TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
23-01-2023, 23:52
Finlandiya əhalisinin yarıdan çoxu NATO tərəfdarı deyil


Finlandiya əhalisinin
yarıdan çoxu NATO tərəfdarı deyil


Finlandiyada özəl yayım şirkəti olan MTV kanalı
ölkənin NATO üzvlüyünə əhalinin münasibətini öyrənmək üçün sorğu keçirib. Sorğuda iştirak edənlərin təxminən 39 faizi NATO-nun ölkədə daimi bazasının yaradılmasına tərəfdar olduğunu bildirib. Respondentlərin təxminən 61 faizi isə öz ölkələrində NATO-nun daimi bazalarının yaradılmasına qarşı çıxıb. İştirakçıların 49 faizi Finlandiyanın beynəlxalq hərbi əməliyyatlarla yanaşı, Finlandiyanı müdafiə edən fəaliyyətlərdə daha fəal iştirak etməli olduğunu bildirib. Təxminən 42 faizi isə Finlandiyanın NATO-da yalnız ölkənin milli müdafiəsi ilə birbaşa əlaqəli əməliyyatlarda iştirakını dəstəklədiyini söyləyib. Sorğunun nəticələri göstərir ki, Finlandiya əhalisinin təxminən 40 faizi NATO-nun Ukraynaya hansısa formada müdaxiləsini arzulayır.
23-01-2023, 23:49
Ukraynaya növbəti yardım paketi təsdiqləndi


Ukraynaya növbəti yardım paketi təsdiqləndi

Avropa İttifaqı Ukraynaya növbəti yardım paketini qəbul edib. Bu barədə Avropa İttifaqı XİN başçılarının bu gün keçirilən toplantısında razılıq əldə olunub. Yardım paketinin həcmi 0.5 milyard avro təşkil edib. Bu məbləğ Ukraynanın hərbi baxımdan təmin olunmasına sərf olunacaq. Qeyd edək ki, qərardan bir müddət əvvəl Aİ rəsmiləri yardım barədə ehtimallarını açıqlamışdılar.
23-01-2023, 23:43
Avropa İttifaqı İrana 4-cü sanksiya paketini tətbiq etdi


Avropa İttifaqı İrana 4-cü sanksiya paketini tətbiq etdi

Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə 4-cü sanksiyalar paketini qəbul edib. Avropa İttifaqının rəsmi jurnalında dərc olunan bəyanatda sanksiyaların detalları açıqlanıb. Belə ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun İranın müxtəlif əyalətlərindəki bütün bölmələri, eləcə də 18 fiziki və 19 hüquqi şəxs sanksiya siyahısına daxil edilib. Qeyd edək ki, SEPAH İran ordusunun əsasını təşkil edir, eyni zamanda ölkə iqtisadiyyatında da mühüm paya sahibdir. Bu hərbi qurum öz bankına, əkin sahələrinə, xarici dövlətlərin banklarında aktivlərə malikdir. Yeni sanksiyalara əsasən, SEPAH-la bağlı şəxslərin Avropa dövlətlərinə girişi qadağan ediləcək və onların hesabları dondurulacaq.
23-01-2023, 23:36
Ramiz Novruz: “Taleyimə Həzi Aslanovu yaşatmaq düşməliymiş”


Ramiz Novruz: “Taleyimə Həzi Aslanovu yaşatmaq düşməliymiş”

Həmsöhbətimiz Akademik Milli Dram Teatrının aktyoru, respublikanın Xalq artisti, “Mən sizi dünyalar qədər sevirdim” filminin qəhrəmanı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları komandiri, general-mayor Həzi Aslanov rolunun ifaçısı Ramiz Novruzdur.
- Ramiz müəllim, məlumdur ki, teatr aktyorusunuz. Sizə şöhrət gətirən “Mən sizi dünyalar qədər sevirdim” filminin baş qəhrəmanı Həzi Aslanov rolunu oynayana qədər başqa filmlərə çəkilmişdinizmi?
- “Qorxma, mən səninləyəm”, “Nizami” və başqa bir neçə fılmə çəkilmişdim. Həmin rollarım o qədər də yaddaqalan olmamışdılar.
- Həzi Aslanov roluna çəkilişiniz necə oldu?

