Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
3-03-2026, 17:42
Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu - FOTO


Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Ukrayna ordusu sıralarında döyüşlərə qatılan 1988-ci il təvəllüdlü Ruslan Adil oğlu Quliyev aldığı xəsarətlərdən vəfat edib.
Onun nəşi dəfn edilməsi üçün Azərbaycana göndərilib.
Mərhumun əslən Qazax rayonundan olduğu bildirilib.

3-03-2026, 17:30
Qazaxıstan da vətəndaşlarını Yaxın Şərqdən çıxırır


Qazaxıstan da vətəndaşlarını Yaxın Şərqdən çıxırır

“Flydubai” aviaşirkəti Dubaydan Astana və Almatıya iki təxliyə reysi həyata keçirərək 306 sərnişini Qazaxıstana çatdırıb.
Vətəndaşların geri qaytarılması üzrə işlər bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə aparılır.
Yaxın vaxtlarda Mədinə və Ciddədən əlavə təxliyə reyslərinin təşkili planlaşdırılır.
3-03-2026, 17:08
Bu küçədə hərəkət məhdudlaşdırılacaq


Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinə qədərki hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
3-03-2026, 17:01
Xəstə uşağa yardım üçün toplanan pulu oğurladı - VİDEO


Xəstə uşağa yardım üçün toplanan pulu oğurladı - VİDEO

Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb.
O.Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.
Faktla bağlı araşdırma davam etdirilir.

3-03-2026, 13:05
İranda dörd günə 767 nəfər ölüb


İranda dörd günə 767 nəfər ölüb

İranda ABŞ və İsrailin aviazərbələri nəticəsində ölənlərin sayı 767 nəfərə çatıb.
Bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
İndiyə qədər 1039 hava hücumu qeydə alınıb.
Ümumilikdə, ölkə üzrə 153 rayonda 504 nöqtəyə zərbələr endirilib.
3-03-2026, 13:05
İranda dörd günə 767 nəfər ölüb


İranda dörd günə 767 nəfər ölüb

İranda ABŞ və İsrailin aviazərbələri nəticəsində ölənlərin sayı 767 nəfərə çatıb.
Bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
İndiyə qədər 1039 hava hücumu qeydə alınıb.
Ümumilikdə, ölkə üzrə 153 rayonda 504 nöqtəyə zərbələr endirilib.
3-03-2026, 13:00
Bakı-Sumqayıt yolunda tıxaca son - 3 tunel inşa olunacaq


