdikləri şücaətlərdən bəhs edib. Xalqımızın tarixi zəfərin ildönümünü böyük qürurla, təntənə ilə qeyd etdiyini bildirən millət vəkili qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli quruculuq və bərpa işlərindən, həmçinin gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, baş gizir şəhid Camal İsmayılovun anası Filara İsmayılova, şəhid general Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, şəhid Elnur Allahverdizadənin atası Əli Allahverdiyev dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan danışıb, həmçinin bugünkü tədbirin keçirilməsinə görə təşkilatçılara öz təşəkkürünü bldiriblər. Tədbirdə həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış filmlər nümayiş etdirilib, tanınmış sənətçilərin ifasında vətənpərvərlik musiqiləri səsləndirilib.









5-11-2022, 17:36
İranda etirazçılar SEPAH zabitini öldürüb


İranda etirazçılar SEPAH zabitini öldürüb

İranın Kərəc şəhərində hökumət əleyhinə nümayişlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti öldürülüb, beş polis yaralanıb. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Məlumata görə, etirazçılar Kərəc şəhərinin “Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq “Ölüm olsun diktatora!” şüarlarını səsləndiriblər. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kərəcdə etirazları nəzarətdə saxlamaq üçün qonşu əyalətlərdən əlavə qüvvələr yeridilib.
5-11-2022, 17:34
Füzulidə şəhid ailələri ziyarət olunub


Füzulidə şəhid ailələri ziyarət olunub

8 Noyabr - Zəfər Günü ərəfəsində Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşülüb. Butov.az xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan görüşlərdə RİH-nin başçısı Alı Alıyev və Aparatın əməkdaşları tərəfindən ərazidə yaşayan Vətən müharibəsi şəhidi ailələri ilə yanaşı Respublikamızın müxtəlif bölgələrində yaşayan və bu qəbildən olan bütün ailələr də ziyarət olunub. Məlumat üçün qeyd edək ki, Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri rayon ərazisi ilə yanaşı Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, İmişli, Beyləqan rayonları ərazisində də məskunlaşıb yaşayırlar. Ziyarət zamanı şəhid ailələri 8 Noyabr Zəfər Günü münasibətilə təbrik olunmuş, onlarla səmimi söhbətlər aparılıb, ailələrə bayram sovqatları təqdim olunub. Şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.







5-11-2022, 17:30
Təbrizdə azərbaycanlı fəallar həbs edilib


Təbrizdə azərbaycanlı fəallar həbs edilib

İranın Təbriz şəhərində azərbaycanlı fəallar həbs edilib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Rəhman Azərirad İranın Təhlükəsizlik (ETTELAAT) Nazirliyi tərəfindən həbs olunub. Onun həbs səbəbi və hara aparılması barədə məlumat verilməyib. Bundan başqa, əslən Muğan bölgəsindən olan və Təbrizdə yaşayan 24 yaşlı gənc fəal Səkinə Piran sentyabrın 29-da işə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. ETTELAAT təcridxanasında yeddi gün dindirilən fəal döyülüb və məcburi etiraf üçün ona işgəncə verilib. Eyni zamanda Təbrizdə milli fəal Məhəmməd Cavidi həbs edilib. O, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təbrizdə yaşayan milli-mədəni fəal Məhəmməd Cavidi ETTELAAT qüvvələri tərəfindən saxlanılıb. Onun həbsinin səbəbi məlum deyil.
5-11-2022, 17:27
Putin istəsə, müharibəyə sabah son qoyar


Putin istəsə, müharibəyə sabah son qoyar

Rusiya bilməlidir ki, nüvə müharibəsinin qalibi olmayacaq. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Baş katib qeyd edib ki, Ukraynada müharibəni Rusiya Prezidenti Vladimir Putin başladıb: “Bu, onun seçimi idi. Əgər istəsə, müharibəyə sabah son qoya bilər".
5-11-2022, 15:52
Bazar gününün havası - Duman, yağış, qar...


Bazar gününün havası - Duman, yağış, qar...

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!