20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
4-11-2022, 22:52
3 qaziyə parlamentdə iş verildi


3 qaziyə parlamentdə iş verildi

Zəfər Gününün ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə parlamentdə dövlət qulluğuna qəbul edilmiş bir qrup əməkdaşın andiçmə mərasimi keçirilib. Butov.az xəbər verir ki, qazilər - Nicat İlqar oğlu Abdurrahmanov, İzzət Zakir oğlu Balacayev və Bəşir Nəbi oğlu Hüseynzadə and içiblər. Milli Məclisin sədri Sahibə Qafarova onlara xidməti vəsiqələrini təqdim edərək dövlət qulluğunda gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra parlamentin foyesində yaradılmış “Zəfər Guşəsi”nin açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova qırmızı lenti kəsərək “Zəfər Guşəsi”nin açılışını edib. “Zəfər Guşəsi”nin yuxarı hissəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi öz əksini tapıb. Mərkəzdə Vətən müharibəsində qazanılmış Zəfər münasibəti ilə Milli Məclisdə təsis olunmuş orden və medallar sərgilənib. Guşənin hər iki tərəfində müharibədə şəhid olmuş Vətən övladlarının adları həkk olunub, işğal dövründə dağıdılmış binalar, azad olunmuş ərazilərdə aparılan möhtəşəm quruculuq və bərpa işləri fotoşəkillərdə öz əksini tapıb.





4-11-2022, 22:48
Çin ordusu Tayvan boğazında əməliyyata hazırlaşır


Çin ordusu Tayvan boğazında əməliyyata hazırlaşır

Çin Xalq Azadlıq Ordusu Tayvan boğazında mümkün hərbi əməliyyatlara hazırlaşmağa davam edir. Bunu Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tan Kefeyi deyib.“Tayvanın məsələsi Çinin daxili işidir və heç bir xarici müdaxiləyə icazə verilmir. Hazırda Birləşmiş Ştatlar davamlı olaraq vahid Çin prinsipini məhv edir", - o bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bu hərəkətlər Çinin suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur, Tayvan boğazında sülh və sabitliyi təhdid edir:"Çin Xalq Azadlıq Ordusu təlim keçməyə və müharibəyə hazırlaşmağa davam edir".
4-11-2022, 22:46
Baş nazirdən Ələt zonası ilə bağlı qərar


Baş nazirdən Ələt zonası ilə bağlı qərar

Torpaqların dövlət ehtiyacları üçün alınması işlərinin yekunlaşdığını nəzərə alaraq, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşən xüsusi mülkiyyətdə olan 9,9185 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq. Bu barədə Baş nazir Əli Əsədov bu gün müvafiq qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarda qeyd edilən dövlət ehtiyacları üçün alınan torpaq sahəsi ilə birlikdə Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaqların hüdudları daxilində yerləşən dövlət mülkiyyətinə aid torpaq sahələrinin Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Nazirlər Kabinetinə təqdim edəcək.
4-11-2022, 22:44
Saakaşvilinin vəziyyəti pisləşib


Saakaşvilinin vəziyyəti pisləşib

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşib. Bu barədə siyasətçinin anası Giuli Alasania bildirib. Məlumata görə, Saakaşvili mart ayından bəri çox çəki itirib və mütəmadi olaraq qızdırması qalxır. O əlavə edib ki, həkimlər çox çalışsalar da, xəstəliyin səbəbini müəyyən edə bilməyiblər. Saakaşvilinin vəziyyəti getdikcə ağırlaşır.
4-11-2022, 22:42
ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq yardım


ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq yardım

ABŞ Ukraynaya növbəti 400 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yeni yardım paketinə Sovet dövründən qalma tanklar, zirehli texnikalar, pilotsuz uçuş aparatları, hərbi gəmilər və digər silahlar daxildir.
4-11-2022, 22:40
Ermənistanda qarşıdurma gözlənilir - ABŞ-dan xəbərdarlıq


