Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
4-01-2024, 18:15
Muxtar Babayev COP29-un prezidenti təyin edildi

Muxtar Babayev COP29-un prezidenti təyin edildi

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib.
Bu barədə COP28-in sosial şəbəkədəki hesabında bildirilib.
“Bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edir. COP29-un prezidenti Muxtar Babayevə və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə fəaliyyətlərində uğurlar arzulayırıq. Biz COP28-in tarixi uğuruna əsaslanmaq və 1,5°C-nin əlçatan olması üçün COP29 və COP30, eləcə də, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının prezidentləri ilə işləməyi səbirsizliklə gözləyirik”, - məlumatda deyilir.
Qeyd edək ki, Şərqi Avropa Regional Qrupu dekabrın 11-də Dubayda keçirilən COP28 konfransında rəsmən elan edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanı seçib. Azərbaycanda COP29 2024-cü ilin noyabrına planlaşdırılıb.
4-01-2024, 18:11
Hikmət Hacıyev: “Hələlik biz Ermənistandan heç bir səy görmürük”

Hikmət Hacıyev: “Hələlik biz Ermənistandan heç bir səy görmürük”

Azərbaycanın Naxçıvan regionu 30 ildir ki, blokadadadır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət vermək barədə öhdəlik götürüb. Prezident İlham Əliyev bu öhdəliyə istinad edib.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
"Azərbaycan Naxçıvanla lazımi əlaqənin yaradılmasında maraqlıdır, ancaq Ermənistan öhdəlik götürməsinə baxmayaraq, artıq üç ildir ki, bu prosesə mane olur. Ona görə də Azərbaycan artıq İranla onun ərazisindən keçən alternativ marşrut barədə razılığa gəlib. Biz Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmək niyyətində deyilik", - qeyd edib.
Prezidentinin köməkçisi vurğulayıb ki, sənəddə sərnişinlərin və yüklərin “maneəsiz” hərəkəti ifadəsi işlənir:
"Bu, Ermənistanın imzaladığı öhdəlikdir. Bununla belə, bir məsələyə aydınlıq gətirmək lazımdır ki, biz malların gömrük və sərhəd nəzarətindən yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyirik. Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq".
"Mən Rusiya-Ermənistan münasibətlərini şərh etmək istəmirəm. Vurğulamaq istədiyim odur ki, ortada danılmaz konkret faktlar var. Əvvəla, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. İkincisi, Ermənistanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin qoşunları qoruyur. Üçtərəfli Bəyanatda xüsusi olaraq Federal Təhlükəsizlik Xidmətinin qüvvələrinə istinad edilir. Amma burada mənim vəzifəm bölgədə sərhəd qoşunlarının müdafiəçisi kimi danışmaq deyil.
Bizim narahatçılığımız ondan ibarətdir ki, biz Azərbaycan yüklərini və sərnişinlərini Ermənistanın hüquq-mühafizə orqanlarının rəhminə buraxa bilmərik. Bizim narahatlıqlarımızın əsası var. Bu il İrəvanda Ermənistan baş nazirinin iştirakı ilə keçirilən ağır atletika yarışında Azərbaycan Bayrağı yandırılıb. Dumanlı havada itən Azərbaycan əsgərinin Ermənistanda vəhşicəsinə döyülməsi ilə bağlı internetdə çoxlu kadrlar var.
Ancaq önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə, “Pacta sunt servanda” (Razılaşmalar yerinə yetirilməlidir) .
Beynəlxalq təcrübə, humanitar prinsiplər də Ermənistandan Naxçıvanı Azərbaycanın əsas hissəsindən blokadaya almağı dayandırmağı tələb edir. Hələlik biz Ermənistandan heç bir səy görmürük. Əksinə, Ermənistan “Sülhün kəsişməsi” layihəsinin təşəbbüskarı olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyindən boyun qaçırmağa və yalandan özünü regional blokadanın açılmasını fəal şəkildə dəstəkləyən tərəf kimi təqdim etməyə çalışır. Ancaq reallıqda isə regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır.
4-01-2024, 18:04
Laçında hərbiçilərin qəzaya düşməsiylə bağlı cinayət işi açıldı

Laçında hərbiçilərin qəzaya düşməsiylə bağlı cinayət işi açıldı

Laçında hərbiçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

4-01-2024, 17:58
Qəzaya düşən hərbiçilərimiz xəstəxanaya yerləşdirildi

Qəzaya düşən hərbiçilərimiz xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
Maşında 11 nəfər sərnişin olub. Yaralı hərbçilərdən ikisi Xankəndi şəhərindəki xəstəxanaya, digərləri Bərdə rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
4-01-2024, 17:49
Ərdoğan aldığı təzminatı Mehmetcik Vəqfinə bağışladı

Ərdoğan aldığı təzminatı Mehmetcik Vəqfinə bağışladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “şəxsi hüquqlarının pozulması” əsasında ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı keçirilən məhkəmə işi Ərdoğanın xeyrinə yekunlaşıb.
Bununla bağlı Ərdoğanın vəkili Hüseyin Aydın X sosial media hesabında paylaşım edib.
Bildirilib ki, Prezident Ərdoğan məhkəmə qərarına əsasən, Özelə kəsilən 65 min türk lirəsi məbləğində mənəvi təzminatı Türkiyə Silahlı Qüvvələrinin Mehmetcik Vəqfinə bağışlayıb.
4-01-2024, 00:10
Abdullahian Naxçıvana yeni təyin edilmiş Baş konsulu qəbul etdi

Abdullahian Naxçıvana yeni təyin edilmiş Baş konsulu qəbul etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Naxçıvana təyin edilmiş yeni Baş konsulu Əziz Mənsurini qəbul edib.
Bu barədə İran XİN məlumat yayıb.
Görüşdə Abdullahian İran ilə Azərbaycan arasında qonşuluq siyasəti çərçivəsində əlaqələrə toxunaraq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir bu xüsusda diplomatik nümayəndəliklərin əhəmiyyətini xatırladıb.
Mənsuri yeni vəzifəsi ilə bağlı iş planını nazirə təqdim edib.
Xatırladaq ki, o, bundan əvvəl İran XİN-də çoxtərəfli maliyyə-kommersiya, enerji və nəqliyyat əməkdaşlığı departamentinin rəhbəri vəzifəsində çalışıb.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!