Nəsrullah gizli yerdə dəfn olunub .....                        Ukraynada Rusiyanın unikal dronu vuruldu .....                        Hacıqabulda bir ailənin 3 üzvü yaralandı .....                        Netanyahudan Makrona: "Ayıb olsun!" .....                        XİN bəyanat yaydı .....                        Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək .....                        İsrail Hizbullahın mövqelərini bombaladı .....                        Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır .....                        Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir .....                       
17-08-2024, 23:18
FHN-dən Türkiyə ilə bağlı AÇIQLAMA


FHN-dən Türkiyə ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
Bu barədə FHN-dən bildirilib.
İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.
Bundan əlavə, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.
Hazırda amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri görülür.
17-08-2024, 21:31
Azərbaycan Türkiyəyə təyyarə göndərir


Azərbaycan Türkiyəyə təyyarə göndərir

Azərbaycan qısa zamanda yanğınların qarşısının alınması üçün “BE-200ÇS” amfibiya tipli təyyarəsini Türkiyəyə göndərəcək.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Dövlət başçıları Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
17-08-2024, 20:57
Ərdoğan İlham Əliyevə zəng etdi


Ərdoğan İlham Əliyevə zəng etdi

Avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib. Türkiyə Prezidenti bunu ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirib.
“BE-200ÇS” amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyən dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Dövlət başçıları Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
17-08-2024, 20:18
Laçında bulağın ətrafında yaranmış vəziyyət aradan qaldırıldı


Laçında bulağın ətrafında yaranmış vəziyyət aradan qaldırıldı

Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyət aradan qaldırılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Xidmətin əməkdaşlarının və “Təmiz şəhər” ASC-nin işçilərinin köməyi ilə sahələrin tullantılardan təmizlənməsi təşkil olunub, toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb.
Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb.
Əhalinin diqqətinə çatdırılıb ki, ictimai yerlərə, yol kənarlarına, təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır.
“Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq”, - Xidmət vətəndaşlara müraciətində bildirib.

17-08-2024, 19:37
Ermənistanda qorxulu virus yayılır - Ölən var


Ermənistanda qorxulu virus yayılır - Ölən var

Ermənistanda Qərbi Nil virusu yayılıb.
Virusa 20 nəfər yoluxub, bir nəfər isə ölüb.
Bildirilir ki, hələlik ağcaqanadlar vasitəsilə yayılan bu xəstəliyi törədən həşəratların növü müəyyənləşdirilməyib.
Qeyd edək ki, əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qripp virusuna bənzər simptomlar hiss edir. Eyni zamanda onlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur.
17-08-2024, 18:22
Erməni kilsəsi Türkiyə və Azərbaycana münasibətdə yeni problemlərə zəmin yaradır


