Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
6-02-2023, 17:47
Şoyqu türkiyəli həmkarına başsağlığı verdi


Şoyqu türkiyəli həmkarına başsağlığı verdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. Bu barədə Rusiya MN-in "Telegram" kanalında məlumat paylaşılıb. "Fevralın 6-da Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Sergey Şoyqu zəlzələ nəticəsində Türkiyə Respublikasında baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar Hulusi Akara səmimi başsağlığı verib. Rusiya MN-İN rəhbəri zəlzələdən sonra türkiyəli həmkarına hərbi idarə vasitəsilə bütün lazımi yardımı, o cümlədən zərərçəkənlərə tibbi yardım göstərməyi təklif edib. Türkiyə Respublikasının müdafiə naziri Hulusi Akar öz növbəsində ordu generalı Sergey Şoyquya təklif etdiyi yardıma görə təşəkkür edib, yaxın vaxtlarda konkret təkliflər hazırlayacağını vəd edib. Söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub", - deyə məlumatda qeyd olunub.
6-02-2023, 17:43
Prezident Ərdoğana başsağlığı verdi


Prezident Ərdoğana başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq. Prezident İlham Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq. Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.
6-02-2023, 17:38
Baş nazirin bacısı və nəvəsi zəlzələ qurbanı oldu


Baş nazirin bacısı və nəvəsi zəlzələ qurbanı oldu

Suriyanın baş naziri Hüseyn Arnusun bacısı Nəsub Arnus Həma şəhərindəki zəlzələ zamanı binanın uçması nəticəsində dünyasını dəyişib. Bu barədə Suriyanın “Əl-Vatan” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, zəlzələ nəticəsində baş nazirin nəvəsi də həlak olub. Fevralın 6-da Suriyada baş verən dağıdıcı zəlzələ nəticəsində 320-dən çox adam həlak olub, 1000-dən çox yaralanan var.
6-02-2023, 17:33
1939-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir - Ərdoğan


1939-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir - Ərdoğan

“Türkiyədəki zəlzələ 1939-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Onun sözlərinə görə, o zaman 33 min insan ölmüş, 100 mindən çox insan yaralanmışdı. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.
6-02-2023, 17:28
Zəlzələylə bağlı 45 ölkə yardım təklif edib - Ərdoğan


Zəlzələylə bağlı 45 ölkə yardım təklif edib - Ərdoğan

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı 45 ölkə yardım təklifi göndərib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Beynəlxalq aləmdə ölkəmizlə təmaslar qurulmağa başlanılıb. NATO və Avropa birliyi yanında 45 ölkə Türkiyəyə yardım təklifləri göndərib",- deyə Prezident söyləyib.
6-02-2023, 17:25
Ankara xahiş etsə, Rusiya öz texnologiyalarını göndərə bilər- Peskov


Ankara xahiş etsə, Rusiya öz texnologiyalarını göndərə bilər- Peskov

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlama verib. Sözçü jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb. "Rusiya Federasiyası Türkiyədə baş vermiş zəlzələdən sonra həyat qabiliyyətini bərpa etmək üçün öz texnologiyalarını Ankaranın xahişi ilə təmin edə bilər", - deyə Peskov bəyan edib.
6-02-2023, 17:14
Türkiyədə müalicə alan qazilər vətənə qayıtdı


Türkiyədə müalicə alan qazilər vətənə qayıtdı

Ağır yaralanan 8 nəfər qazi Türkiyə Respublikasında davam edən müalicələrini tamamlayaraq Vətənə qayıdıb. Onlardan yeddi nəfərinin müalicə müddəti müvafiq olaraq 2 il, Cəlal Sadıqov Elfaq oğlunun müalicəsi isə 1 il müddətində davam etdirilib. Təqdim olunan həkim rəyinə əsasən Samir Əliyev Daşqın oğlu, Elşən Xanəliyev Çingiz oğlu, Elmar Nəsirov Elmir oğlu, Etiram Musayev Nağı oğlu, Valeh İsayev Mehrac oğlu, Əzim Qafarov Rafik oğlu, Əfsər Ataxanlı Tələt oğlu və Calal Sadıqov Elfaq oğlunun müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəssisələrində davam etdiriləcək.

6-02-2023, 17:10
Ermənistan və İrandan zəlzələylə bağlı başsağlığı mesajı


Ermənistan və İrandan zəlzələylə bağlı başsağlığı mesajı

Ermənistan Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan twitter səhifəsində yazıb. "Türkiyə və Suriyada çoxlu sayda insan itkisi ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri məni kədərləndirdi. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralılara təcili şəfalar diləyirik. Ermənistan yardım göstərməyə hazırdır", - deyə o bildirib. İran XİN-in sözçüsü Nəsir Kənani isə ölkəsinin Türkiyəyə başsağlığı verdiyini və yardım göndərməyə hazır olduğunu açıqlayıb.
6-02-2023, 17:05
Fövqəladə Hallar Nazirliyinin qüvvələri qardaş ölkəyə yollandı


Fövqəladə Hallar Nazirliyinin qüvvələri qardaş ölkəyə yollandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. 370 nəfərdən ibarət şəxsi heyət Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Uçuşdan əvvəl şəxsi heyətə müvafiq təlimatlar verilib. Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb.


6-02-2023, 17:02
Sabahın havası - Buludlu, yağmursuz olacaq


Sabahın havası - Buludlu, yağmursuz olacaq

Azərbaycanda fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!