20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
25-12-2022, 16:00
Putin ABŞ-ın Ukraynaya yardım etməsiylə bağlı danışdı


Putin ABŞ-ın Ukraynaya yardım etməsiylə bağlı danışdı

ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya tədarük edəcəyi təqdirdə, bu sistemlər məhv ediləcək. Bunu “Rossiya-1” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib. Rusiya lideri bildirib ki, hazırda belə komplekslər Ukraynada yoxdur. Qeyd edək ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri ərəfəsində Bayden administrasiyası Kiyevə daha 1,85 milyard dollarlıq hərbi yardımın ayrılacağını bəyan edib. Bildirilib ki, yeni hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri də daxildir.
25-12-2022, 15:42
“Qırmızı Xaç”ın avtomobilləri Xankəndiyə keçdi


“Qırmızı Xaç”ın avtomobilləri Xankəndiyə keçdi

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. Nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər. Ümumilikdə üç avtomobil ərazidən keçid edib. Yük maşınında qida (uşaq qidası) və tibbi ləvazimatlar daşınıldığı ehtimal edilir. Yük Xankəndi xəstəxanasına çatdırılacaq. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Qeyd edək ki, bu gün səhər saatlarında BQXK-ya məxsus avtomobillərin müşayiəti ilə Xankəndindən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.
25-12-2022, 15:26
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda dekabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə dağlıq rayonlarda yollar buz bağlayacaq.
25-12-2022, 15:23
Ödənişli yolun istifadə şərtləri açıqlandı


Ödənişli yolun istifadə şərtləri açıqlandı

“AYDA tərəfindən Azərbaycanda ilk ödənişli yolun açılışı təmin ediləcək. Ondan sonra Bakı-Quba istiqamətində beton yolun lokal sıradan çıxmış hissələri təmir olunub vətəndaşların istifadəsinə veriləcək”. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib. Qiymətlərə gəlincə, Saleh Məmmədov bildirib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq. Onun sözlərinə görə, tariflər artıq təqdim olunub. Tezliklə müvafiq sərəncamların veriləcəyi gözlənilir. Agentlik rəsmisi onu da qeyd edib ki, sözügedən yolda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb. Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb.

[media=https://youtu.be/8Il4RUTB3d8]
25-12-2022, 15:09
Rusiya Ukraynadakı müharibəni artıq uduzub - Avropa Komissiyası


Rusiya Ukraynadakı müharibəni artıq uduzub - Avropa Komissiyası

“Rusiya Ukraynadakı müharibəni artıq uduzub. Buna baxmayaraq, müharibənin başa çatmağına hələ çox var”. Bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Frans Timmermans bildirib. Onun sözlərinə görə, Rusiya tam təcrid vəziyyətindədir. “Rusiya indi beynəlxalq arenada tam təcrid vəziyyətindədir. Sanksiyalar ona ağır zərbə vurur və Rusiyanın başlatdığı müharibə indi ona baha başa gəlir”, - deyə Timmermans vurğulayıb. O, həmçinin qeyd edib ki, Rusiyaya tətbiq olunan sanksiyalar hələ uzun müddət davam edəcək.
25-12-2022, 00:51
Podolyak İranın PUA zavodlarını vurmağa çağırdı


Podolyak İranın PUA zavodlarını vurmağa çağırdı

“Rusiya üçün raketlərin, pilotsuz uçuş aparatlarının tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutuna laqeyd yanaşır". Bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. O, İranın pilotsuz uçuş aparatları istehsal edən zavodlarını vurmağa çağırıb. "İşləməyən sanksiyalardan, BMT qətnamələrinin etibarsız konsepsiyasından imtina edib, daha destruktiv alətlərə - zavodların darmadağın, tədarükçülərin həbs edilməsinə keçmək vacibdir", - deyə Podolyak qeyd edib.
25-12-2022, 00:46
Saakaşvili:  “Putin həqiqətən məni həbsxanada öldürməyi əmr etdi“


Saakaşvili: “Putin həqiqətən məni həbsxanada öldürməyi əmr etdi”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə məktub yazıb. Saakaşvili məktubunda Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə zəhərləndiyini iddia edib. “Putin həqiqətən məni həbsxanada öldürməyi əmr etdi. Amerikalı toksikoloqlar açıq şəkildə bildirdilər ki, mən həbsxanada zəhərlənmişəm və bu, bütün simptomlarıma səbəb olub. Mən dözməyə çalışıram”, - Saakaşvili yazıb. 130-dan çox keçmiş yüksək rütbəli siyasi və inzibati məmur Gürcüstan hakimiyyətini hazırda həbsdə olan ölkənin üçüncü prezidenti Mixail Saakaşvilini xaricə müalicəyə göndərməyə çağırıb. Bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski də analoji çağırış edib.
25-12-2022, 00:31
Qardaşlarımızla regionda yeni mərhələyə başlamışıq - Ərdoğan


Qardaşlarımızla regionda yeni mərhələyə başlamışıq - Ərdoğan

“Qarabağı işğaldan edən azərbaycanlı qardaşlarımızla bu regionda yeni mərhələyə başlamışıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda yerli sakinlərlə görüşü zamanı deyib. Ərdoğan deyib ki, Ermənistanın sülh, təhlükəsizlik və sabitlik istiqamətində atacağı addımlarla bu proses daha da sürətlənəcək: "Türkiyə bütün regionlarla əlaqələri davam etdirir. Çinlə Ukrayna arasında biz varıq. Həmçinin "Taxıl dəhlizini"də biz açdıq".
25-12-2022, 00:22
İlham Əliyev Qərbi Azərbaycanla bağlı danışdı


İlham Əliyev Qərbi Azərbaycanla bağlı danışdı

Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək. Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib. Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı deyib: “Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”.
25-12-2022, 00:14
Rusiya prezidenti İlham Əliyevlə danışdı


Rusiya prezidenti İlham Əliyevlə danışdı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Telefon söhbəti zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!