Sumqayıtda zəhərlənənlərin sayı 21-ə çatdı .....                        Daha bir küçədə avtobus zolağı .....                        Prezidentin sərəncamı 2469 nəfərə şamil ediləcək .....                        Yağış yenidən başlayır - XƏBƏRDARLIQ .....                        Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu .....                        Yeni Roma Papası kim olacaq? - SİYAHI+DOSYE .....                        Papanın ölümünə görə 3 ölkədə matəm elan olundu .....                        Bakının bir rayonunda 110 bina söküləcək .....                        Növbəti delimitasiya harada aparılacaq? - Mher Qriqoryandan cavab .....                       
13-03-2025, 23:38
Məktəb direktoru da insandır, onun da emosional durumu var - Emin Əmrullayev


Məktəb direktoru da insandır, onun da emosional durumu var - Emin Əmrullayev

"Məktəblərdə direktorlara bağlı problemlər olur. Bu, 4000-dən çox direktorun içərisində çox az bir faizi təşkil edir".
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Xəzər TV-yə müsahibəsi zamanı deyib.
"Məktəb direktoru da insandır, onun da emosional durumu var. Biz çalışırıq ki bunu da nəzarətdə saxlayaq. Statistik məlumatlara baxsaq, nəticələr ildən-ilə müsbət istiqamətdə dəyişir".
Nazir həmçinin 11 il dərsə gedən şagirdin xarici dildə sərbəst danışa bilməməsinin səbəbini xarici dil müəllimlərinin xarici dildə danışmamasında görür.
Nazirin sözlərinə görə, işğaldan azad olunan və köç prosesi həyata keçirilən ərazilərdə məktəblər fəaliyyətə başlayıb və Qarabağ Universiteti də uğurlu başlanğıc edib.
Növbəti ildən isə Universitetdə həm tibb fakültəsinin açılması və infrastrukturun genişləndirilməsi planlaşdırılır. Həmçinin gələcəkdə həmin ərazilərdə yeni ali təhsil müəssisələrinin fəaliyyətə başlaması üçün yeni layihələrin hazırlanması nəzərdə tutulub.
13-03-2025, 23:27
Ən çox Ərdoğanla fotomu bəyənirlər


Ən çox Ərdoğanla fotomu bəyənirlər

Sosial media istifadəçiləri arasında ən çox bəyənilən paylaşım Nyu-Yorkda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla olan fotomdur.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə mətbuatına müsahibəsində deyib.
“İlk baxışda sadə görünə bilər, amma əslində olduqca simvolikdir. Məsələn, Nyu-Yorkda müxtəlif ölkə liderləri ilə görüşlərimdən kiçik fraqmentləri feysbuk səhifəmdə paylaşandan sonra geri dönüb baxdıqda anlayıram ki, sosial şəbəkə istifadəçilərimiz arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən Türkiyə Prezidenti ilə görüşümdən olan fotodur. Baxıram və təəccüb edirəm”, - Paşinyan qeyd edib.
13-03-2025, 22:59
Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi


Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan suallara cavab verib.
O, Ağdərədə silahlı dəstənin tərkibində olduğunu, onlara verilən silahların dəstə rəhbəri tərəfindən Xankəndidən və Ermənistandan gətirildiyini bildirib.
Təqsirləndirilən şəxs əlavə edib ki, silahlı birləşmənin rəhbəri Vanik Petrosyan idi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.
13-03-2025, 22:50
Putin 30 günlük atəşkəsə razıdır, amma..


Putin 30 günlük atəşkəsə razıdır, amma..