Erməni kilsəsi Türkiyə və Azərbaycana münasibətdə yeni problemlərə zəmin yaradır

Nikol Paşinyan hakimiyyətini tənqid edən erməni kilsəsi Ermənistanın bu gün düşdüyü ağır vəziyyətdən çıxması üçün heç bir yeni ideya irəli sürə bilmir. Kilsə erməni xalqının maraqlarını dəstəkləmək əvəzinə, qonşu dövlətlərlə ikitərəfli münasibətlərdə daha böyük problemlərə zəmin yaradır.
Bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Mehmet Oğuzhan Tulun səsləndirib.
Ekspert xatırladıb ki, 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra Nikol Paşinyanın hökuməti əvvəlki hakimiyyətin Ermənistanı regional əməkdaşlıqdan təcrid edən siyasətindən əl çəkmək kursunu götürüb.
AVİM-in analitiki kilsə ilə Paşinyan hökuməti arasında münasibətlərin 2018-ci ildən pisləşdiyini, 2023-cü ildən isə din xadimlərinin bir növ müxalif siyasi partiya rolunda çıxış edərək hakimiyyəti açıq şəkildə tənqid etməyə başladığını xatırladaraq deyib: “Paşinyanın bu istiqamətdə atdığı addımlar təkcə radikal müxalifət tərəfindən deyil, həm də erməni kilsəsi tərəfindən qəbul edilmir”.
Tulun qeyd edib ki, kilsə nümayəndələri Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan imtina etməyi tələb edərək, Paşinyanın əleyhdarları ilə görüşlər keçirməyə başlayıblar.
Onun sözlərinə görə, İrəvanın Ankara və Bakı ilə dialoqu son nəticədə Ermənistanın mövcud sərhədlərinin məntiqi olaraq qəbul edilməsinə, “Qərbi Ermənistan” və 1915-ci il hadisələri ilə bağlı hər hansı xatırlatmanın rəddinə, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi rəsmən tanınmasına və anklav əraziləri məsələsinin həllinə gətirib çıxarmalıdır.
Türkiyəli analitik qeyd edib ki, uzun müddət Ermənistan əhalisinin əksəriyyətinə Türkiyə, Azərbaycan, eləcə də Gürcüstan və İran ərazilərinin bir hissəsinin “ermənilərin tarixi torpaqları” olması barədə yanlış fikir aşılanıb. O vurğulayıb: “Birinci Qarabağ müharibəsinin nəticələri “güclü erməni xalqı” mifini təbliğ edirdi. İkinci Qarabağ müharibəsi bütün bu saxta iddiaları puça çıxardı, ermənilərin gözünü açdı, həmin məntiqsiz və dağıdıcı ideologiyaya son qoydu”.
AVİM-in eksperti daha sonra qeyd edib ki, Nikol Paşinyanın “islahatları” yolunda Ermənistanın 1995-ci ildə qəbul edilmiş və 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən hazırkı Konstitusiyanın dəyişdirilməsi kimi çətin missiya dayanır. “Bəyannamə təkcə Azərbaycanın bütövlüyünü deyil, 1921-ci il Moskva və Qars müqavilələrini də rədd edir ki, bu da Türkiyə-Ermənistan sərhədinin tanınmaması deməkdir. Eyni sənəd Osmanlı dövlətində 1915-ci il “soyqırımı” uydurmasının təbliğinə də çağırır”.
Ekspert qeyd edib ki, Ermənistanın Əsas Qanununda bu sənədə istinad mövcud olduqca, bu ölkənin Konstitusiya məhkəməsi Türkiyə və Azərbaycanla ziddiyyətlərin həlli istiqamətində istənilən addımın qarşısını ala biləcək. Analitik bildirib ki, analoji vəziyyət 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair Sürix protokollarının nümunəsində özünü büruzə verib.
Erməni kilsəsi məsələsinə qayıdan analitik qeyd edib ki, Ermənistan ətrafında status-kvonun siyasi və hüquqi dəyişikliyi istiqamətində atılan istənilən addımlar təkcə bütün ermənilərin katolikosu II Qaregin deyil, həm də bütün türklərə nifrəti ilə tanınan Kilikiya katolikosu I Aramın kəskin narazılığına səbəb olub. O əlavə edib: “Erməni kilsəsinin nümayəndələri siyasətçilər kimi çıxış edərək, İrəvanın Ermənistanın regional təcridinə doğru kursunu dəyişməz saxlamağa çalışırlar ki, bu da Ankara və Bakı ilə danışıqlara təsir edir. İki ildən sonra Ermənistanda keçiriləcək seçkilər Paşinyanın rəqiblərinə dəstəyin səviyyəsini nümayiş etdirəcək”.
Tulun əmindir ki, Türkiyə Ermənistanda hökumət əleyhinə son aksiyalara Daşnaksütyun partiyasına yaxınlığı ilə tanınan arxiyepiskop Baqrat Qalstyanın rəhbərlik etdiyini nəzərə alıb. Belə ki, həmin daşnaklar terrorçuları dəstəkləməklə və JCAG kimi qanlı təşkilatlar yaratmaqla tanınır. 1970-1980-ci illərdə həmin təşkilatın üzvləri dünyanın müxtəlif ölkələrində türk diplomatlarını qətlə yetiriblər. Bu baxımdan, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanın qətlində təqsirli bilinən terrorçu Hampiq Sasunyanın da Qalstyanın tərəfdarları sırasında olması heç də təsadüfi deyil.
“Hökumətdən fərqli olaraq, erməni kilsəsinin nümayəndələrinin siyasi təcrübəsi yoxdur və bu da korafəhm siyasi addımların dəstəklənməsinə gətirib çıxarır. Onlar başa düşə bilmirlər ki, Ermənistanın düşdüyü çətin vəziyyətin əsas səbəbi əvvəlki hakimiyyətin səhvləri ilə bağlıdır”, - deyə AVİM-in eksperti vurğulayıb.
17-08-2024, 17:49
"Liverpul" yeni mövsümə qələbə ilə başladı


