Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
2-03-2026, 20:23
Tramp İrana quru qoşunların göndərilməsini istisna etmir


Tramp İrana quru qoşunların göndərilməsini istisna etmir

ABŞ Prezidenti Donald Trump İrana quru qoşunların göndərilməsi ehtimalını inkar etməyib.
Tramp bunu The New York Post-a açıqlamasında bildirib.
Prezident qeyd edib ki, “Epic Fury” (“Epik Qəzəb”) əməliyyatı planlanandan irəlidədir və Tehran tərəfindən onlarla yüksək rütbəli məmur məhv edilib.
“Quru qoşunlarla bağlı heç bir şübhəm yoxdur. Adətən prezidentlər deyir: ‘Yerdə qoşun olmayacaq’. Mən belə demirəm”, – deyə Tramp vurğulayıb.
Əvvəlcə o, münaqişənin təxminən dörd həftə davam edəcəyini bildirsə də, müsahibədə müddətin daha qısa ola biləcəyini də əlavə edib.
2-03-2026, 19:51
Ombudsman Aparatında “Susmayan həqiqətlər” sərgilənib


Ombudsman Aparatında

“Susmayan həqiqətlər” sərgilənib



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Ombudsman Aparatında tarixən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” mövzusunda sərginin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ombudsman Səbinə Əliyeva çıxış edərək, “Susmayan həqiqətlər” sərgisinin xalqımızın tarixində ən faciəli səhifələrdən biri olan azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların ictimaiyyətə çatdırılması, qurbanların əziz xatirəsinin ehtiramla yad edilməsi və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Müvəkkil 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə

azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qırğınlar nəticəsində on minlərlə dinc insanın yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirildiyini, yaşayış məntəqələrinin dağıdıldığını qeyd edib. Ombudsman bu hadisələrin beynəlxalq hüquqa əsasən sülh və insanlıq əleyhinə törədilmiş ağır cinayətlərdən biri - soyqırımı cinayəti kimi qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dosenti Nazim Mustafa, eləcə də Ombudsman Aparatının əməkdaşı Polad Cəfərzadə çıxış ediblər.
Çıxışlarda Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən, xüsusilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın zorla çıxarılmasından bəhs edilib. Bildirilib ki, 1905-1906, 1918-1921, 1948-1953 və 1987-
1991-ci illərdə baş vermiş deportasiya prosesləri nəticəsində azərbaycanlıların fundamental insan hüquqları kobud şəkildə pozulub.
Tədbirdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin, onların beynəlxalq səviyyədə tanınmasının və qurbanların hüquqlarının bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Daha sonra şair publisist, Prezident mukafatçısı, Ombudsman Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvu, Qarakilsə rayonunun Şəki kənd İcmasının sədri Azadə Novruzova müəllifi olduğu "Zəfər aşiqləri: Qarakilsə şəhidləri" ensiklopedik toplusu barədə ətraflı məlumat təqdim etdi. O, kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun döyüşçüləri haqqında bioqrafik təqdimatların qeyd edildiyini bildirib.
Qeyd edək ki, toplunun "Ön söz"ünün müəllifi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyevadır.

Sərgidə nümayiş olunan arxiv sənədləri, fotoşəkillər və digər materiallar azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinin miqyasını və ağır nəticələrini əyani şəkildə əks etdirir. Materiallar, həmçinin tarixi yaddaşın qorunmasına, insan hüquqları sahəsində ictimai məlumatlılığın artırılmasına və beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına xidmət edir.
Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Ombudsmanı tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin sənədləşdirilməsi, beynəlxalq təşkilatlara müvafiq hesabat və müraciətlərin təqdim olunması istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdirilir. “Susmayan həqiqətlər” sərgisi də bu fəaliyyətin tərkib hissəsi olaraq tarixi ədalətin bərpasına, insan hüquqlarının müdafiəsinə töhfə verməyi hədəfləyir.
Sərgi 31 mart tarixinədək ziyarətçilər üçün açıq olacaq.



2-03-2026, 19:48
Makron nüvə arsenalının artırılacağını AÇIQLADI


Makron nüvə arsenalının artırılacağını AÇIQLADI

Fransa Prezidenti Emmanuel Makron ölkənin nüvə arsenalındakı döyüş başlıqlarının sayının artırılması barədə qərar verildiyini bildirib.
Fransa lideri bunu nüvə çəkindirmə strategiyası ilə bağlı çıxışında bəyan edib.
Makron qeyd edib ki, sürətlə dəyişən və təhlükəli geosiyasi şəraitdə Fransa özünün “zəmanətli dağıdıcı gücünü” qoruyub saxlamalıdır.
“Mən arsenalımızdakı nüvə döyüş başlıqlarının sayının artırılması ilə bağlı tapşırıq vermişəm. Hər hansı ehtimalların və fərziyyələrin qarşısını almaq üçün bundan sonra nüvə arsenalımızın dəqiq həcmi ictimaiyyətə açıqlanmayacaq. Əvvəllər bu məlumatlar mütəmadi şəkildə paylaşılırdı”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Fransa rəsmi şəkildə nüvə silahına sahib olan azsaylı ölkələrdən biridir və Avropa İttifaqı daxilində bu statusa malik yeganə dövlətdir.
2-03-2026, 19:30
Bəhreyn İranın 70 raket və 59 PUA-sını məhv edib