- Burda bir təsadüf də var, qanunauyğunluq da. Günlərin birində kinostudiyaya getmişdim. Dublyaja çağırmışdılar. Bir dostum mənə demişdi ki, Həzi Aslanov haqqında fılm çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim. Kinostudiyaya giriş buraxılış vərəqəsi ilə olduğundan tez-tez gedə bilmirdik. Kinostudiyaya bir yerdə getdiyim dostum Salehə fikrimi bildirdim. O, çəkdirmədi. Mən isə çəkdirdim. Salehi qınamalı deyildi. Bizim hər birimizdə belə bir sterotip yaranmışdı ki, onsuz da baş rola çəkiləcək aktyoru qabaqcadan bilirlər. Sadəcə plan doldurub quş qoymaq xətrinə bizi də çəkirlər ki, beş-altı aktyoru sınadıq.
- Amma deyəsən, iş plan doldurub quş qoymaq xətrinə olmadı. Bu rol sanki sizin boyunuza biçilmişdi.
- Bir həftə sonra məni kinostudiyaya çağırdılar. Gördüm Ramiz Fətəliyev (ssenari müəllifi) və Rasim İsmayılov (rejissor) mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa söylədi ki, Hamlet Xanızadə deyib ki, Ramiz Novruzov çox istedadlı oğlandır, onu da yoxlayın. Xeyirxah münasibətinə görə Hamlet Xanızadənin ruhuna bu gün də dualar oxuyur, rəhmət diləyirəm. Sınağa iyirmi aktyor çəkildik. Ələndi, beş-altı nəfər qaldı. Qalan beş-altı aktyordan biri Belarusiyada yaşayan azərbaycanlı idi. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub. O birilər təcrübəli aktyorlar idilər. Bilirdilər ki, kamera qarşısında necə dayanmaq lazımdır. Kino qanunlarını bildiklərinə görə bir az sıxıntılı oynamışdılar. Mən isə bunları bilmədiyimə görə təbii oynamışdım. Sonra dedilər ki, səni göstərəndə zalda hamı əl çaldı.
- Dediyiniz kimi, burda bir qanunauyğunluq da var axı. Məlumdur ki, biz qəhrəmanı yalnız şəkillərindən tanıyırıq. Filmdə sizi görəndə elə bilirik ki, gördüyümüz elə Həzi Aslanovun özüdür. Hərəkətlərinizdə, danışığınızda, səsinizin tonunda da hərbçi xarakteri aydın seçilir. Mən bu dəqiqə elə bilirəm ki, canlı Həzi Aslanovun özü ilə söhbət edirəm.

