Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
30-08-2023, 16:18
Qırmızı Xaç azərbaycanlı itkinlərlə bağlı açıqlama verdi


Qırmızı Xaç azərbaycanlı itkinlərlə bağlı açıqlama verdi

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi 30 avqust Beynəlxalq İtkinlər Günü ilə bağlı açıqlama verib.
Nümayəndəliyin açıqlamasında deyilir:
“Münaqişə ilə bağlı Azərbaycanda hələ də 3800-dən çox itkin düşmüş insan var. Onların on minlərlə ailə üzvü isə doğmalarının taleyini bilməməyin ağrısı ilə yaşayır.
Fəaliyyət göstərdiyimiz illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil vermişik.
Həmçinin, biz, ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianə etməklə dəstək göstərmişik”.
30-08-2023, 16:03
Zaxarova: “Razılaşmalar var, onları icra etmək lazımdır”


Zaxarova: “Razılaşmalar var, onları icra etmək lazımdır”

“Əldə olunmuş razılaşmaları icra etmək lazımdır. Bu, elə zəmanət deməkdir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, əgər razılaşma olubsa, üstəlik imzalar atılıbsa, üstəlik yüksək səviyyədə bu imzalar atılıbsa, bunu reallaşdırmaq lazımdır:
"Üçüncü tərəfləri, artıq üçüncü deyil, beşinci, onuncu tərəfləri cəlb etməklə yeni konstruksiyalar fikirləşmək lazım deyil… Razılaşmalar var, onları icra etmək lazımdır. Bu elə zəmanət deməkdir”.
Rusiya XİN sözçüsü Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyində ciddi dəyişikliyin olduğunu xatırladıb: “Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyi kardinal şəkildə dəyişib".
30-08-2023, 15:48
[center]Türkiyə Rusiyaya yeni səfir təyin edir[/center]


Türkiyə Rusiyaya yeni səfir təyin edir

Türkiyə Rusiyaya yeni səfir təyin edəcək.
Bu barədə diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, Türkiyənin Rusiyadakı hazırkı səfiri Mehmet Samsarın missiyası başa çatır:
“Yaxın vaxtlarda yeni səfir təyin olunacaq”.
Yeni səfirin təyin olunacağı vaxt dəqiq açıqlanmayıb.
30-08-2023, 15:29
Türkiyədəki səfirimiz Ərdoğanı bayram münasibətilə təbrik etdi


Türkiyədəki səfirimiz Ərdoğanı bayram münasibətilə təbrik etdi

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Zəfər günü ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Bu barədə səfirliyin “X” hesabında məlumat paylaşılıb.
“Səfir Rəşad Məmmədov Prezident Sarayında keçirilən Zəfər Bayramı mərasimində iştirak edib və Prezident Rəcəb Tayyib Ərdoğana təbrikini çatdırıb”, - paylaşımda qeyd olunub.
30-08-2023, 15:17
Fransa vasitəçilik etmək istəyirsə hər iki ölkənin mövqeyini nəzərə almalıdır


Fransa vasitəçilik etmək istəyirsə hər iki ölkənin mövqeyini nəzərə almalıdır

Fransa vasitəçilik etmək istəyirsə, həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almalıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib ki, Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Rusiya səylərinə əks olmayan, onları təkrarlamayan, bu səyləri pozmayan bütün təşəbbüsləri alqışlayır.
"Digər tərəfdən Fransanın bu istiqamətdə fəallığı bizə yaxşı məlumdur. Bu cür vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin, yəni həm Azərbaycan, həm də Ermənistanın ilk növbədə mövqeyini nəzərə almaq lazımdır. Bunlarsız vəziyyətin nizamlanmasında hər hansı irəliləyişə ümid etməyə dəyməz”, - deyə Zaxarova bildirib.
30-08-2023, 15:13
Fransadan göndərilən "humanitar yük" Qarabağa buraxılmadı


