Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
4-03-2026, 16:44
Xameneinin xələfi nə vaxt elan ediləcək? - AÇIQLAMA


Xameneinin xələfi nə vaxt elan ediləcək? - AÇIQLAMA

İranın Ekspertlər Şurası İslam Respublikasının yeni ali liderinin seçilməsi prosesinə başlayıb. ABŞ-İsrail hücumu nəticəsində öldürülmüş Ayətullah Əli Xameneinin xələfi ilə bağlı yekun qərar Şuranın katibliyi vasitəsilə elan ediləcək.
Ekspertlər Şurasının üzvü Mahmud Rəcəbi yeni ali liderin müəyyən edilməsi üçün işlərin başlandığını təsdiqləyib.
"İnqilab liderinin seçilməsi prosesi başlayıb və yekun qərar Ekspertlər Şurasının katibliyi vasitəsilə elan ediləcək", - o deyib.
Ekspertlər Şurası dövlətin ali liderinin təyin edilməsindən məsul olan məsləhətçi orqandır. O, səkkiz il müddətinə seçilən 88 ruhanisən ibarətdir.
Ölkə Konstitusiyasının 111-ci maddəsinə əsasən, ekspertlər hazırkı liderin ölümü, istefası və ya vəzifədən kənarlaşdırılması halında mümkün qədər tez yeni lider təyin etməyə borcludurlar.
Siyasi analitiklər mərhum Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneini ali lider uğrunda mübarizədə ön sıralarda yer alan namizədlərdən biri kimi təqdim edirlər. Hətta onun artıq seçildiyi barədə söz-söhbət də dövriyyəyə buraxılıb.
4-03-2026, 16:19
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini


Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini

Qız və oğlanların təhsildə maraq istiqamətləri fərqlənir və burada stereotiplər də var.
Bunu “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
Nazir müavini bildirib ki, dünyada araşdırmalar da göstərir ki, elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrə məzunların cəmi 35 faizini qızlar təşkil edir. Ölkəmizdə bu göstərici ali təhsil müəssisələrində müəyyən geriləmələr var. Qadınların burada payı 37,1 faizdir. Humanitar istiqamətlərdə isə qadınların payı 79,7 faizdir. Bu bizi müəyyən dərəcədə narahat edir.
“Texniki ixtisaslar daha yüksək gəlir gətirən sahələrdir. Buna baxmayaraq, qızların 76,4 faizi humanitar sahələrə, oğlanların isə 62,8 faizi texniki ixtisaslara yönəlir. Bu da ailə və məktəb mühitində stereotiplərin müəyyən dərəcədə mövcud olduğunu göstərir. Rəqəmsal maneələr rəqəmsallaşma şəraitində daha qabarıq özünü göstərir. Qızlar informasiya texnologiyaları ixtisaslarını təxminən 1,5–2 dəfə daha az seçirlər ki, bu da müəyyən stereotiplərlə əlaqələndirilir. Ali məktəblərdə professor-müəllim heyətinin 64,5 faizini qadınlar təşkil edir. Lakin rəhbər vəzifələrdə onların sayı 43 faizdir. Bu da bizi narahat edir. Orta ixtisas təhsil müəssisələrində isə bu vəziyyət daha müsbətdir. Müəllim heyətinin 81,2 faizi, rəhbər vəzifələrin isə 63,9 faizi qadınlar təşkil edir. 2025-ci il məlumatlarına görə, elmi təşkilatlarda qadın tədqiqatçıların sayı 50,2 faizdir. Dünyada olan orta göstərici isə bu 41 faizidr. Amma burada da qadınlar daha az rəhbər vəzifələri tuturlar” - bildirib.
4-03-2026, 15:50
İrandan Türkiyəyə atılan raket havada vuruldu


İrandan Türkiyəyə atılan raket havada vuruldu

İrandan Türkiyənin hava məkanına doğru irəliləyən ballistik raket aşkarlanıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, aşkarlanan ballistik raketlər, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

4-03-2026, 15:38
Bu il neçə erkən nikahın qarşısı alınıb? - RƏSMİ


Bu il neçə erkən nikahın qarşısı alınıb? - RƏSMİ

Bu il erkən evliliklə bağlı 3 məlumat daxil olub.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Xaçmaz rayonundan erkən evliliklə bağlı fevral ayında daxil olmuş məlumat əsasında erkən evliliyin qarşısı alınıb.
Məlumata görə, bu il Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində də 2 erkən evlilik faktı üzrə müraciət qeydə alınıb. 1 müraciət üzrə erkən evlilik faktı qeydə alınmayıb, 1 faktın qarşısı alınıb.
Bundan əlavə, məişət zorakılığı üzrə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinə 2 müraciət daxil olub, bir nəfər zərərçəkənə (qadına) mühafizə orderi verilib. 1 nəfər uşağa isə müvafiq izahat verilib.
4-03-2026, 15:37
Nazir təyin edilən Fərid Bağırzadə kimdir? - DOSYE


