Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
31-01-2024, 17:47
Seçkiləri izləmək üçün 80-dən çox jurnalist qeydiyatdan keçib


Seçkiləri izləmək üçün 80-dən çox jurnalist qeydiyatdan keçib

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri prosesini izləmək üçün 80-dən çox beynəlxalq media nümayəndəsi qeydiyatdan keçib. Onlar 34 media qurumunu təmsil edirlər.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
"Biz həmişə çalışırıq ki, siyasi məqsəd güdən məqamları irəli çəkənləri başa salaq. Bunu siyasiləşdirməyə ehtiyac yoxdur. Azəbaycan xalqı öz rəhbərini seçir. Seçki prosesini pozmağa cəhd edənləri çəkib, sensasiya yaratmağa çalışmayın", - o vurğulayıb.
MSK sədri söyləyib ki, 7 fevral seçkiləri suveren və bütöv Azərbaycanın ilk seçkiləridir: "Hansı ki, ilk dəfə azad olunmuş ərazilərdə seçki keçiriləcək".
31-01-2024, 17:31
1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb


1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
"Bu seçkilərdə veb-kamera quraşdırılan məntəqələrin sayı əvvəlki seçkilərlə müqayisədə 3 faizə qədər çoxdur.
Məntəqələrə veb-kameraların quraşdırılması 2010-cu ildə Azərbaycan prezidentinin özünün ideyası idi. O zamandan bu təcrübə tətbiq edilir".
31-01-2024, 17:26
Zaxarova Ermənistana xəbərdarlıq etdi


Zaxarova Ermənistana xəbərdarlıq etdi

"Əgər kimsə yaxınlıq istəyirsə, bunun nə qədər təhlükəli olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir. Biz artıq görmüşük ki, NATO-nun yaxınlığı bir çox ölkələr üçün nələrə gətirib çıxarır - münaqişələrə qarışmaq, suverenlik və müstəqilliyin itirilməsi, sözün hər mənasında və bütün sahələrdə iradənin başqasının planına tabe olması, ən əsası isə öz milli maraqlarını həyata keçirmək imkanın olmaması...".
Bunu Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolominin Ermənistanın xarici siyasətinin NATO ilə yaxınlığa yönəldiyi barədə sözlərini şərh edərkən deyib.
“Yəqin ki, burada əsas parametrlərə diqqət etməliyik. Ermənistanın milli maraqları nədən ibarətdir? Yəqin ki, bunu təhlil etmək lazımdır, xəritəni açıb baxmaq lazımdır ki, bu ölkə hansı regionda hansı qonşuların arasında yerləşir. Bu cür yaxınlığın lehinə çıxış edənlər üçün tarix dərsliklərini oxumaq lazımdır ki, belə münasibətlər bölgə dövlətlərilə əlaqələrin qırılmasına, qonşuların qıcıqlanmasına gətirib çıxarır. Biz bütün bunları təhlil edib Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, nəyin faydalı, nəyin qısamüddətli fayda gətirdiyini, nəyin ortamüddətli, nəyin uzunmüddətli olduğunu anlamalıyıq və vədlərdən deyil, bundan çıxış etməliyik”.
Zaxarovanın sözlərinə görə, Qərbdə hər şeyi vəd edirlər. “Amma mən onların harada nə etdiklərini düşünürəm. Bəli, məmurlara rüşvət vermək lazım olanda, Ukraynada, Moldovada da gördüyümüz kimi, bir sıra başqa dövlətlərdə olduğu kimi, onların buna kifayət qədər pulu var və s. Amma NATO və ABŞ-ın yaxınlığına ümid bəsləyən müvafiq ölkələrin iqtisadiyyatlarının inkişafı üçün real maddi platformalar və zəmin yaratmaq lazım olanda, nədənsə vədlər heç vaxt yerinə yetirilmir. Mən son 30-40 ildə heç bir nümunə bilmirəm, görməmişəm”, - deyə Zaxarova vurğulayıb.
31-01-2024, 17:20
Azərbaycan XİN-dən Çexiya spikerinə cavab