"Liverpul" yeni mövsümə qələbə ilə başladı

İngiltərə Premyer Liqasında I turun növbəti oyunu keçirilib.
"Liverpul" səfərdə "İpsviç Taun"la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Liverpul"un heyətində qolları Dioqo Jota və Məhəmməd Salah vurublar.
Qeyd edək ki, ötən gün mövsümün açılış oyununda "Mançester Yunayted" "Fulhem"ə 1:0 hesabı ilə qalib gəlib.
17-08-2024, 17:43
Ukrayna Silahlı Qüvvələrinin yeni zirehli maşınları


Ukrayna Silahlı Qüvvələrinin yeni zirehli maşınları

Ukrayna Müdafiə Nazirliyi "Buffalo MPV" zirehli mühəndis maşınının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsinə icazə verib.
Bu barədə UNIAN məlumat yayıb.
Dünyanın ən təhlükəsizlərindən biri adlandırılan zirehli maşın MRAP texnologiyasından istifadə etməklə hazırlanıb. Bu, artan ballistik mühafizəsi olan hərbi maşınlar sinfidir.
"Buffalo MPV"nin pəncərələri 15 sm-lik gülləkeçirməz şüşə ilə qorunur, zirehli kapsul isə əlavə olaraq kumulyativ barmaqlıqlarla qorunan kompozit zirehdən hazırlanır. Maşın quraşdırılmış kamera və partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün sensorlar olan 9 metrlik manipulyatorla təchiz edilib.
17-08-2024, 17:06
54 yaşlı qadın öldürüldü - Əri tutuldu


54 yaşlı qadın öldürüldü - Əri tutuldu

Avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
17-08-2024, 16:50
Prezidentin təltif etdiyi şəhid sərhədçilərimiz - FOTO



Prezidentin təltif etdiyi şəhid sərhədçilərimiz - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan üç əməkdaşını təltif edib.
Sərəncama əsasən, Əliyev Rüfət 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, mayor Baxışlı Baxış “Vətən uğrunda” medalı ilə, Nağıyev Əli isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Butov.az təltif olunan şəhid hərbçilərimiz barədə məlumatları təqdim edir.
Təltif edilən Vətən müharibəsi şəhidi gizir Rüfət Əliyev 6 dekabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1999-2010-cu illərdə Bakı şəhəri Xətai rayonu 27 saylı məktəbində alan Rüfət 2014-cü ildə Azərbaycan Kooperasiya Üniversitetində İstehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə ali təhsil alıb. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.



O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Füzuli və Cəbrayılın bir sıra yaşayış məntəqələrinin azad olunmasında yaxından iştirak edib. Noyabrin 7-də 812.0 yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
8 noyabr 2020-ci ildə Bakı şəhərində Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.



Baxışlı Baxış 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib.
44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib. Bu ilin iyun ayında DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində həlak olub.



Gəncə şəhərində anadan olan Əli Nağıyev isə 2005-ci il təvəllüdlüdür. Bu ilin iyun ayında DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində həlak olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!