- Çox sağ olun. Bunu çoxları deyir. Həzi Aslanov rolu bu dərəcədə inandırıcı alınıbsa, mənim üçün bundan böyük sevinc nə ola bilər?! Yolda gedərkən kimsə ayaq saxlayıb: “Həzi Aslanov rolunda oynayan aktyordur” deyəndə sanki dünyanı mənə bağışlayırlar.
- Siz filmə çəkiləndə cəmi 35 il yaşamış Həzi Aslanovdan xeyli gənc idiniz. Bu rolun məsuliyyəti sizi qorxudurmu?
- Generalın roluna təsdiq olunmağım məni nə qədər sevindirirdisə, məsuliyyət hissi bir o qədər qorxudurdu. Axı, mən ümumiləşdirilmiş bir şəxsin rolunu oynamırdım. Az qala, dünyanın yarısının tanıdığı tarixi bir şəxsin rolunu oynayırdım. Bir də ki, fılmin çəkildiyi ötən əsrin səksəninci illərinin ortalarında onu tanıyanların əksəriyyəti - həyat yoldaşı, oğlanları, bacı-qardaşları, döyüş yoldaşları... sağ idilər. Odur ki, hər ştrixdə reallıq, inandırıcılıq əsas amillərdən idi.
Ssenari müəllifı də, rejissor da qərarlaşdırmışdılar ki, elə film çəkək, təkcə Azərbaycan, Rusiya yox, bütün dünya bəyənsin və bütün dünya görsün ki, bir Azəri balası sovet dövlətində öz millətini necə təmsil edib. Film SSRİ üçün alındı. O vaxt fılmə ümumittifaq primyerası elan olundu. Belə primyeralar nadir hallarda olurdu. SSRİ-nin bütün müttəfiq respublikaları və on dörd sosialist ölkəsi baxıb rəy söyləməliydi. Çox qəribədir ki, ən çox məktub Almaniyadan gəlirdi.
- Məlumdur ki, film sovet dönəmində çəkilmişdir. Müstəqillik dövründə çəkilsəydi, yəqin ki, başqa cür olacaqdı.
- Bəli, sovet rejimi çox mətləbləri açmağa imkan vermirdi. İki seriyalıq material var idi. Təəssüf edirəm ki, çoxunu kəsdilər, imkan vermədilər. Dövrə uyğun cəsarətsizlik vardı. Cəsarət çox şeyi həll edə bilərdi. Cəsarətsizliyin ucbatından fılmin nə qədər lazımlı kadrları çəkilmədi və ya qayçılandı. Bu günün prizmasından baxanda düşünürəm ki, onlar adi şeylər idi.
- Şəxsən siz özünüz hər hansı maneələrlə üzləşirdinizmi?
- Maneələr ümumi idi. Filmi çəkəndə bizə erməni millətindən olan Aslanyan soyadlı bir məsləhətçi göndərdilər. O zaman SSRİ məkanında qardaş xalqlar olsaq da, bu, qondarma qardaşlıq idi. Erməni tarix boyu bizə düşmən gözüylə baxıb. Generalın ömür yolu o qədər də hamar olmayıb. Azərbaycanlı, müsəlman övladının iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, general-mayor rütbəsinə qalxması şübhəsiz ki, çoxlarında paxıllıq, qısqanclıq hissləri oyadırdı. Həzi Aslanov sonuncu dəfə Baqramyanın briqadasında olub. Bu faktın üstündən sükutla keçdilər. Baqramyanın adını hətta yaxşılığa çəkməyə belə icazə vermədilər. O ki qaldı Aslanyana, bu barədə Azərbaycanın ədəbiyyat adamlarına xəbər verdim. Onlar da bu adamın dəyişdirilməsi üçün özlərini oda-közə vurdular. Mümkün olmadı. Yalnız ona nail olduq ki, adı titrlərdə ötəri göründü.
- Çəkiliş zamanı yəqin ki, yadda qalan məqamlar da olub...