Azərbaycan XİN-dən Çexiya spikerinə cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib.
Bu barədə o "X"də yazıb.
"Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsa, daha məqsədəuyğun olardı" , - o qeyd edib.
31-01-2024, 17:05
Biləsuvarda 9-cu sinif şagirdi vəfat etdi


Biləsuvarda 9-cu sinif şagirdi vəfat etdi

Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.
Bu barədə liseydən məlumat verilib.
"Dərin hüzn və kədər hissi ilə bildiririk ki, əziz şagirdimiz Nuray Əmirli xəsətəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik", - məlumatda bildirilib.
31-01-2024, 16:46
İlham Əliyev “Azərsığorta”nın ləğv edilməsiylə bağlı fərman imzaladı


İlham Əliyev “Azərsığorta”nın ləğv edilməsiylə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, "Azərsığorta" ləğv edilib.
Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir.
1991-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sığorta (Azqosstrax) bazası əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Prezident İlham Əliyevin 2020-ci il 07 avqust tarixli Fərmanına əsasən "Azərbaycan İnvestisiya Holdinqi" təsis edilib və 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətinə verilib.
31-01-2024, 15:54
Sülhün bərqərar olması üçtərəfli razılaşmaların həyata keçirilməsidir


Sülhün bərqərar olması üçtərəfli razılaşmaların həyata keçirilməsidir

Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatların icra olunmasıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etməsinə münasibət bildirərkən deyib.
“Biz əminik ki, Cənubi Qafqazda sabitliyin, dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı üçtərəfli razılaşmaların tez bir zamanda ən yüksək səviyyədə həyata keçirilməsidir”, - o qeyd edib.
Zaxarovanın sözlərinə görə, bu, Bakı ilə İrəvanın barışmasının alternativsiz yol xəritəsidir. Buraya sülh müqaviləsinin hazırlanması da daxildir.
Xatırladaq ki, 28 yanvar tarixində Paşinyan Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib.
31-01-2024, 14:26
ABŞ mətbuatı Qarabağ zəfərimizdən bəhs etdi


ABŞ mətbuatı Qarabağ zəfərimizdən bəhs etdi

“Azərbaycan keçən il son həlledici hərbi qələbə ilə ərazi bütövlüyünü təmin etməyə müvəffəq olduğu halda, İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ı məğlubiyyətə uğratmaq və 130-a yaxın israilli girovu azad etmək üçün hələ də mübarizə aparır. İsrail hələ də HƏMAS-ı məğlub etməyə çalışarkən Azərbaycanın bu böyük uğurunun səbəbləri təbii maraq doğurur”.
Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ABŞ-ın populyar “The Jewish Press” nəşrində dərc olunmuş məqaləsində yazıb.
“Azərbaycanın Qarabağdakı qələbəsi İsrailin Qəzza zolağındakı müharibəsi ilə necə müqayisə olunur?” sərlövhəli məqalədə bir çox tanınmış siyasi ekspertlərin fikirləri yer alıb. Müxtəlif təhlillərin əks olunduğu məqalədə qeyd olunub ki, Azərbaycandan fərqli olaraq, İsrail tunellər qazaraq orada müdafiə olunan terror təşkilatı ilə mübarizə aparır. Hərbi strategiyası zamana və tunellərə hesablanan HƏMAS İsrailin tunellərdə vaxtını tükədərək mübarizəni dayandıracağına ümid bəsləyir.
Eyni zamanda ekspertlər Azərbaycanın Ermənistan üzərində qələbəsini bir neçə faktorla izah eməyə çalışıblar. Bildirilib ki, Türkiyə, Pakistan və İsrail kimi etibarlı müttəfiqləri olan Azərbaycan işğala uğramış ölkə olduğu üçün bütün məqsədlərini öz torpaqlarının azad olunması istiqamətində səfərbər edib. Son 30 ildə Birinci Qarabağ müharibəsinin eyforiyasına düşən, habelə yeritdiyi yanlış xarici siyasət nəticəsində etibarlı müttəfiqlər qazanmağa müvəffəq olmayan işğalçı Ermənistanda isə əsassız özünəinam hissi yaranıb.
Məsələ ilə bağlı fərqli yanaşmalar ortaya qoyan ekspertlər bütün hallarda 30 ilə yaxın reallaşmayan ədaləti, beynəlxalq hüququn prinsip və normalarını öz gücünə gerçəkləşdirən Azərbaycanın tarixi uğurunu yüksək qiymətləndiriblər. Həmçinin diqqətə çatdırılıb ki, həm Azərbaycan, həm də İsrail yekun sülhə nail olmaq üçün bütün səylərini toplamalı və qətiyyətli addımlar atmalıdırlar. Kiminsə gəlib münaqişə tərəfləri arasında sülhə nail olmasını gözləmək omaz, çünki hər tərəf öz maraqlarına xidmət edir. Vaxtilə Qarabağın azad olunmasını utopiya adlandıranlara üz tutan eksperlər Ermənistanın davamlı şəkildə sülhdən yayınmaq cəhdlərinə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması üçün səylərini əsirgəməyəcəyinə inamlarını ifadə ediblər.