Bəhreyn İranın 70 raket və 59 PUA-sını məhv edib

İran tərəfindən Bəhreyn istiqamətində ballistik raketlər və pilotsuz uçuş aparatları ilə növbəti hücum dalğası həyata keçirilib.
Bu barədə Bəhreynin dövlət xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, Bəhreynin hava hücumundan müdafiə qüvvələri İranın 70 raketini və 59 pilotsuz uçuş aparatını zərərsizləşdirərək hücumun qarşısını alıb.
2-03-2026, 19:27
Hələ güclü zərbə endirməyə başlamamışıq - TRAMP


Hələ güclü zərbə endirməyə başlamamışıq - TRAMP

ABŞ İrana qarşı həqiqətən güclü zərbələr endirməyə "hətta başlamayıb".
Bunu ABŞ lideri Donald Tramp bildirib.
"Böyük dalğa hələ gəlməyib. Böyük dalğa tezliklə gələcək. Biz İran xalqına kömək etmək istəyirik, amma hazırda hər kəsin evdə qalmasını istəyirik", - o qeyd edib.
2-03-2026, 19:17
"TikTok"da açıq-saçıq videosunu paylaşan QIZ HƏBS EDİLDİ


"TikTok"da açıq-saçıq videosunu paylaşan QIZ HƏBS EDİLDİ

Qubada çəkdirdiyi açıq-saçıq görüntülərlə bağlı 27 yaşlı tiktoker xanım inzibati qaydada həbs olunub.
1999-cu ildə Bərdə rayonunda anadan olmuş Aysun Bayramova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə (internet resurslarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) protokol tərtib edilib
İşə məhkəmədə baxılıb. Məlum olub ki, Aysun Bayramova açıq-saçıq geyimdə olan görüntüləri 2024-cü ildə Quba rayonunda çəkib. Digər açıq görüntüləri isə "TikTok" platformasında paylaşmayıb, yalnız həmin proqram vasitəsilə çəkərək münasibətdə olduğu şəxsə göndərmək məqsədilə hazırlayıb.
Onun əvvəllər məhkum olunmadığı bildirilib. A.Bayramova məhkəmədən bu halların nəzərə alınmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edib.
Məhkəmənin qərarı ilə, o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi üzrə təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilib.
2-03-2026, 18:55
Əli Laricani: “İran uzunmüddətli müharibəyə hazırdır”


Əli Laricani: “İran uzunmüddətli müharibəyə hazırdır”

“İran uzunmüddətli müharibə aparmağa və ölkəsini nəyin bahasına olursa-olsun müdafiə etməyə hazırdır”.
Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, İran ABŞ-dən fərqli olaraq uzunmüddətli qarşıdurmaya hazırlaşıb.
“Biz altı min illik qədim sivilizasiyamızı və ölkəmizi, ödəməli olacağımız bədəldən asılı olmayaraq, bütün gücümüzlə müdafiə edəcəyik. Düşmənlərimizin yanlış hesablamalarına görə peşman olacağına əmin olacağıq”, – deyə Laricani vurğulayıb.
2-03-2026, 17:51
İran rəhbərliyi xəstəxanada gizlənir?


İran rəhbərliyi xəstəxanada gizlənir?

İran İslam Respublikasının rəhbərliyinin təhlükəsizlik səbəbilə xəstəxanalarda gizləndiyi iddia olunur.
Yeni ali lider seçilənədək onun səlahiyyətlərini icra edən müvəqqəti şura"”nın iclası Tehranın “Arman” xəstəxanasında baş tutub.
Məlumata görə, iclasda ölkə prezidenti Məsud Pezeşkian, Konstitusiyanın Keşikçiləri Şurasının nümayəndəsi Əli Rza Arafi və məhkəmə hakimiyyətinin rəhbəri iştirak edib.







2-03-2026, 17:33
Xameneinin həyat yoldaşı da öldü


Xameneinin həyat yoldaşı da öldü

İranın fevralın 28-də öldürülən ali lideri Ayətullah Əli Xameneinin həyat yoldaşı da vəfat edib.
Mənsurə Xocəstə Bağırzadə ABŞ və İsrail aviasiyasının Tehrana endirdiyi zərbələr zamanı aldığı ağır xəsarətlər səbəbindən ölüb.
Bu barədə TASS agentliyi İranın Al Alam telekanalına istinadən məlumat yayıb.
Məlumata görə, həkimlər son hücumlar zamanı ağır xəsarət almış Mənsurə Xocəstəni xilas edə bilməyiblər.
İran rəsmiləri hələlik açıqlama verməyiblər.
Qeyd edək ki, son hücumlar zamanı Xameneinin qızı, kürəkəni, gəlini və nəvəsi də öldürülüb.
Ali liderin özü də fevralın 28-də həlak olub.
2-03-2026, 17:27
Məqsəd İranda rejim dəyişikliyinə nail olmaq deyil - ABŞ müharibə naziri


Məqsəd İranda rejim dəyişikliyinə nail olmaq deyil - ABŞ müharibə naziri

ABŞ-ın İrana hücumlarında məqsəd rejim dəyişikliyinə nail olmaq deyil.
Bu barədə ABŞ müharibə naziri Pit Heqset bildirib.
"Müharibə rejim dəyişikliyi üçün aparılmır. Amma rejim dəyişdi və dünya bundan daha yaxşı vəziyyətdədir", - deyə o qeyd edib.
Müharibə naziri həmçinin müharibəni ABŞ-ın başlatmadığını iddia edib:
Heqset əlavə edib: "İran onilliklər boyu Amerikaya qarşı birtərəfli müharibədə hücumlar həyata keçirir. Bu müharibəni biz başlatmadıq, amma Prezident Trampın rəhbərliyi altında biz bu müharibəni bitiririk", - o deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!