20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
2-12-2022, 13:53
Türkiyə prezidenti: “Terrorçuların çörəyinə yağ çəkməyin”


Türkiyə prezidenti: “Terrorçuların çörəyinə yağ çəkməyin”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici mətbuat orqanlarını tənqid edib. Ərdoğan bu barədə II Beynəlxalq Strateji Kommunikasiya Zirvəsinin açılışına göndərdiyi məktubda qeyd edib. O, İstanbulun “İstiqlal” küçəsində baş vermiş son terror olayının beynəlxalq media tərəfindən işıqlandırılması zamanı istifadə olunan üsluba etirazını bildirib. “Xəbərin dili elədir ki, terrorçuların çörəyinə yağ çəkilir”, - deyə Türkiyə Prezidenti qeyd edib. Ərdoğan bu cür halların təkrarlanmasının və skandal xarakterli xəbərlərin dərc olunmasının yolverilməz olduğunu vurğulayıb.
2-12-2022, 13:50
Prezidentdən qanun layihəsi ilə bağlı təklif


Prezidentdən qanun layihəsi ilə bağlı təklif

Prezident İlham Əliyev “Dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihəsi”nə 2-ci oxunuş çərçivəsində 7 dəyişiklik təklif edib. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. “Həmin dəyişikliklər 2-ci oxunuşda öz əksini tapıb. Onlar əsasən uyğunlaşdırma, dəqiqləşdirmə və bir çox hallarda mexanizminin işləməsi ilə bağlı təkliflərdir”, - deyə komitə qeyd edib.
2-12-2022, 13:47
Sabah hava soyuq olacaq - Yağış, qar gözlənilir


Sabah hava soyuq olacaq - Yağış, qar gözlənilir

Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
2-12-2022, 13:42
Makrona reaksiya: “Həddini aşma!”


Makrona reaksiya: “Həddini aşma!”

Fransa Milli Assambleyası Senatın qətnaməsini kopyalayıb. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bugünkü iclasında deyib. Komitə sədri Fransaya çağırış edərək bildirib: “Fransanın xarici işlər naziri qeyd edib ki, qətnamə Fransa hakimiyyətinin mövqeyini əks etdirmir. Bu qədər ikiüzlülük, bu qədər yalan olar? Bu qətnamədə yenə “Dağlıq Qarabağ” yazırlar. Orada Ermənistan abidələrinin qorunmasından danışırlar. Hansı erməni abidələrindən danışılır? Hamısı Azərbaycan abidəsi olub. Həmçinin qeyd edirlər ki, orada yaşayan ermənilərin təhlükəsizlik məsələsi vacibdir. Bəs Fransa 30 il ərzində bizim 1 milyondan çox qaçqınımız üçün niyə səsini çıxarmırdı. Görünür, Fransa yenə erməni lobbisinin qurbanı olub. Tarixə nəzər salsaq, görərik ki, bu günə qədər Fransa 5 respublika yaradıb, amma içini qura bilməyib. Afrikanın 14 ölkəsi Fransaya vergi verir, səbəb olaraq Fransa bildirir ki, mən sizə müstəqillik vermişəm. Artıq dünya ölkələri Fransanın üzünü görməlidir. Fransa niyə qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaradılsın, niyyəti nədir? Bilin və agah olun ki, Fransa Prezidenti, parlamenti həddinizi aşmayın, Qarabağ Azərbaycandır!”. Qeyd edək ki, bu yaxınlarda Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul edib.
2-12-2022, 13:38
Yük maşını aşdı, sürücü həyatını itirdi


Yük maşını aşdı, sürücü həyatını itirdi

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Rəsmi məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib. Hazırda Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.
2-12-2022, 13:35
Əlilliklə bağlı pensiyalarda dəyişiklik olacaq