31-01-2024, 00:00
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31 yanvar tarixi Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.
1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb.
Beş ildən sonra o, vətənə qayıdır. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib.
Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.
1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.
İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır.
İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.
M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu “Əsri” məzarıstanlığında dəfn ediblər.
M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.
1993-cü il yanvarın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti M.Ə.Rəsulzadənin abidəsinin layihələşdirilməsi və ucaldılması barədə qərar qəbul edib. O vaxt qəranın icrası Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Bakı şənər İcra hakimiyyətinə tapşırılıb. Həmin qərardan sonra Mədəniyyət Nazirliyi hətta görkəmli heykəltəraş Ömər Eldarova müraciət edərək heykəlin layihəsinin hazırlanmasını ona həvalə edib. Dana sonra nazirlik Bakı İncəsənət Mərkəzi ilə müqavilə bağlayıb, heykəlin işçi modeli və layihəsi üçün müvafiq məbləğ də ödəyib. Lakin iş elə bu mərhələdəcə yarımçıq qalıb. 1993-cü ildə Rəsulzadəyə qoyulacaq heykəl üçün hətta Rusiyadan baha qiymətə mərmər daşları da alınıb gətirilibmiş. Həmin daşlar bir müddət Ö.Eldarovun emalatxanasında saxlanıldıqdan sonra başqa iş üçün istifadə edilib.
M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması məsələsi bir də 1993-cü ilin dekabrında yada düşüb. Həmin vaxt mərhum dövlət başçısı Heydər Əliyev Rəsulzadənin 110 illik yubileyinin təntənəli şəkildə qeyd olunması məqsədilə sərəncam verib. Sözügedən sərəncamda M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması, onun əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevirilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulub. Amma ötən illər ərzində aidiyyatı qurumlar bu sərəncamın da müddəalarını yerinə yetirməyib.
Məmməd Əmin Rəsulzadəyə heykəl qoyulması üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Amma hər dəfə meriyadan verilən cavabda bildirilib ki, heykəlin qoyulmasına guya, maliyyə vəsaiti yoxdur.
2013-cü il noyabrın 22-də isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cübhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
30-01-2024, 23:51
UEFA Azərbaycan Premyer Liqasının 9 klubuna ödəniş etdi


UEFA Azərbaycan Premyer Liqasının 9 klubuna ödəniş etdi

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasının 9 klubuna (“Qarabağ” istisna olmaqla) ödəniş edib.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
2022/2023 mövsümü üçün ayrılmış 1 milyon 955 min avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!