TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
9-01-2023, 20:27
İlham Əliyev bir qrup idmançını mənzillə mükafatlandırdı


İlham Əliyev bir qrup idmançını mənzillə mükafatlandırdı

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib. Butov.az-ın məlumatına görə, Dadaşbəyli Dadaş, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimovaya yeni mənzillərin orderləri təqdim olunub.
9-01-2023, 20:24
Hulusi Akar müdafiə sənayesində qazanılan uğurlardan danışdı


Hulusi Akar müdafiə sənayesində qazanılan uğurlardan danışdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin müdafiə sənayesi sahəsində qazandığı uğurlardan danışıb. Nazir bu mövzuya Türkiyənin istehsal etdiyi yeni "Fırtına" haubitsalarının ictimaiyyətə təqdim edilmə mərasimində tədbirdə toxunub. "Bu gün müdafiə sənayesi də daxil olmaqla, sahib olduğu imkan və qabiliyyətlərlə dünyanın sayılıb-seçilən ordularından biri olan Türkiyə Silahlı Qüvvələri suverenlik və müstəqilliyimiz üçün hər cür ərazi və iqlim şərtlərində "sərhəd namusdur" anlayışı ilə təhlükəsizliyi təmin edir. Terroru mənbəyində yox etmək strategiyası ilə daxildə və xaricdə başda PKK/PYD/YPG, İŞİD, FETÖ olmaq şərti ilə bütün terror təşkilatlarına qarşı mübarizə aparır. Legitim müdafiə hüququ çərçivəsində terrorçulara ağır zərbələr vurur və onlara ədalətə təslim olmaqdan başqa yol qoymur. Dənizlərimizdə və səmamızda haqlarımızı və maraqlarımızı əzmlə və qərarlılıqla qoruyur", - o deyib. Akar Azərbaycana Türkiyənin dəstəyindən də danışıb: "Bunlara əlavə olaraq, ordumuz başda Şimali Kipr, Azərbaycan və Liviya olmaqla, dost, qardaş və müttəfiqlərimizin haqlı davasına dəstək olur, eyni zamanda yeddi iqlim və üç qitəyə sülh, dinclik və ədaləti aparan babalarımızdan aldığı ilhamla bölgə və dünya sülhünə töhfə verir".
9-01-2023, 20:17
Prezident işğaldan azad edilmiş ərazilərlə bağlı fərman imzaladı


Prezident işğaldan azad edilmiş ərazilərlə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib. Bununla əlaqədar dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 18 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib. Yeni fərmana əsasən, sahibkarlıq subyektlərinə verilən 500 milyon manat kredit portfeli 450 milyon manata qədər hissəsi dövlət zəmanəti ilə təmin ediləcək.
9-01-2023, 20:14
Azərbaycanla olan fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir - İran XİN


Azərbaycanla olan fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir - İran XİN

İranla Azərbaycan arasında olan fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir. Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kenani deyib. "Biz hesab edirik ki, iki ölkə arasında bəzi fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir. Azərbaycan tərəfi bu istiqamətdə müsbət addımlar atıb. İran əvvəlki kimi bu istiqamətdə addımlar atır", - XİN sözçüsü bildirib. Nasir Kenani Bakı ilə Tehran arasında münasibətlərin soyuq olması ilə bağlı iddiaları təkzib edərək, bəzi anlaşılmazlıqlara baxmayaraq, İranla Azərbaycan arasında münasibətlərin normal olduğunu qeyd edib.
9-01-2023, 20:08
Ərdoğan Türkiyə istehsalı PUA-ların uğurlu istifadəsindən danışdı


