Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
14-01-2024, 20:11
Bəlucistan vilayətinə hücum: 5 əsgər həlak oldu


Bəlucistan vilayətinə hücum: 5 əsgər həlak oldu

Pakistanın Bəlucistan vilayətində hərbçilərə hücum edilib.
Bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ölkənin cənub-qərbində partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 əsgər həlak olub.
Atışma zamanı üç terrorçu öldürülüb. Məlumatda bildirilir ki, ərazidə silahlıların aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilib.
14-01-2024, 19:30
Tanınmış jurnalist qəzaya düşdü


Tanınmış jurnalist qəzaya düşdü

Bu gün jurnalist Elvin Basqallı qəzaya düşüb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
“Bu gün Bakı-Qazax magistralının Kürdəmirdən keçən 196-cı kilometrliyində üzü Bakı istiqamətində hərəkət edən Elvin Vahid oğlu Basqallının idarə etdiyi “Hyundai Santafe” markalı 77 GT 210 nömrə nişanlı avtomobil sürüşərək yolun kənarına aşıb. Hadisə vaxtı avtomobildə sürücü Elvin Basqallı, qardaşı Nicat, anası və övladı olub. Onlardan xəsarət alan olmayıb”.
14-01-2024, 19:05
Qriqoryan və ABŞ rəsmisiylə bir sıra məsələləri müzakirə etdi


Qriqoryan və ABŞ rəsmisiylə bir sıra məsələləri müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen Davosda bir araya gəlib.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
Görüş zamanı tərəflər İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
“Həmsöhbətlər Ermənistan - ABŞ ikitərəfli münasibətləri və onların gələcək inkişafı məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin Ermənistan - Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
14-01-2024, 18:33
Danimarkanın yeni kralı bəlli oldu


Danimarkanın yeni kralı bəlli oldu

Anası II Marqretin taxtdan imtinasından sonra Danimarkanın yeni kralı X Frederik olub.
II Marqret bu gün Kristiansborq sarayında keçirilən mərasimdə taxtdan imtina barədə sənədə imza atıb.
Bununla da X Frederik rəsmən yeni kralı olub.
Qeyd edək ki, II Marqret 52 il Danimarkanın kraliçası olub. 83 yaşlı kraliça Yeni il müraciətində bildirib ki, taxtdan imtina edəcək.
14-01-2024, 18:05
Naxçıvanın FHN müavini vəzifəsindən azad olundu


Naxçıvanın FHN müavini vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Bununla bağlı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, Ramin Ramiz oğlu Məmmədov vəzifəsindən azad olunub.
14-01-2024, 17:28
Qarlı hava şəraitində bağlı 22 nəfər travma səbəbilə müraciət edib - TƏBİB


Qarlı hava şəraitində bağlı 22 nəfər travma səbəbilə müraciət edib - TƏBİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə bağlı 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.
Relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər ("Mitsubishi Pajero", "UAZ", "Mercedes Vito", "Volkswagen" markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb.
Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.
14-01-2024, 17:14
Tavyanı Çinin ayrılmaz hissəsi hesab edirik - Qazaxıstan XİN


Tavyanı Çinin ayrılmaz hissəsi hesab edirik - Qazaxıstan XİN

Qazaxıstan “vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edir.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin şərhində qeyd olunub.
“Tayvanda keçirilmiş seçkilərlə əlaqədar Qazaxıstan Respublikası “vahid Çin” prinsipini qətiyyətlə dəstəklədiyini bir daha bəyan edir və təsdiq edir ki, Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir”, – Mərkəzi Asiya ölkəsinin xarici siyasət idarəsi qeyd edib.
“Biz Çin Xalq Respublikası hökumətinin ölkənin sülh yolu ilə birləşməsinə nail olmaq üçün səylərini dəstəkləyirik”, – XİN əlavə edib.
Xatırladaq ki, yanvarın 13-də Tayvanda keçirilmiş “prezident və parlament seçkiləri” keçirilib. Adanın yeni lideri postuna mübarizədə Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lay Sinde qalib olub. 2020-ci ildən ölkəsinin vitse-prezidenti olmuş Sinde səslərin 40,05 %-ni toplayıb.
Rəsmi Pekin Tayvan məsələsinin Çinin daxili işi olduğunu və adanın onu parçası olduğunu xatırladıb.
Fransa Çin Respublikası – Tayvanda keçirilmiş seçkilərin nəticələrini alqışlayıb və “vahid Çin” prinsipi əsasında ada ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Azərbaycan XİN “vahid Çin” siyasətini dəstəkləyərək Tayvandakı seçkiləri tanımadığını açıqlayıb.
Daha öncə “The Economist” Çinin seçkiqabağı Tayvan əhalisinin ABŞ-nin onların ən böyük təhdidi olduğunu düşünməsini istəməsinə dair məqalə dərc etmişdi.
Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.
1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-nin o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb.
Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.
14-01-2024, 09:56
Abşeronun mübarək qarı...

Abşeronun mübarək qarı...

Axşamnnan dənə-dənə çilənən qar səhərə qədər ətrafımızı ağ örpəyə bürüyüb. Kimisi qara sağlamlıq mənbəyi kimi, kimisi ruzi- bərəkət rəmzi kimi baxır. Amma bəzən də qar özü ilə problemlər gətirir. Hər halda uşaqları sevindirən qarın yağması yaxşı əlamətdir. Yollarımız bağlanmasa...
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!