Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
2-04-2025, 23:45
ABŞ Dövlət Departamentinin rəsmisi Səngəçalda


ABŞ Dövlət Departamentinin rəsmisi Səngəçalda

Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Cəkobs bu gün Səngəçal terminalında olub.
Terminalda Erik Cəkobsu və onu müşayiət edən ABŞ rəsmilərini BP-nin vitse-prezidenti Kolin Allan, Səngəçal terminalının istehsalat üzrə meneceri Eldəniz Məmmədov və bp-nin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qarşılayıblar.
Səngəçal terminalı ilə tanışlıq Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzindən başlayıb.
Qeyd edək ki, o, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində cümə günü keçiriləcək nazirlərin 11-ci toplantısında iştirak edəcək.
2-04-2025, 23:33
İranda müharibə hazırlıqları başladı


İranda müharibə hazırlıqları başladı

İran ABŞ-lə müharibə hazırlığına başlayıb.
Bu barədə “Mehr” agentliyi ölkə hökumətinə istinadən məlumat yayıb.
Bildirilir ki, Tehran hava məkanını bağlayır, eyni zamanda bütün ordusunu ən yüksək hazırlıq səviyyəsinə keçirir.
Agentlik qeyd edib ki, İran qüvvələri hadisələrin istənilən inkişafına hazırdır.
Qeyd edək ki, martın 30-da ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranı bombalamaqla hədələyib.
2-04-2025, 22:44
Bələdiyyədəki korrupsiyanı etiraf etdi


Bələdiyyədəki korrupsiyanı etiraf etdi

İstanbul Beylikdüzü Bələdiyyəsində baş verən korrupsiya qalmaqalı ilə bağlı istintaq davam edir.
İstintaq çərçivəsində biznesmen Zafer Gül bələdiyyə ilə bağlı ciddi iddialar irəli sürüb.
Onun sözlərinə görə, keçmiş Beylikdüzü Bələdiyyə sədri Mehmet Murat Çalık tikinti icazəsi üçün onlardan 6 milyon lirə tələb edib. Bu məbləği ödəyə bilmədikləri halda isə "İmamoğlu İnşaat" şirkətində çalışan Adem Soytürkə 13 mənzil verildiyini bildirib.
Hadisələrin gedişatını izah edən Gül bildirib ki, 2015-ci ildə "Mus Can İnşaat" ilə gəlir bölüşdürmə müqaviləsi imzalanıb və bundan sonra ərazi sahibi Uğur Güngör ilə birlikdə icazə almaq üçün Bələdiyyəyə müraciət ediblər. Mehmet Murat Çalık isə icazənin verilməsi üçün 6 milyon lirə tələb edib.
Gül və onun ortaqları bu məbləği ödəmək yerinə, əvəzində Bələdiyyəyə xeyriyyə məqsədli layihələr təklif ediblər. Lakin Çalık yalnız pulun ödənilməsi şərti ilə icazə veriləcəyini bildirib.
Müəyyən hissəsini ödəyə bilmədikləri üçün Gül Çalıkın əvəzində mənzil ala biləcəklərini dediyini, daha sonra isə mənzillərin maket üzərindən seçilərək "Şekerbank" ipotekası ilə təqdim edildiyini qeyd edib.
Gül ifadəsində bildirib ki, mülkiyyət sənədi proseslərini tamamladıqlarını, bəzi ipotekaların ərazi sahibi tərəfindən qaldırıldığını, lakin digərlərinin hələ də qaldığını vurğulayıb.
O, həmçinin qeyd edib ki, Beylikdüzü Bələdiyyəsi tərəfindən icazə proseslərinin gecikdirilməsi ilə təzyiq altında saxlanılıb və bu səbəbdən də bəzi məlumatları əvvəlki ifadələrində açıqlamadığını etiraf edib.
Gül bu dəfə hadisələrin tam dəqiqliyi ilə açıqlanmasını və yeni ifadəsinin əsas götürülməsini tələb edib. İstintaqın davam etdiyi bildirilir.
2-04-2025, 21:52
Ştaynmayerin səfəri başa çatdı


Ştaynmayerin səfəri başa çatdı

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 2-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
2-04-2025, 21:23
Prezidentlər Heydər Əliyev Mərkəzində


Prezidentlər Heydər Əliyev Mərkəzində

Aprelin 2-də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, birinci xanım Elke Büdenbender tədbirdə iştirak ediblər.
Konsertdən sonra furşet təşkil olunub.
2-04-2025, 20:48
Küçədən meyit tapıldı


Küçədən meyit tapıldı

Sumqayıtda küçədə kişi meyiti tapılıb.
Hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
1950-ci il təvəllüdlü İsfəndiyar Qurban oğlu Mehdiyevin meyiti küçədə aşkarlanıb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
2-04-2025, 19:09
"Qarabağ" məğlub oldu


"Qarabağ" məğlub oldu

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Açılış oyunu “Araz-Naxçıvan” və “Qarabağ” komandaları arasında keçirilib.
“Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Naxçıvan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 28-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Felipe Santos vurub.
Yarımfinalın digər oyununda “Neftçi” bu gün “Sabah”la qarşılaşacaq. “Neftçi Arena”dakı görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 23-də təşkil olunacaq.
2-04-2025, 17:58
70 kq qızılla saxlanılan polkovnik-leytenantla bağlı qərar


70 kq qızılla saxlanılan polkovnik-leytenantla bağlı qərar

İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan polkovnik-leytenant Qəhraman Məmmədovun cinayət işi üzrə aparılan 4 aylıq ilkin istintaq müddəti işin həcminə görə kifayət etməyib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində əlavə istintaq tədbirlərinin aparılması üçün məhbusun həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Məhkəmə qarşılıqlı hüquqi yardım çərçivəsində Türkiyə hüquq-mühafizə orqanları ilə birgə geniş prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib.
Qərara əsasən, Q.Məmmədovun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, Qəhraman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanından çıxıb hotelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.
Bu səbəbdən DTX-də başlanan cinayət işi çərçivəsində Məmmədov həbs edilib. O, ölkə hüdudlarından kənarda qaçaqmalçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilir.
2-04-2025, 17:48
Hakimin qərarına əsəbiləşən Qurban Qurbanov planşeti sındırdı


Hakimin qərarına əsəbiləşən Qurban Qurbanov planşeti sındırdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında “Araz-Naxçıvan”a qarşı keçirilən matçda hakimin qərarına əsəbiləşib.
O, epizodun təkrarını izlədiyi planşeti təpik vuraraq sındırıb.

2-04-2025, 17:28
Mövqelərimiz atəşə tutulub


Mövqelərimiz atəşə tutulub

Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!