Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
24-01-2024, 22:17
Lavrov Rusiya sülhməramlılarının rolundan danışdı


Lavrov Rusiya sülhməramlılarının rolundan danışdı

Qərb Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynadığı rolunun yanlış olduğu qənaətinə gəlib və Bakı və İrəvanı Brüsseldə şirnikləndirməyə çalışır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.
O, Qarabağdakı sülhməramlılar haqqında da danışıb.
Nazirin sözlərinə görə, sülhməramlılar Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir və sülhməramlıların Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyatı yoxdur.
“Prezidentlər bu mövzunu müzakirə ediblər, onlar razılaşıblar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına, kimlər ki, bunu etmək istəyir, kömək etmək üçün müsbət rol oynayır”, - deyə Lavrov qeyd edib.
24-01-2024, 20:50
Rəisinin Türkiyəyə səfəri zamanı 10 saziş imzalandı


Rəisinin Türkiyəyə səfəri zamanı 10 saziş imzalandı

İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında 10 saziş imzalanıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Sazişlər enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edir.
Qeyd edək ki, iki ölkənin liderinin iştirakı ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci Toplantısı keçirilib.
24-01-2024, 20:33
Normal münasibətin şahidi olmasaq, heyətimiz öz mövqeyində qalacaq


Normal münasibətin şahidi olmasaq, heyətimiz öz mövqeyində qalacaq

“Normal münasibətin şahidi olmasaq, qalib Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə heyətimiz öz mövqeyində qalacaq”.
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.
“Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməz. Heç kim ölkəmizi təhdidlərlə qorxuda bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlər Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil", - S.Seyidov qeyd edib.
O bildirib ki, nümayəndə heyəti AŞPA-ya yenidən qayıtmaq məsələsi barədə düşünəcək. Bu təşkilatda mövcud ab-hava dəyişməsə, insanlığa qarşı ritorika gündəlikdən çıxarılmasa, təşkilat ikili standartlara, islamofob, türkofob, azərbaycanofob münasibətlərə son qoymasa, bu, mümkün olmayacaq.
"Hesab edirik ki, bu, ölkəmizlə başqa dillə danışmaq istəyən ölkələrə, dairələrə ciddi siqnaldır”, - S.Seyidov əlavə edib.
24-01-2024, 19:41
FETÖ təşkilatına üzv olan şəx şkafdan tapıldı


FETÖ təşkilatına üzv olan şəx şkafdan tapıldı

Türkiyənin Bursa şəhərində FETÖ terror təşkilatına üzv olduğu bildirən şəxs mətbəxin şkafında tapılıb.
Haqqında 6 il 3 ay həbs qərarı verilən şəxsin evində olduğu aşkar edilib.
Hadisə yerinə gələn qruplar sözügedən ünvanda əməliyyat keçirib. Axtarışlar zamanı terror təşkilatının üzvü mətbəx şkafında ələ keçirilib.
O, müvafiq prosedurlardan sonra həbsxanaya göndərilib.
24-01-2024, 19:19
Serbiyada güclü yanğın baş verdi - Üç helikopter cəlb olundu


Serbiyada güclü yanğın baş verdi - Üç helikopter cəlb olundu

Serbiyanın paytaxtı Belqradda kiçik ticarət mərkəzində güclü yanğın baş verib.
Alov qısa müddət ərzində ticarət mərkəzinin bir hissəsini əhatə edib. Yanğını söndürmək üçün mülki-müdafiə qüvvələrinin 76 əməkdaşı və 25 yanğınsöndürən maşın cəlb olunub. Həmçinin yanğının lokallaşdırılmasında üç helikopterdən istifadə edilib.
Yanğın nəticəsində hava qalxan tüstü şəhərin müxtəlif yerlərindən görünüb. Ölən və ya xəsarət alan yoxdur. Polis müvafiq araşdırmalara başlayıb.
24-01-2024, 18:47
Kayseridə inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa çatdı