- Belə məqamlar olurdu. Mənim üçün ən maraqlısı Aslanovun sürücü-mexaniki işləmiş Kurkovun söhbətləri idi. Kurkov fılmin ikinci məsləhətçisi idi. Generalın xarakterik xüsusiyyətlərindən tez-tez söhbət açırdı. Deyirdi ki, Aslanov rus dilində ləhcəylə danışırdı. Çətin söylədiyi sözlərdən biri “general” idi, “gernal” deyirdi. Nə qədər irad tutsaq da, yenə “gernal” deyirdi.
- Filmdə çəkilməyən hissələrdən təəssüflə xatırladığınız varmı?
- Nə qədər! Belə bir yer vardı: əsgərlə şəfqət bacısı söhbət edir. Qar sinədəndir. Yalnız bir cığır var. Həzi onlara baxır, onları utandırmamaq üçün əli ilə yol açır. Bu hissəni kəsdilər. Rusları başa sala bilmədilər ki, bu, azərbaycanlı kişisinə xas xüsusiyyətdir. Birini də xatırlamaq istəyirəm. Final səhnəsində tankın üstündə dayanıb Azərbaycan dilində “Getdik” deyəndə arxadan səs gəlir. Həzi dönüb baxır, amma heç kim yoxdur. Yenə səs, yenə dönüb baxır.
- Bu, xəyali səs idi?
- Əslində xəyali səs idi. Amma arxada kimsə var. Dönüb bir də baxır. Və sonra “Hazırlaşın!” əmrini verir. Bu anda gözləri önündən kimlər keçmir – ata-anası, həyat yoldaşı, oğlanları, uşaqlığı, general Mehmandarovla görüşü, cəbhədə olan əsgərlər, döyüş dostları... hamı ona baxır. Hamı da yay paltarındadır. Özünü itirən kimi olur. Sonra əmr edir: “Getdik e!” Bura kimi çox proseslər vardı, onlar çəkilmədi. Almanların təmas xəttinə xeyli qalmış komanda verə-verə gedəndə birdən sol tərəfdən - öz tərəfimizdən atəş açılır. Həmin döyüşdə ağır yaralanır.
- Nə yaxşı ki, qəhrəmanın ölüm səhnəsi filmdə yoxdur. Həzi Aslanov tamaşaçılar üçün əbədi olaraq sağ qalır.
- Ölümü barədə müxtəlif versiyalar vardı. Sovet dövrüydü. Bu versiyalar sovet hökumətinə sərf etmirdi.
- Sonradan filmə çəkilmisinizmi?
- Çəkilmişəm. “Sarı gəlin”də də rolum var. “Cavad xan” filmində erməni generalını oynayıram. “Həzi Aslanov” fılminin basqısı o qədər böyükdür ki, o biriləri kölgədə qoyur. Bir də ki, çox aktyor var, onlarla fılmə çəkilir, lakin biriylə şöhrətlənib məhşurlaşır. Mənim sənət taleyimə də Həzi Aslanovu yaşatmaq düşməliymiş.

- Ramiz müəllim, aktyor olmaqdan başqa həm də, qələm adamısınız. Ən maraqlısı odur ki, yazdıqlarınız əsasən müharibə mövzusundadır.
- Mövzunu zaman özü verir. Heç zaman yazı xətrinə yazmıram. Mövzu məni ağrıdanda, dincliyimi alanda yazıram. Ürəyimi kağızlara boşaldanda, elə bilirəm, dərdimi kiməsə danışdım. Gəncə Dram Teatrında uzun zaman oynanılan “At ilinin birinci ayı” pyesim yanvar hadisələrindən bəhs edir. Akademik Milli Dram Teatrının bu gün də repertuarında olan “Hələ sevirəm deməmişdilər” pyesimm də Qarabağ hadisələrindən bəhs edir.
- Söhbətimiz Böyük Vətən Müharibəsinin qələbəsinin 75 illiyi vaxtına təsadüf etdi. O gün olsun ki, Qarabağ döyüşlərimizin qələbəsinin bayramını da qeyd edək. İlk müsahibim də siz olasınız.
- İnşallah. Mən inanıram ki, o gün uzaqda deyil.

Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru
23-01-2023, 23:32
Nəqliyyat vasitələrinə örtük vurulmasıyla bağlı qərar qəbul edildi


Nəqliyyat vasitələrinə örtük vurulmasıyla bağlı qərar qəbul edildi

Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiqlənib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”na əsasən, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:
• minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;
• yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilməsinə yol verilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərti ilə plyonka çəkilməsinə yol verilir.
23-01-2023, 23:27
Ermənistana mülki missiyanın göndərilməsi təsdiqləndi


Ermənistana mülki missiyanın göndərilməsi təsdiqləndi

Avropa İttifaqının xarici işlər nazirləri Ermənistana mülki missiyanın göndərilməsini təsdiqləyib. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunub. Bildirilib ki, missiyanın vəzifəsi Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına zəmin yaratmaq olacaq. Qeyd edək ki, bu, Aİ-nin Ermənistanda sayca 2-ci müşahidə missiyası olacaq.
23-01-2023, 23:21
Ukrayna və Finlandiya arasında əməkdaşlıq memorandumu imzalandı