Ermənistanda qarşıdurma gözlənilir - ABŞ-dan xəbərdarlıq

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə səfirliyin sosial media hesabında məlumat yayılıb. Qeyd olunub ki, İrəvanda 5 noyabrda keçirilməsi gözlənilən mitinq zamanı qarşıdurmalar ola və gözlənilməz vəziyyət yarana bilər. ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb: “Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir". Xatırladaq ki, sabah Ermənistan müxalifəti Fransa meydanında mitinq keçirəcək.
4-11-2022, 22:38
Cüdoçumuz “Böyük dəbilqə”nin qalibi oldu


Cüdoçumuz “Böyük dəbilqə”nin qalibi oldu

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb. Butov.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz final görüşündə ukraynalı idmançı Dilşot Xalmatovu məğlub edib. Digər idmançımız Kəramət Hüseynov (60 kq) isə üçüncü yer uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazanıb.
4-11-2022, 22:36
Naxçıvanın büdcə gəlirləri 100 milyon manat artacaq


Naxçıvanın büdcə gəlirləri 100 milyon manat artacaq

2023-2026-cı illər üzrə Naxçıvan Muxtar Respublikasının (NMR) büdcə gəlir və xərcləri məlum olub. Bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib. Məlumata görə, gələn il üçün muxtar respublikanın büdcə gəlirləri 646,4 milyon manat, 2024-cü ildə 661,4 milyon manat, 2025-ci ildə 679,4 milyon manat, 2026-cı il üzrə isə 699,4 milyon manat proqnozlaşdırılıb. Başqa sözlə, 2022-ci ilin təsdiq edilmiş büdcə gəlirləri ilə müqayisədə 2026-cı ildə gəlirlər 15,4% və ya 93,3 milyon manat artıq müəyyən edilib. Qeyd edək ki, icmal büdcədə muxtar respublikanın gəlir və xərcləri eyni həcmdə nəzərdə tutulub.
4-11-2022, 22:33
İranın xarici işlər naziri də Baydenə cavab verdi: “İkiüzlü olmayın!”


İranın xarici işlər naziri də Baydenə cavab verdi: “İkiüzlü olmayın!”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün sosial media hesabından ABŞ naziri Co Baydenin açıqlamalarına reaksiya verib. İranlı nazir Twitter-də yazıb: "İranda baş verən son hadisələrdə zorakılıq və terrorizmi təşviq edən Ağ Ev eyni vaxtda nüvə anlaşması üzərində işləyir", - nazir Əmir Abdullahian deyib. Nazir Baydenə xitabən “İkiüzlü davranışınıza və İŞİD-i dəstəkləməyə son qoyun” deyib. Xatırladaq ki, ABŞ prezidenti Bayden bugünkü açıqlamasında “Narahat olmayın, biz İranı tezliklə azad edəcəyik” söyləməklə Tehran rəsmilərini hiddətləndirib. Co Baydenin sözlərinə cavab verən president Rəisi "İran 43 il əvvəl azadlığını əldə edib və bir daha ABŞ-ın əsarətinə düşmək istəmir. Biz heç vaxt ssizin üçün sağmal inək olmayacağıq!” deyib.
4-11-2022, 22:26
Tələbə təqaüdləri 20% artırılacaq - Sahil Babayev


Tələbə təqaüdləri 20% artırılacaq - Sahil Babayev

21 min müharibə əlili məşğulluq proqramlarına cəlb olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2023-c ilin büdcə müzakirələri zaman deyib.“Tələbə təqaüdləri gələn ilin yanvar ayından 20% artırılacaq. Daha sonra minumum pensiyaların artırılması bizim diqqətimizdədir. Bununla bağlı işlərimiz davam edəcək. Müharibə əlillərinin mənzillə təmin edilməsinə gəldikdə isə 4 min şəxs mənzillə təmin edilib", - deyə Sahil Babayev vurğulayıb. Nazir çıxışı zamanı müharibə iştirakçılarının işsizlik statusuna da toxunub: "İşsizlik statusu alan hər bir müharibə əlili ilk olaraq müvafiq işlərə dəvət olunur. Bu proqramın davam etdirilməsi üçün işlər görülür".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!