Kayseridə inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa çatdı

Türkiyənin Kayseri şəhərində inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa çatıb.
20 min kvadratmetr sahəyə malik Azərbaycan Qardaşlıq Parkında inşa edilən mədəniyyət evinin tezliklə istifadəyə verilməsi gözlənilir.
Türkiyə mətbuatı qeyd edib ki, Şuşa Mədəniyyət Evi iki ölkə və Kayseri ilə Şuşa şəhərləri arasında dostluq, qardaşlıq simvolu olacaq.
Məlumata görə, Mədəniyyət Evinin qarşısında Şuşadakı İsa bulağına bənzər heykəl və Ermənistan tərəfindən qətlə yetirilən 613 dinc Xocalı sakinin adının əks olunduğu "Xocalı şəhidləri" abidəsi qoyulub.
Mədəniyyət Evinin açılışı yaxın günlərdə azərbaycanlı rəsmilərin və Kayseri şəhər rəhbərliyinin iştirakı ilə keçiriləcək.
24-01-2024, 18:34
Çində dəhşətli yanğın: 39 nəfər öldü


Çində dəhşətli yanğın: 39 nəfər öldü

Çinin Ciansi vilayətinin Sinyu şəhərində çoxmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 39-a çatıb.
Hadisə nəticəsində 9 nəfər xəsarət alıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Yanğının yerli vaxtla saat 19:50-də söndürüldüyü bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, hələ də dağıntılar altında qalanlar olduğu üçün ölü sayının çoxalma ehtimalı var. Yanğın nəticəsində yaranan qatı tüstü binanın yuxarı mərtəbələrinə də dolub. Binanın üst mərtəbələrində internet-kafe, hazırlıq kursları və gənclər üçün digər xidmət obyektləri fəaliyyət göstərir. Həmin obyektlərdəki şəxslər xilas olmaq üçün pəncərələrdən tullanıblar. Yanğın baş verən bina Ciansi Mühəndislik Universitetinin korpuslarından birinə bitişikdir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Siyun şəhərində çoxsaylı insan tələfatına səbəb olan yanğından sonra müvafiq qurumlara təhlükəsizlik məsələlərinə diqqəti artırmağı tapşırıb.
Qeyd edək ki, yanğın bu gün yerli vaxtla saat 15:24-də binanın zirzəmi qatındakı marketdə başlayıb. Hadisə yerinə xeyli yanğınsöndürən, xilasedici, polis, təcili yardım briqadaları cəlb olunub.
24-01-2024, 18:16
Nümayəndə heyətimiz AŞPA-nın iclasında bəyanatla çıxış etdi


Nümayəndə heyətimiz AŞPA-nın iclasında bəyanatla çıxış etdi

Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.
Butov.az bəyanatı təqdim edir.
“Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.
2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti - Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.
Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.
Təəssüf ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib.
Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.
Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
24-01-2024, 17:44
Qazaxıstan Azərbaycana göndərəcəyi müşahidəçilərin siyahısını təsdiqlədi


Qazaxıstan Azərbaycana göndərəcəyi müşahidəçilərin siyahısını təsdiqlədi

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə göndərilən müşahidəçilərin siyahısını təsdiqləyib.
Bu barədə Qazaxıstan MSK-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, siyahıya 19 nəfər daxildir.
Bildirilib ki, onların arasında Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov da var.
Xatırladaq ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
24-01-2024, 16:52
İYİ Partiyası Ankara üzrə namizədini açıqladı


İYİ Partiyası Ankara üzrə namizədini açıqladı

İYİ Partiya bələdiyyə seçkilərində Ankara üzrə namizədini açıqlayıb.
Bu, Cengiz Topel Yıldırımdır.
Yıldırım əvvəllər CHP-nin sabiq sədri Kemal Kılıçdaroğlunun müşaviri olub.
Qeyd edək ki, ötən seçkilərdə İYİ Partiya Millət İttifaqı çərçivəsində CHP-nin namizədi Mansur Yavaşı dəstəkləmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!