Fransadan göndərilən "humanitar yük" Qarabağa buraxılmadı

Fransadan göndərilən "humanitar yük" Qarabağa buraxılmayıb.
Fransanın göndərdiiyi 10 yük maşını iyulun 26-dan sərhəddə gözləyən Ermənistanın “Spayka” avtomobillərinin sırasına düzülüb.
Yük maşınları Paris şəhərinin meri Anna İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə Azərbaycan sərhədinə gəlib.
Qeyd edək ki, “Spayka” avtomobilləri Ermənistan tərəfindən göndərilib, lakin Azərbaycanın razılığı olmadığı üçün həmin vaxtdan orada gözləyir.
30-08-2023, 14:54
Priqojinlə qapalı vida mərasimi keçirildi


Priqojinlə qapalı vida mərasimi keçirildi

Avqustun 29-u axşam saatlarında Sankt-Peterburqda Tver vilayətində təyyarə qəzasında həlak olan "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinlə qapalı vida mərasimi keçirilib.
O, Poroxovskoye qəbiristanlığında atasının yanında dəfn edilib.
Priqojinin məzarından fotoları təqdim edirik:




30-08-2023, 14:30
Azərbaycan və Türkiyə diasporunun icma toplantısı keçirildi


Azərbaycan və Türkiyə diasporunun icma toplantısı keçirildi

ABŞ-ın Meyn ştatında Azərbaycan və Türkiyə diasporunun dostluq münasibətlərinə həsr olunmuş icma toplantısı keçirilib.
Meyn Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov bildirib ki, açıq havada təşkil olunmuş toplantıda bu ştatdakı Azərbaycan və türk icmalarının birgə fəaliyyəti nəticəsində əldə olunan uğurlardan danışılıb, “bir millət, iki dövlət, vahid diaspor” prinsipi əsasında həyata keçirilməsi nəzərdə tutulan gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tədbir mədəniyyət irsimizi əks etdirən musiqilərin səsləndirilməsi və milli mətbəx nümunələrimizin təqdim olunması ilə yekunlaşıb.
Qeyd edək ki, iki icmanın açıq havada dostluq toplantıları ötən ildən başlayaraq keçirilir.
30-08-2023, 14:23
Ermənistan Hindistanla hərbi əməkdaşlığını dərinləşdirir


Ermənistan Hindistanla hərbi əməkdaşlığını dərinləşdirir

Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistan Milli Müdafiə Kollecinin nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətini Hindistanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha müşayiət edib.
"Nazir Hindistan Milli Müdafiə Kollecinin komandanı general-leytenant Sukriti Sinq Dahianı və Hindistanı və digər tərəfdaş ölkələri təmsil edən dinləyiciləri salamlayıb. Suren Papikyan Ermənistan-Hindistan münasibətlərinin müdafiə sahəsində mövcud inkişaf kursunu nəzərə alaraq Ermənistana səfər etmək təşəbbüsünü yüksək qiymətləndirib", - məlumatda deyilir.
"Görüşdə Papikyan orduda aparılan islahatlar, müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının gedişatı və perspektivləri barədə məlumat verib, həmçinin Milli Müdafiə Kollecinin nümayəndə heyətinin üzvlərinin hərbi sahədə mövcud vəziyyətlə bağlı suallarını cavablandırıb", - deyə qeyd olunub.
Regional təhlükəsizlik də müzakirə mövzusu olub.
30-08-2023, 13:55
Vətən müharibəsi şəhidimizin anası dünyasını dəyişdi


Vətən müharibəsi şəhidimizin anası dünyasını dəyişdi

Vətən müharibəsi şəhidi Elnur Şirinzadənin anası Gültəkin Şirinova dünyasını dəyişib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Şəhidimizin anası Yevlax rayonunda vəfat edib.
1998-ci il təvəllüdlü Elnur Şirinzadə Memarlıq və İnşaat Universitetinin tələbəsi olub. O, 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub. 44 günlük Vətən müharibəsi zamanı həlak olan hətbçimiz Yevlax rayonunun Şəhidlər xiyabanında dəfn olunub. O, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!