Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
27-01-2024, 19:55
Bu rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur


Bu rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur

Yanvarın 27-si saat 19:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Gəncə, Şəmkir, Göygöl, Gədəbəy, Ceyrançöl, Tovuzda qar yağır.
27-01-2024, 19:19
Cüdoçumuz Portuqaliyada medal qazandı


Cüdoçumuz Portuqaliyada medal qazandı

Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-Pri turnirində tatamiyə çıxıb.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev və Nurlan Osmanov yarışı medalsız başa vurublar.
81 kiloqramda çıxış edən Səid Mollayi ardıcıl iki görüşdə qələbə qazansa da, 1/4 finalda yaponiyalı Hojo Yoşitoya uduzub. Təsəlliverici qarşılaşmasında Hasan Halmurzayevi üstələyən 32 yaşlı idmançı bürünc medal görüşünə vəsiqə əldə edib. Onun rəqibi hələlik məlum deyil.
Bu çəki dərəcəsində çıxış edən digər milli üzvü Zelim Tçkayev isə səhhətindəki problem səbəbindən yarışdan kənarlaşdırılıb.
Qeyd edək ki, Qran-Pri turnirinin ilk günündə Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov (66 kiloqram) isə bürünc medalın sahibi olublar. Yarışa yanvarın 28-də yekun vurulacaq.
27-01-2024, 18:52
İrandakı səfirliyimizə hücum edən şəxsin məhkəməsi keçirildi


İrandakı səfirliyimizə hücum edən şəxsin məhkəməsi keçirildi

Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bu barədə İRNA informasiya agentliyi İranın Ədliyyə Nazirliyinin Media Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, məhkəmə prosesində təqsirləndirilən şəxs və vəkilləri iştirak edib.
Məhkəmə iclasında Azərbaycan səfirliyinin bir sıra məsul şəxsləri də iştirak ediblər. İclasın əvvəlində hakim tərəfindən təqsirləndirilən şəxsə ittiham izah edilib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub.
İttiham aktına əsasən, Azərbaycan Səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah almaqda, gəzdirməkdə və saxlamaqda, sursat və ictimai asayişi pozmaqda təqsirli bilinir.
Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib.
Məhkəmə sədri qərarın qanunda nəzərdə tutulan müddət ərzində çıxarılacağını vurğulayıb.
27-01-2024, 18:26
Şəmkirdə baş vermiş yanğın söndürüldü


Şəmkirdə baş vermiş yanğın söndürüldü

Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Nazirliyin saytında məlumat verilib.
Bildirilir ki, yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
27-01-2024, 17:37
Şəmkirdə bazar yanmağa başladı


Şəmkirdə bazar yanmağa başladı

Şəmkir şəhəri, 20 Yanvar küçəsində bazar ərazisində yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
FHN-nin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
27-01-2024, 17:25
Avtomobildə baş vermiş yanğın sərhədçilər tərəfindən söndürüldü - VİDEO


Avtomobildə baş vermiş yanğın sərhədçilər tərəfindən söndürüldü - VİDEO

Yanvar ayının 25-də saat 09:22-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində vətəndaş Bərədov Aslan Emin oğluna məxsus “Peugeot” markalı avtomobildə naməlum səbəbdən yanğın hadisəsi baş verib.
Baş vermiş yanğın hadisəsi Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsində xidmət aparan hərbi qulluqçular tərəfindən müşahidə kameraları vasitəsilə görülüb və hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilərək hərbi hissəsinin yanğınsöndürmə avtomobili heyəti ilə birlikdə hadisə yerinə hərəkət edib.
Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri ilə birlikdə görülmüş tədbirlər nəticəsində avtomobil qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alma halı qeydə alınmayıb.

27-01-2024, 17:19
İranla Pakistan sərhədindəki naməlum şəxlər öldürüldü


İranla Pakistan sərhədindəki naməlum şəxlər öldürüldü

İranın cənub-şərqində Sistan və Bəlucistan vilayətinin Pakistanla sərhədində yerləşən Səravan rayonunda naməlum silahlı şəxslər 9 nəfəri öldürüblər.
Bu haqda İran KİV-ləri məlumat yayıb.
Bildirilib ki, öldürülən şəxslər İran vətəndaşları deyil.
İndiyədək silahlı hücumu heç bir qrup öz üzərinə götürməyib.
Xatırladaq ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.
Əlavə edək ki, 17 yanvar Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə raket zərbələri endirib. Hücumlar nəticəsində 10 nəfər ölüb.
27-01-2024, 16:58
“Qarabağ” “Kəpəz” üzərində qələbə qazandı


“Qarabağ” “Kəpəz” üzərində qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Günün ilk matçında "Qarabağ" "Kəpəz"lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:1. 72-ci dəqiqədə Olavale Onanuqa Gəncə təmsilçisini hesabda önə keçirib. 79-cu dəqiqədə Olavio Juninyo "köhlən atlar"ın bərabərlik qoluna imza atıb. 90+6-cı dəqiqədə isə Toral Bayramov penaltini dəqiq yerinə yetirib.
Birinci pillədəki "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. 17 xala malik "Kəpəz" 9-cu sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Zirə" "Sabah"ı qəbul edəcək. Turun açılış oyununda "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.
27-01-2024, 16:23
Rəsmi Bakı Niderlandın XİN Başçısına cavab verdi


Rəsmi Bakı Niderlandın XİN Başçısına cavab verdi

Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun Parlamentdə səsləndirdiyi fikirlər ilə əlaqədar deyib.
Təəssüf ki, növbəti dəfə Niderland rəsmisi Parlament nümayəndələrinin sorğusuna cavab olaraq ittihamedici açıqlama verərək, Azərbaycan tərəfinin bəyanatlarını açıq-aşkar təhrif edib. Bu ilk dəfə deyil ki, Avropa ölkələrinin rəsmiləri tərəfindən belə məsuliyyətsiz fikirlər səsləndirilir. Bu açıqlamalar, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olmaqla yanaşı, bölgəmizdə post-münaqişə reallıqlarına qərəzli yanaşmanın nümunələridir.
Bu kimi bəyanatlar, eləcə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlər ikitərəfli münasibətlərə və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbədir.
Niderland xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi, səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib.
Niderland tərəfini bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoymağa çağırırıq.
27-01-2024, 15:31
Hərbi qulluqçumuz qətlə yetirildi - Zabit yoldaşı şübhəli qismində saxlanıldı


Hərbi qulluqçumuz qətlə yetirildi - Zabit yoldaşı şübhəli qismində saxlanıldı

Hərbi qulluqçumuz qətlə yetirilib.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlunun ölüm faktı barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Allah hərbçimizə rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!