Nazir təyin edilən Fərid Bağırzadə kimdir? - DOSYE

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyasında Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.
Fərid Talətdin oğlu Bağırzadə 1994-cü ildə Bakı şəhərində anadan olub.
2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib.
2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.
2016-2018-ci illər ərzində “Azeri Retail” Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmtəə dövriyyəsi və logistika departamentində, 2019-2023-cü illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif vəzifələrdə çalışıb.
DOST Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin Aktivlərin uçotu şöbəsinin müdiri vəzifəsində işləyib.
2023-2024-cü illər ərzində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, hazırkı vəzifəsinə qədər isə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib, həmçinin nazir vəzifəsini müvəqqəti icra edib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
4-03-2026, 01:30
Tramp: Biz hücum etməsəydik, İran edəcəkdi


Tramp: Biz hücum etməsəydik, İran edəcəkdi

ABŞ Prezidenti Donald Tramp ABŞ-ı İranla müharibəyə İsrailin sürüklədiyi barədə iddiaları təkzib edib.
Tramp bunu Almaniya kansleri Friedrich Merz ilə Oval Ofisdə görüşü zamanı jurnalistlərin suallarına cavab verərkən bildirib.
O vurğulayıb ki, ABŞ hücum etməsə idi ilk hücumu İran edəcəkdi. Tramp həmçinin bildirib ki, İsrail hücuma hazır idi və ABŞ tərəfindən həyata keçirilən zərbələr Tehranın hava müdafiəsi, donanması və digər silah sistemlərinə ciddi zərbə vurub.
ABŞ lideri əlavə edib ki, ölkənin silah ehtiyatlarında problem yoxdur və müharibədə istədikləri qədər orta və yüksək səviyyəli mərmi istifadə edə bilirlər.
4-03-2026, 00:57
Dubaydakı ABŞ Konsolosluğuna PUA hücumu


Dubaydakı ABŞ Konsolosluğuna PUA hücumu

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ABŞ Konsolosluğuna insansız hava vasitəsi ilə hücum edilib və binada kiçik yanğın baş verib.
Dubay Hökumətinin Mediya Ofisi yanğının nəzarət altına alındığını və hadisə zamanı xəsarət alan olmadığını bildirib.
Hücumda istifadə olunan kamikaze tipli PUA-nın mənşəyi hələ məlum deyil.
4-03-2026, 00:47
Türkiyə lideri regiondakı gərginliyi dəyərləndirdi


Türkiyə lideri regiondakı gərginliyi dəyərləndirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dünyanın “güc qanunu”nun hökm sürdüyü xaotik bir mərhələyə doğru irəlilədiyini bildirib.
O, bu fikri Ramazan ayı münasibətilə keçirilən iftar süfrəsində çıxışı zamanı səsləndirib.
“Dünyamız kobud gücün tətbiq olunduğu və güc qanununun işlədiyi xaotik bir dövrə doğru sürətlə gedir. Bunu qonşumuz İranla bağlı baş verən prosesdə bir daha müşahidə edirik,” – Ərdoğan vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Türkiyə regionla bağlı məsələlərdə heç vaxt neytral mövqe tutmayıb və hər zaman sülhün, sabitliyin, ədalətin və ümumbəşəri dəyərlərin tərəfində olub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq İsrail və bölgədəki ABŞ obyektlərinə zərbələr endirib. İran dövlət mediası hücumlar nəticəsində ali lider Əli Xameneinin həlak olduğunu açıqlayıb.
4-03-2026, 00:32
İsrail Tehranda SEPAH komandirini öldürüb


İsrail Tehranda SEPAH komandirini öldürüb

İsrail ordusu Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlılarının Livan korpusuna rəhbərlik edən Davud Əlizadənin öldürüldüyünü açıqlayıb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.
Qeyd olunub ki, Əlizadə İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi dəqiq zərbə nəticəsində həlak olub.
O, daha əvvəl İsrailin hücumu zamanı zərərsizləşdirilmiş keçmiş komandir Həsən Məhdavinin yerinə “Qüds” qüvvələrinin Livan korpusunda komandir səlahiyyətlərini icra edirdi.
4-03-2026, 00:05
Tezliklə İranın yeni liderinin adı açıqlanacaq


Tezliklə İranın yeni liderinin adı açıqlanacaq

İran mediasının yaydığı xəbərə görə, ölkə yaxın saatlar və ya günlər ərzində İslam Respublikasının yeni Ali liderinin seçilməsi ilə bağlı səsvermənin rəsmi nəticələrini açıqlamağa hazırlaşır.
Ali lider Ayətullah Əli Xameneinin ABŞ və İsrail hücumları nəticəsində həyatını itirməsindən sonra yeni rəhbərin müəyyənləşdirilməsi prosesi başlayıb. Açıqlamada vurğulanır ki, İran İslam sisteminin davamlılığını və birliyini nümayiş etdirməlidir.
Eyni zamanda, ABŞ və İsrail qüvvələrinin zərbə endirdiyi deyilən Qumdakı Ekspertlər Məclisinin binasında iclas keçirilməsi ilə bağlı yayılan məlumatlar təkzib olunub. Qeyd edilib ki, hücum faktı doğrudur, lakin həmin vaxt binada toplantı baş tutmayıb. Təhlükəsizlik baxımından iclasların məsafəli formatda və alternativ səsvermə üsulu ilə davam etdirildiyi bildirilib.
Məlumatlı mənbələr səsvermənin yekun mərhələdə olduğunu və yeni liderin adının tezliklə açıqlanacağını qeyd ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!