40 gündür Səni axtarırıq .....                        Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir .....                        Gürcüstandan Almaniyaya etiraz .....                        Millimiz Estoniyada məğlub oldu .....                        Daha bir hərbi komissar saxlanıldı - RƏSMİ .....                        Zelenski Şoltsla bir arada .....                        Pre-COP29 konfransına yekun vuruldu .....                        Ordumuz raket və artilleriyanı işə saldı - VİDEO .....                        Milli Məclisdə AŞPA nümayəndə heyəti yaradılmadı - ÖZƏL .....                       
11-02-2024, 17:15
MSK yekun nəticələri açıqladı - İlham Əliyev 92,12 faiz səslə qalibdir


MSK yekun nəticələri açıqladı - İlham Əliyev 92,12 faiz səslə qalibdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 mindən çox) toplayaraq qələbə qazanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasında məlumat verilib.
Bildirilib ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib və vətəndaşlara səs vermələri üçün bütün şərait yaradılıb.
Qeyd olunub ki, seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub. MSK bir neçə məntəqədə prezident seçkilərinin nəticələrini etibarsız sayıb, məntəqə seçki komissiyaları buraxılıb.
Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. Respublikanın bütün coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri “online” izləmə imkanları təmin olunub. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, kütləvi informasiya vasitələrinə təşəkkür edib.
MSK sədri Məzahir Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd edib ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir.
Sonra o, MSK-nın üzvlərini fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış edib. Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş edib. Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs verib və Protokolu imzalayıblar. Mərkəzi Seçki Komissiyası qərara alıb ki, prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.
Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.
11-02-2024, 16:53
Makronun Ukrayna səfəri təxirə salındı


Makronun Ukrayna səfəri təxirə salındı

Fransa prezidenti Emmanuel Makron Ukraynaya səfərini təxirə salıb.
Bu barədə "Challenges" nəşri məlumat yayıb.
Bildirilib ki, Makron Ukrayna səfərini təhlükəsizlik səbəbi ilə təxirə salıb.
Nəşrin yazdığına görə, Fransa prezidentinin bu qərarı ukraynalı diplomatlar üçün gözlənilməz olub. Çünki, Makronun fevralda Ukraynaya səfəri zamanı təhlükəsizlik təminatlarına dair ikitərəfli sazişin imzalanacağını elan edəcəyi gözlənilirdi.
11-02-2024, 16:29
MSK bir sıra seçki məntəqələrinin nəticələrini etibarsız saydı


MSK bir sıra seçki məntəqələrinin nəticələrini etibarsız saydı

Mərkəzi Seçki Komissiyası (MSK) bir sıra seçki məntəqələrinin nəticələrini etibarsız sayıb.
Bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Məlumata görə, 41 saylı Gəncə-Samux-Goranboy Dairə Seçki komissiyasının 38 saylı, 61 saylı Qusar Dairə Seçki Komissiyasının 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyasının 9 saylı, 68 saylı Sabirabad-Şirvan Dairə Seçki Komissiyasının 2 saylı, 77 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyasının 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasının 6 saylı, 99 saylı Bərdə Dairə Seçki Komissiyasının 2 saylı, 114 saylı Şəki Şəhər Dairə Seçki Komissiyasının 1 saylı, 115 saylı Şəki Kənd Dairə Seçki Komissiyasının 6 saylı məntəqələrinin nəticələri etibarsız sayılıb və sözügedən seçki məntəqələrinin komissiyaları buraxılıb.
MSK sədrinin müavini deyib ki, nəticələri etibarsız sayılan seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkar edilib.
11-02-2024, 16:28
Naxçıvanda keçirilən magistratura imtahanında 497 bakalavr iştirak edib


Naxçıvanda keçirilən magistratura imtahanında 497 bakalavr iştirak edib

Naxçıvanda magistraturaya qəbul imtahanı keçirilib.
Naxçıvan Muxtar Respublikasında imtahan üçün 2 bina ayrılıb.
İmtahanlar Naxçıvan şəhər 5 nömrəli və 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda Naxçıvan üzrə 497-i bakalavr iştirak edib. Naxçıvanda imtahanın idarə olunmasına 2 ümumi rəhbər, 6 imtahan rəhbəri, 48 nəzarətçi-müəllim cəlb olunub.f
11-02-2024, 15:40
Seçki tədbirində baş vermiş silahlı hücumla bağlı saxlanılan var


Seçki tədbirində baş vermiş silahlı hücumla bağlı saxlanılan var

Türkiyədə AKP-nin seçki tədbirində baş verən silahlı hücumla bağlı saxlanılan var.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Dünən Küçükçekmece Bələdiyyə Başçı Namizədi Əziz Yeniayın seçki kampaniyası zamanı baş verən iyrənc hücumu qınayır və lənətləyirəm. Lazımi araşdırmalar ciddi şəkildə aparılır. Biri tutuldu, digərlərini də tutacağıq", - Ərdoğan deyib.
Onun sözlərinə görə, terror təşkilatlarına qarşı mübarizə davam etdiriləcək: "Biz Türkiyənin etibarsızlıq mühitinə sürüklənməsinə imkan vermədik və verməyəcəyik".
Qeyd edək ki, fevralın 10-da saat 16.30 radələrində İstanbul şəhərinin Küçükçekmece rayonunda AKP-nin bələdiyyə sədrliyinə iddialısı Əziz Yeniayın namizəd irəli sürdüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb. Hücum zamanı E.G.D adlı qadın yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb.
11-02-2024, 15:33
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq


İmtahan nəticələri 2 mərhələdə elan olunacaq

Fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq.
DİM-dən verilən məlumata görə, yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Bu gün saat 16:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
11-02-2024, 15:21
İki nəfər magistraturaya qəbul imtahanından xaric olunub


İki nəfər magistraturaya qəbul imtahanından xaric olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib.
DİM-dən bildirilib ki, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub.
Hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
11-02-2024, 15:11
20 minə yaxın bakalavr imtahan verdi


20 minə yaxın bakalavr imtahan verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər üçün müvafiq olaraq informatika və coğrafiya fənləri üzrə əlavə imtahan keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 19 725 bakalavr ərizə təqdim edib.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat 30 dəqiqə davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, bu gün saat 16:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Bu gün, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan veriblər. Bu imtahanın nəticəsi fevralın 18-də keçirilən sınaq imtahanının nəticələri ilə bir yerdə elan olunacaq.
11-02-2024, 14:49
Azərbaycan XİN İranı təbrik etdi


Azərbaycan XİN İranı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi milli bayram — İslam İnqilabının Qələbəsi Günü münasibətilə İranı təbrik edib.
Bu barədə nazirliyin «X» hesabında paylaşım edilib.
«İran İslam Respublikasını milli günü münasibətilə təbrik edirik.
İnanırıq ki, Azərbaycan və İran arasında qarşılıqlı hörmətə, anlaşmaya və beynəlxalq hüquqa əsaslanan mehriban qonşuluq münasibətləri regional inkişafa və çiçəklənməyə töhfə verəcək», — təbrikdə bildirilib.
11-02-2024, 14:12
Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edildi - VİDEO


Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli şəhəri ərazisində torpaq uçqunu nəticəsində vətəndaşın uçqun altında qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yeraltı qaz boru xəttində bərpa işləri aparılan zaman baş vermiş torpaq uçqunu nəticəsində bir nəfər vətəndaş uçqun altında qalıb.
Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş uçqun altından çıxarılaraq xilas edilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!