Nəsrullah gizli yerdə dəfn olunub .....                        Ukraynada Rusiyanın unikal dronu vuruldu .....                        Hacıqabulda bir ailənin 3 üzvü yaralandı .....                        Netanyahudan Makrona: "Ayıb olsun!" .....                        XİN bəyanat yaydı .....                        Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək .....                        İsrail Hizbullahın mövqelərini bombaladı .....                        Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır .....                        Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir .....                       
24-08-2024, 23:58
Zelenski həmyerlimizi təltif etdi


Zelenski həmyerlimizi təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı idmançını təltif edib.
Ukraynanı Paris Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə təmsil edən Pərviz Nəsibov "2-ci dərəcəli xidmətə görə" ordeni ilə təltif olunub.
Qeyd elan ki, Pərviz Nəsibov “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
24-08-2024, 23:33
28 yaşlı qadın qətlə yetirildi - Qardaşı tutuldu


28 yaşlı qadın qətlə yetirildi - Qardaşı tutuldu

Avqustun 24-də saat 22:30 radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.
Araşdırma aparılır.
24-08-2024, 23:19
Onların Azərbaycana girişinə icazə verilməyəcək! - XƏBƏRDARLIQ


Onların Azərbaycana girişinə icazə verilməyəcək! - XƏBƏRDARLIQ

AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniya Parlamentinin üzvü Frank Şvabenin ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə dair cavabında deyib.
"İlk növbədə qeyd etmək istərdim ki, bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycan və ölkə rəhbərliyi barədə səsləndirdiyi fikirlər bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu nümayiş etdirir. Siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir. Bununla yanaşı, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində tərəfimizdən atılan addımlar və apardığımız müstəqil siyasətin Şvabe kimi şəxslərin məkrli niyyətləri ilə üst-üstə düşmədiyi, onları narahat etdiyi bir faktdır.
Frank Şvabeyə yaxşı məlumdur ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir", - XİN rəsmisi qeyd edib.
A.Hacızadə həmçinin bildirib: "Azərbaycan-Rusiya ilə münasibətlərdən narahatlıq ifadə edən Şvabenin Almaniyada və AŞPA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın “Qazprom” şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi.
Bununla yanaşı, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şvabenin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir.
Şvabenin COP29 çərçivəsində ölkəmizə səfər etmək niyyətinə gəldikdə qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək".
"Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır. Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırırıq", - Mətbuat xidməti idarəsinin rəisi vurğulayıb.
Qeyd edək ki, Almaniya Parlamentinin üzvü Frank Şvabe “Azadlıq Radiosunda” 23 avqust tarixində dərc edilmiş müsahibəsi zamanı, Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanın Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib.
24-08-2024, 23:00
Rəsmi Bakıdan Avropa İttifaqına sərt cavab


Rəsmi Bakıdan Avropa İttifaqına sərt cavab

Avropa İttifaqının mətbuat katibinin ölkəmizdə insan hüquqları ilə bağlı bu kimi qərəzli iddiaları tərəfimizdən dəfələrlə cavablandırılıb. Azərbaycanda hər hansı bir vətəndaşın siyasi əqidəsinə və ya fikirlərinə görə təqib olunduğu, özlərini jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edən şəxslər barədə cinayət işlərinin siyasi motivli olduğu barədə fikirlər kökündən yanlışdır və qəbuledilməzdir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə dair cavabında deyib.
O bildirib ki, dövlətə xəyanət, müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirilir və proses tam şəffafdır:
"Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir, məhkəmə hakimiyyətinə müdaxilə cəhdidir və Avropa İttifaqının təbliğ etdiyi dəyərlərə ziddir.
Təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin bir sıra üzv ölkələrində insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçələr” kimi aksiyalarda həyatlarını itirməsi, habelə Yeni Kaledoniyada aksiyaların qanla boğulması kimi hallara biganə qalması ikili standartların bariz nümunəsidir.
Avropa İttifaqının bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır".
24-08-2024, 22:07
Gənc jurnalist vəfat etdi


Gənc jurnalist vəfat etdi

Gənc jurnalist Hüseyn Mahmudov vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvünün uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
24-08-2024, 20:50
Füzulidə sursat partladı - Yaralı var


Füzulidə sursat partladı - Yaralı var

Füzuli rayonunun Zərgər kəndi ərazisində sursat partlayışı baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.
Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Həyatı təhlükəsi yoxdur.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda bildirilir.
24-08-2024, 20:43
"Qarabağ" öz meydanında məğlub oldu


"Qarabağ" öz meydanında məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.
Günün ilk görüşündə “Qarabağ” doğma meydanında “Turan Tovuz”u qəbul edib. “Azersun Arena”da baş tutan matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tovuz təmsilçisinin heyətində 18-ci dəqiqədə Otto Con penaltini dəqiq yerinə yetirib.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”ın qonağı olub. “Live Bona Dea Arena”da təşkil olunan oyunda hesab açılmayıb.
Qeyd edək ki, turun açılış matçında “Səbail” “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəlib.
24-08-2024, 19:50
Azərbaycanda pensiyaçıların sayı azalıb? - Rəsmi


Azərbaycanda pensiyaçıların sayı azalıb? - Rəsmi

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1.1 milyon pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 491,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49 faizinə bərabər olub.
Bəzi media qurumları və sosial şəbəkə səhifələrində son illər pensiyaçı sayında azalma olduğunu bildirib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili bidirib ki, Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi azalmayıb, əksinə, son illərdə xeyli genişlənib.
Nazirlik rəsmisi bildirib ki, DSMF tərəfindən müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son 5 ildə 60 faizə yaxın və ya 310 min nəfər artaraq 850 mini ötüb.
“O cümlədən, bu dövrdə Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayında 6,3 dəfə artım baş verib. Digər tərəfdən, son illər humanist yanaşmalar əsasında aparılan islahatlar həm pensiya təminatı proqramına əlçatanlığın artırılmasına, həm də daha erkən dövrdə yaşa görə pensiya hüququ olan kateqoriyaların sırasının daha da genişlənməsinə imkan verib.
Pensiyaçıların sayında müəyyən azalma isə əlillik müddəti bitən şəxslərin bir qisminin əlillik müddətinin uzadılması üçün təkrar müraciət etməməsi, habelə əlilliyin təkrar qiymətləndiriilməsi zamanı bir sıra şəxslərin artıq reabilitasiya olunduqlarının müəyyən edilməsi səbəbdən pensiya sistemini tərk etməsi ilə bağlıdır.
Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 milyon 700 min şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir”, - açıqlamada deyilir.
24-08-2024, 18:45
Türkiyə-Azərbaycan Universitetində 87 tələbə oxuyacaq - Ballar açıqlandı


Türkiyə-Azərbaycan Universitetində 87 tələbə oxuyacaq - Ballar açıqlandı

2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində 87 tələbə təhsil alacaq.
Bu barədə Türkiyə Ali Təhsil Qurumu məlumat yayıb.
Universitetə kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə 30, qida mühəndisliyi ixtisası üzrə 27 tələbə qəbul olub.
Kompüter mühəndisliyində oxuyacaq tələbələrin topladığı ballar 641.6 - 684.9, sənaye mühəndisliyi üzrə 544.4- 663.7, qida mühəndisliyi ixtisası üzrə isə 452.1 - 632.8 aralığında olub.
Türkiyə–Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisasın üzrə Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTU) qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
Xatırladaq ki, bu ilin fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
24-08-2024, 18:26
29 yaşlı şəxs dənizdə batdı


29 yaşlı şəxs dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Nəlumatla əlaqədar dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan Astara rayonu Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırlatmış və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırmışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!