Əlilliklə bağlı pensiyalarda dəyişiklik olacaq

Əlilliyin qiymətləndirilməsinin yeni qaydaları qüvvəyə mindikdən sonra təyin olunan pensiyanın məbləği də dəyişəcək. Yəni pensiyanın məbləği orqanizmin funksiyalarının pozulması faizindən asılı olacaq. 2023-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək yeni qaydalara əsasən, əlillik I, II və III qrup dərəcələndirilməsi əsasında aparılmayacaq. Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov ''Xəzər Xəbər''ə deyib ki, yeni qaydalara görə, əlillik orqanizm funksiyalarının pozulması faizinə uyğun təyin ediləcək. Yeni qaydalarda orqanizm funskiyaları 30 faizdən artıq pozulan şəxslərin əlilliyinin, xəstəliklərinin ağırlıq dərəcəsinə uyğun olaraq, 3 fərqli faiz aralığında müəyyən edilməsi nəzərdə tutulur. Yeni qaydalara əsasən, həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək. Başqa sözlə, əvvəlki qaydalarda eyni əlillik dərəcəsi olan şəxslərin sığorta göstəricilərinə görə hesablanan pensiya məbləğləri eyni idi. Ancaq yeni qaydalara görə, orqanizmin funksiyalarının pozulması faizi artdıqca şəxslərə ödənən pensiya məbləğləri də artacaq.
2-12-2022, 13:30
Baydendən Makrona hədiyyə


Baydendən Makrona hədiyyə

ABŞ və Fransa prezidentləri Co Baydenlə Emmanuel Makron bahalı hədiyyələr mübadiləsi aparıblar. Bu barədə Ağ Ev məlumat yayıb. ABŞ lideri həmkarına əvvəllər Ağ Evin həyətində yığılmış ağacdan hazırlanmış güzgü hədiyyə edib. Bundan başqa, Bayden Makrona amerikalı musiqiçilərin yazıları olan vinil disklər kolleksiyasını, həmçinin amerikalı ixtiraçı Tomas Edisonun 1877-ci ildə yaratdığı ilk fonoqraf patentinin arxiv surətini bağışlayıb. Makronun həyat yoldaşına isə qızıl və zümrüddən hazırlanmış bəzək əşyaları hədiyyə edilib. Makron öz növbəsində Baydenə vinil diski, Bayden və həyat yoldaşının ilk görüşdə baxdıqları 1966-cı ildə çəkilmiş "Kişi və qadın" filminin orijinal CD-sini verib. Bundan əlavə, fransalı lider ABŞ prezidentinə 2012-ci ildə iki ölkə arasında ilk tarixi əlaqələrin rəmzi olan Kristof Spasskinin fransız evinin hazırladığı yeməkləri, eləcə də dünyaca məşhur fransız brendi Saint James-in sviterini və LIP şirkətinin saatını hədiyyə verib.
1-12-2022, 18:21
Daha bir Ukrayna kəndi işğal edildi


Daha bir Ukrayna kəndi işğal edildi

Rusiya ordusu Donetsk Xalq Respublikasının (DXR) Andreevka kəndini işğal edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Donetsk istiqamətində hücum hərəkətləri nəticəsində 40-dan çox Ukrayna əsgəri, iki tank və beş zirehli texnika məhv edilib.
1-12-2022, 18:19
Rusiya Ukrayna ilə danışıq üçün xahiş etməyib - Lavrov


Rusiya Ukrayna ilə danışıq üçün xahiş etməyib - Lavrov

Moskva Ukrayna ilə danışıqlar xahiş etməyib, lakin qarşı tərəfi dinləməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında bildirib. “Və bizi daim vaxt qazanmaq, belə deyək, xüsusi hərbi əməliyyat üçün əlavə qüvvələr toplamaq üçün hansısa danışıqlara müraciətlə bağlı ittiham edəndə, bu həm gülməli, həm də xoşagəlməz haldır. Çünki insanlar yalan danışır, biz heç vaxt hər hansı danışıqlar üçün xahiş etməmişik, lakin biz həmişə demişik ki, kiminsə danışıqlar yolu ilə həllində marağı varsa, onu dinləməyə hazırıq”, - Rusiya XİN rəhbəri bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!