Ukrayna və Finlandiya arasında əməkdaşlıq memorandumu imzalandı

Ukrayna və Finlandiya arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə Ukraynanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. Məlumata görə, ölkələr müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər. Rəqəmsal infrastrukturun qurulması və təkmilləşdirilməsi, kibertəhlükəsizlik sahəsində birgə mübarizə, innovasiyaların və inklüziv rəqəmsal həllərin inkişafı və s. sahələri əhatə edən memorandumun ölkələr arasındakı münasibətləri yaxınlaşdırdığı vurğulanıb.
23-01-2023, 23:16
Vardanyan Putinlə bağlı suala susmağı seçməklə cavab verdi


Vardanyan Putinlə bağlı suala susmağı seçməklə cavab verdi

Özünü Qarabağdakı erməni separatçıların "dövlət naziri" adlandıran milyarder Ruben Vardanyan BBC-nin "Hard Talk" verilişində aparıcı Stephen Sackurun suallarını cavablandırıb. Müsahibə zamanı Vardanyan dəfələrlə sərt suallar qarşısında çıxılmaz vəziyyətə düşərək, onlara cavab verə bilməyib. Məsələn, o, Rusiyanın Ukraynada başlatdığı təcavüzkar müharibəyə münasibət bildirməkdən yayınmağa çalışsa da, aparıcının “Siz Putunin Ukraynanı işğal etməsini pisləyəcəksinizmi” sualı qarşısında “mən xalqımın müdafiəsi naminə bu suala cavab vermək istəmirəm, susuram”, deyib.
23-01-2023, 18:26
Xüsusi qruplar var ki İranla, bağlı fikirlərə əngəl olmağa çalışırlar - Deputat


Xüsusi qruplar var ki, İranla bağlı fikirlərə əngəl olmağa çalışırlar - Deputat

“Xüsusi öyrədilmiş qruplar var ki, sosial şəbəkələrdə İranla bağlı fikirlər səsləndirənləri susdurmağa çalışırlar”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib. "Bununla bağlı mənim də polemikam olub. Son vaxtlar İranla bağlı məsələlər göz qabağındadır. Dini sahədə proseslər gedir, dövlət tərəfindən addımlar atılır. İndi qarşı tərəfdən sosial şəbəkələrdən də addımlar var. Xüsusi öyrədilmiş qruplar var ki, İranla bağlı fikirlər səsləndirənləri susdurmağa çalışırlar. Bunun qarşısını almaq üçün islahatlar aparmaq lazımdır”, - deyə deputat vurğulayıb. Parlamentari, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən söz açıb: “Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun qəbul olunarkən gördük ki, partiya sədrləri qanuna qarşı çıxmağa çalışırdılar. Bəzi siyasi partiya sədrləri təxribatlara əl atırdılar. Görürdük ki, partiya sədrləri söz alıb, müzakirəni pozmağa çalışır, ya da iclas davam edərkən çölə çıxırdılar. Amma onların qarşısı peşəkarcasına alındı”.
23-01-2023, 17:56
Ukrayna Krımı müvəqqəti işğal olunmuş hesab edir, Qərb də dəstəkləyir - Lavrov


Ukrayna Krımı müvəqqəti işğal olunmuş hesab edir, Qərb də dəstəkləyir - Lavrov

Qərb nümayəndələri birbaşa Kiyevə deyirlər ki, Rusiya ilə danışıqlar aparmaq hələ tezdir, münaqişə ilə bağlı danışıqlar güc mövqeyindən başlamalıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Onlar birbaşa deyirlər ki, Rusiya 1991-ci il sərhədlərinə qaytarılmalıdır", - Lavrov Cənubi Afrikanın xarici işlər naziri Nadeli Pandor ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib. Ukrayna Krımı özünün müvəqqəti işğal olunmuş ərazisi hesab edir, Qərb ölkələri bu məsələdə Kiyevi dəstəkləyir. Ötən ilin sentyabrında isə Ukraynanın işğal olunmuş daha 4 bölgəsi – Donetsk, Luqansk, Xerson və Zaporojye Rusiyanın tərkibinə daxil edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!