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsində 30 günlük atəşkəs elan edilməsi təklifinə münasibət bildirib.
Bu barədə o, belaruslu həmkarı Aleksandr Lukaşenko ilə mətbuat konfransında danışı.
Putin “bütövlükdə” Rusiyanın atəşkəsi dəstəklədiyini bildirib. Bununla belə, “nüanslar” prinsipial əhəmiyyət kəsb edir – onun sözlərinə görə, Rusiya ordusu cəbhədə, ilk növbədə, Kursk bölgəsində üstünlük əldə etdiyi halda, Ukrayna Silahlı Qüvvələrinin bu vaxtdan yenidən silahlanma üçün istifadə etməyəcəyinə zəmanət verməlidir.
“Biz hərbi əməliyyatların dayandırılması ilə bağlı təkliflərlə razıyıq, lakin elə olmalıdır ki, atəşkəs uzunmüddətli sülhə gətirib çıxarsın və böhranın ilkin səbəblərini aradan qaldırsın”, - Putin deyib.
13-03-2025, 21:20
Təbrik edirik!

Təbrik edirik!


Azərbaycanın qələbələr dövrünü yaşadığı bir zamanda dünyaya göz açan qızım Əsma doğum günün mübarək! 18 mart Türk dünyası üçün müstəsna hadisə olan Çanaqqala zəfəri günü doğulan Əsma Vəkiloğlu bizə həmişə qələbə sevinci yaşatsın! 2 yaşın mübarək Qızım!

Atan Səməd Vəkilov
“Bütöv Azərbaycan” qəzetinin kollektivi də təbriklərə qoşulur. Səməd müəllimin övladına ən xoş arzularını bildirir. Arzu edir ki, Əsma bala dinc dünyada, əmin-amanlıq şəraitində böyüsün! Açıq səma altında arzularına doğru gülərüzlə boy atsın!
13-03-2025, 21:11
Məşhur türk aktyor vəfat etdi


Məşhur türk aktyor vəfat etdi

Türkiyəli aktyor Şinasi Yurtsever 51 yaşında vəfat edib.
Bu barədə aktyorun dostu Zafer Alagöz paylaşım edib.
“Ailəmizin bir üzvünü də itirdik. Çox təəssüf edirəm. Başsağlığı veririk. Allah rəhmət eləsin”.
Qeyd edək ki, aktyor bir müddət idi ki, mədə xərçəngi ilə mübarizə aparırdı.
13-03-2025, 20:28
Bakı Forumunun açılış mərasimindən görüntülər - VİDEO


Bakı Forumunun açılış mərasimindən görüntülər - VİDEO

Bu gün Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib.
Butov.az tədbirdən hazırlanmış videoçarxı təqdim edir:

13-03-2025, 20:22
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı


Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı

Sabah - martın 14-ü Ramazan ayının 14-cü günüdür.
Sabah imsak vaxtı saat 05:28-də, iftar vaxtı isə 19:01-dədir.

İmsak duası:

“Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin”.

Tərcüməsi:

“İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
13-03-2025, 18:00
Rəsmi Bakı sülh sazişinə dair bəyanat yaydı


Rəsmi Bakı sülh sazişinə dair bəyanat yaydı

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.
İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - bəyanatda qeyd olunub.
13-03-2025, 17:51
Qukasyandan etiraf - Qondarma rejimin “büdcə”sini Ermənistan formalaşdırırdı


Qukasyandan etiraf - Qondarma rejimin “büdcə”sini Ermənistan formalaşdırırdı

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam
etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib.
A.Qukasyan qondarma rejimin “büdcə”sinə Ermənistan tərəfindən ayrılan vəsaitin “kredit” adlandırıldığını, lakin həmin “kredit”in faizsiz və müddətsiz olduğunu bildirib.
“O zaman “faizsiz kreditlər” adlandırılırdı. Yəni, yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan “ixrac olunan” və “idxal edilən” məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı “idxal” və “ixrac”la bağlı Ermənistan Respublikasının Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də “faizsiz kreditlər”ə daxil idi”, - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs deyib ki, “Qarabağın məhsulları”nın Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə qondarma rejimin “büdcə”sinə ayırdığı vəsaitdən az idi.
O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə “ixrac edilən” “Qarabağ məhsulları”nın üzərində onların hansı ölkəyə aid olması barədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!