Ərdoğan Türkiyə istehsalı PUA-ların uğurlu istifadəsindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin istehsalı olan pilotsuz uçuş aparatlarının uğurlu istifadə nümunələrindən danışıb. Ərdoğan bu mövzuya ölkəsinin istehsal etdiyi yeni "Fırtına" haubitsalarının ictimaiyyətə təqdim edildiyi tədbirdə toxunub. "Qarabağ qələbəsindən Liviyaya, terrorla mübarizədən nöqtə əməliyyatlarına qədər geniş sahədə Türkiyənin zərbə dronları əldə etdikləri uğurlarla dünyadakı döyüş üsullarını da dəyişdirirlər. Bu gün PUA-larımız, "Fırtına" haubitsalarımız birgə xüsusən sərhədlərimizin kənarından ölkəmizi hədəf alan terror təşkilatlarının kabusu olub. Suriyadakı əməliyyatlarımız zamanı bunlar çox önəmli və kritik rol oynadı", - deyə Türkiyə prezidenti bildirib. O qeyd edib ki, yeni texnikanın inventara daxil olması ilə Türkiyə ordusu daha da güclənəcək.
9-01-2023, 17:53
Bu aydan əmək pensiyalarına 15 faiz artım gözlənilir


Bu aydan əmək pensiyalarına 15 faiz artım gözlənilir

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq təxminən 15 faiz artırılmalıdır. Pensiyalar adətən ayın ortası ödənildiyindən artımların nə zaman veriləcəyi təqaüdçüləri ən çox düşündürən suallardandır. Qeyd edək ki, yeni dəyişikliklərə əsasən, bu ildən ilk dəfə olaraq maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının indeksasiya olunması həyata keçiriləcək. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşların pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. “Ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq”, – bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Xatırladaq ki, pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək. 2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib. Bu, aylıq olaraq 16,7 manatdır. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği bu aydan 416.7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Bu o deməkdir ki, 400 manat pensiya alan vətəndaşın pensiyası təxminən 62 manat artacaq. 2022-ci ildə orta aylıq əmək haqqıda artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fervral ayının pensiya məbləğinə əlavə olunacaq.
9-01-2023, 17:05
Azad edilmiş ərazilər idman qurğularıyla təmin olunacaq - Prezident


Azad edilmiş ərazilər idman qurğularıyla təmin olunacaq - Prezident

"Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib. "Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir. Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq", - Prezident çıxışında qeyd edib.
9-01-2023, 17:01
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Yanvarın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.
9-01-2023, 16:51
MHP deputatı Ərdoğanın seçkilərlə bağlı fikrini dəstəkləyir


MHP deputatı Ərdoğanın seçkilərlə bağlı fikrini dəstəkləyir

“Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin mayda keçirilməsi ilə bağlı fikirlərini dəstəkləyirəm və buna müsbət yanaşıram”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından olan (MHP) deputatı Kamil Aydın prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı hakim partiyanın mövqeyinə münasibət bildirərkən deyib. “Cənab Prezidentin seçkinin mayda keçirilə biləcəyi ilə bağlı fikrini müsbət qarşılayıram. Ancaq seçkinin mayda olması onun nəticəsinə təsir göstərməyəcək”, - deyə MHP təmsilçisi vurğulayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə çıxışı zamanı seçkilərin bu ilin iyun ayında deyil, mayda keçiriləcəyini istisna etməyib. “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, - Ərdoğan deyib. Onun fikirləri Türkiyə müxalifəti tərəfindən birmənalı qarşılanmayıb. Daha əvvəl prezident seçkilərinin iyunun 18-də keçiriləcəyi açıqlanmışdı. Xatırladaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) seçkiyə “Cümhur ittifaqı”nda qoşulacaqlar.
9-01-2023, 16:33
Ticarət mərkəzində yanğın - 20 mağaza yararsız hala düşüb


Ticarət mərkəzində yanğın - 20 mağaza yararsız hala düşüb

Fövqəladə Hallar Nazirliyi ötən gün “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın barədə yeni məlumat yayıb. FHN-dən bildirilib ki, yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi təxminən 10 hektar olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb. Yanğınla əlaqədar araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!