Bakı-Sumqayıt yolunda tıxaca son - 3 tunel inşa olunacaq

Bakıətrafı ərazilərin bəzilərində sıx məskunlaşma müşahidə olunur və illər əvvəl qurulmuş mövcud nəqliyyat şəbəkəsi sakinlərin tələbatını ödəmir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, son illərdə Xırdalan şəhərində əhali sayının sürətlə artması və məskunlaşmanın genişlənməsi əsas yollara düşən yükü daha da ağırlaşdırıb. Təkcə bu ərazidə 300 000-dən çox insan yaşayır.
Hazırda Xırdalan sakinlərinin M1– Bakı-Sumqayıt yoluna bir neçə giriş-çıxışı mövcud olsa da, bu, yaranmış böyük tələbatı qətiyyən ödəmir, eyni zamanda, M1 yolunu yükləyir. Ərazi ətrafından keçən dəmir yolu xətti və sözügedən ərazinin şimal-qərb hissəsində yerləşən Ceyranbatan su anbarı yeni yolların salınmasına fiziki olaraq mane olur. Məhz bu məhdudiyyətlər səbəbindən sərnişinlər və sürücülər alternativ çıxışlar olmadığından istənilən istiqamətə getmək üçün onsuz da yüklü olan M1 magistral yoluna çıxmalı və əlavə olaraq Xırdalan şəhəri daxilində də sıxlıq səbəbindən yolda uzun vaxt keçirməli olurlar.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Xırdalan şəhərindən M4 – Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək. Bununla da vətəndaşların yalnız Bakı-Sumqayıt yolundan istifadə məcburiyyəti aradan qalxacaq və ərazidən çıxış üçün rahat alternativ yollar yaradılacaq.
Layihənin digər mühüm hissəsi isə Xırdalan dəmiryolu stansiyası ilə bağlıdır. Belə ki, yeni giriş-çıxışlardan biri məhz bu stansiyanın yaxınlığında təşkil ediləcək. Eyni zamanda, stansiyanın qarşısında müasir Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) inşası nəzərdə tutulur. Bu addım həm dəmiryolu stansiyasına gediş-gəlişin səmərəliliyini artıracaq, həm də ictimai nəqliyyatın əhatə dairəsini genişləndirəcək.
Qeyd edilən yeniliklər eləcə də Hökməli, Sulutəpə, Xocasən, Müşfiqabad və 28 May qəsəbələrinin sakinlərinə, həmçinin ətrafda yerləşən universitetlərlə rahat əlaqə qurmaq üçün mühüm alternativlər formalaşdıracaq.
Eyni zamanda, qeyd edilən yollarda nəqliyyat hərəkətlərinin tənzimlənməsi məqsədilə Xırdalan şəhəri - M1 - Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi, Xırdalan dairəsində yolayrıcının təkmilləşdirilməsi və M1 – Bakı-Sumqayıt yolundan M4 yoluna, Şamaxı istiqamətinə tunel vasitəsilə çıxışın təşkili həyata keçiriləcək.
Hazırda sözügedən layihələrin hazırlanması həyata keçirilir, istiqamətlərdən biri üzrə isə artıq tikinti işlərinə başlanılıb. Ümumilikdə, bu layihələrin 2027–2030-cu illər ərzində tam yekunlaşması gözlənilir.
3-03-2026, 12:50
7 evdən oğurluq etdi


7 evdən oğurluq etdi

Lənkəranda evlərdən silsilə oğurluqlar edilib.
Naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisindəki 7 evə daxil olaraq pul, qızıl-zinət və məişət əşyaları talayıb.
Polia əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Orxan Quluzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, O.Quluzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
3-03-2026, 12:28
İlin ilk Ay tutulması baş verir


İlin ilk Ay tutulması baş verir

2026-cı ilin ilk Ay tutulması hadisəsi başlayıb.
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək: “Tutulmanın makisumumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanın işıqlı vaxtına düşdüyü üçün tutulma hadisəsini izləmək mümkün olmayacaq”.
Qeyd edilib ki, “Qanlı Ay” kimi bilinən hadisə məhz tam Ay tutulması zamanı baş verir və Ayın rəngi qırmızı çalara boyanır: “Bunun səbəbi tutulma zamanı Yer atmosferindən keçən Günəş şüalarının ancaq uzundalğalı hissəsinin Ayın səthinə çata bilməsidir ki, bu zaman qırmızı çalara bürünür. Həmçinin Ay tutulması zamanı Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması yalnız tam Ay fazasında baş verir. Tam Ay tutulması təxminən 105 dəqiqəyə qədər davam edə bilir. Günəş tutulmasından fərqli olaraq Ay tutulması Ayın üfüqdən yuxarıda olduğu hər yerdən müşahidə oluna bilər”.
3-03-2026, 02:55
Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi


Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi

Türkiyənin Bolu şəhərinin bələdiyyə başçısı Tanju Özcan həbs olunub.
Tanju Özcan və Bolu bələdiyyə sədrinin müavini Süleyman Can barəsində qərar Növbətçi Sulh Ceza Hakimliği tərəfindən verilib.
Bu gün məhkəməyə çıxarılan Özcan da daxil olmaqla 13 nəfər əvvəlcə prokurorluqda ifadə verib, daha sonra hakim qarşısına çıxarılıb. Prokurorluq Tanju Özcan, Süleyman Can və Ali Sarıyıldızın həbsini, digər 10 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbirinin seçilməsini tələb edib.
Hakimlik Tanju Özcan və Süleyman Canın həbsinə qərar verib, digər 11 nəfər haqqında isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!