Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
5-03-2026, 15:20
Universitetdə əcnəbi tələbələrlə görüş keçirilib

Universitetdə əcnəbi

tələbələrlə görüş keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşü çərçivəsində “Gələcəyin memarları Azərbaycanda yetişir” mövzusunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş görüş keçirilib.

AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva açılış nitqi ilə çıxış edərək universitetdə təhsil alan əcnəbi tələbələrin akademik və sosial mühitə inteqrasiyası, onların elmi potensialının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Prorektor qeyd edib ki, universitet beynəlxalq tələbələrin rahat təhsil alması, akademik mühitə uyğunlaşması üçün müxtəlif təşəbbüslər həyata keçirir.
Tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Sima Yaqubova, Şura üzvləri Vidadi Fətullayev və Nədimə Rəhimli çıxış edərək əcnəbi tələbələrin miqrasiya hüquqları, ölkədə qalma və qeydiyyat qaydaları, eləcə də onların cəmiyyətə inteqrasiyası məsələləri barədə məlumat veriblər.

Tədbirdə həmçinin WUF13 Əməliyyat Şirkətinin substantiv məzmun meneceri Cəmilə İsmayılzadə çıxış edərək beynəlxalq tədbirlərin təşkili, xüsusilə də Ümumdünya Şəhərsalma Forumu çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və əməkdaşlıq imkanları barədə danışıb.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin nümayəndələri – Hüquqi təminat idarəsinin rəis müavini, baş miqrasiya xidməti müşaviri Xəyalə Abbasova, Miqrasiya proseslərinin tənzimlənməsi baş idarəsinin baş inspektoru, miqrasiya xidməti müşaviri Nihad Kazımov və Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru, miqrasiya xidməti müşaviri Xəyalə İsmayılova də çıxış edərək əcnəbi tələbələrin miqrasiya məsələləri, ölkədə qalma və qeydiyyat qaydaları, eləcə də mövcud qanunvericiliklə bağlı ətraflı məlumat veriblər.

Görüşün sonunda əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb, miqrasiya sahəsi ilə bağlı praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri dinlənilib. Azərbaycanda təhsil alan gənc memarların beynəlxalq peşəkar trendlərə inteqrasiyası, gələcəyin şəhərlərinin formalaşmasında onların rolu və bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, AzMİU-da təhsil alan əcnəbi tələbələrin akademik və sosial mühitə inteqrasiyası, WUF13 çərçivəsində həyata keçiriləcək tədbirlərdə fəal iştirakı üçün universitet tərəfindən müvafiq dəstək göstəriləcək.
5-03-2026, 15:13
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat oldu


Dövlət Neft Fondunun rəhbərliyinə təyinat oldu

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyinə təyinat olub.
Bu barədə Fonddan bildirilib. Məlumata görə, Vadim Pşeniçnıy bu ilin mart ayından etibarən ARDNF-in İcraçı direktoruna müşavir təyin edilib.
Qeyd edək ki, V. Pşeniçnıy 2005-ci ildən ARDNF-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən yeni vəzifəsinə qədər Fondun risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində işləyib.
5-03-2026, 15:02
Naxçıvana dron hücumu ilə bağlı İrandan AÇIQLAMA


Naxçıvana dron hücumu ilə bağlı İrandan AÇIQLAMA

İran xarici işlər nazirinin müavini Qəribabadi Tehranın Naxçıvan Beynəlxalq Hava Limanı yaxınlığındakı dron hadisəsində iştirakını təkzib edib.
Diplomat "AnewZ" televiziya kanalına verdiyi müsahibədə bildirib ki, İran qonşu ölkələrə zərbə endirmir. Bu hadisə hərtərəfli araşdırma tələb edir.
O, İslam Respublikasının müdafiə strategiyasının seçici olduğunu vurğulayıb. Onun sözlərinə görə, yalnız İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini təmin edən ölkələr zərbələrə məruz qala bilərlər..
Qeyd edək ki, İran PUA-larının Naxçıvan aeroportuna hücumunu əks etdirən görüntülər var və Azərbaycan buna kəskin etirazını bildirib.

5-03-2026, 14:46
Dron hücumunda yaralanan şəxslərin kimliyi AÇIQLANDI


Dron hücumunda yaralanan şəxslərin kimliyi AÇIQLANDI

Dron hücumları nəticəsində Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.
Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Babək rayon Nehrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.
Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.
Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.
İctimaiyyətə tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etsinlər.
5-03-2026, 14:38
İran Rusiyadan kömək istəməyib - Peskov


İran Rusiyadan kömək istəməyib - Peskov

Moskva İrandan lazımi yardım üçün heç bir sorğu alınmayıb.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Peskov Rusiyanın İrana silah yardımı göstərib-göstərmədiyi sualına cavab olaraq bildirib: "İranda heç bir sorğu daxil olmayıb".
Fevralın 28-dən ABŞ və İsrail Tehran da daxil olmaqla İrandakı hədəflərə zərbələr endirməyə bşlayıbr. Bu hücumlarda və mülki şəxslərin itkisi haqqında məlumatlar yayılıb. İran İsrail ərazisinə, həm də Yaxın Şərqdəki ABŞ hərbi hədəflərə zərbələr endirməklə cavab verir.
5-03-2026, 14:19
İranın dron hücumundan xəsarət alanların sayı 4-ə çatıb


İranın dron hücumundan xəsarət alanların sayı 4-ə çatıb

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.
Bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirilib.
Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
Onlardan 2 nəfərə baş-beyin travması, digər 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.
Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir.
5-03-2026, 14:11
Paşinyan Ermənistandakı Rusiya bazasından danışdı


Paşinyan Ermənistandakı Rusiya bazasından danışdı

Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası Ermənistanın Qərbə baxışına maneə yaratmayıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, İrəvandakı brifinqdə bazanın Ermənistanın Qərbə gedən yoluna mane olub-olmadığı ilə bağlı suala cavab verib.
Baş nazir sualı səhv ifadə edilmiş hesab edərək deyib: "Ermənistan heç yerə getmir".
"Sözlərimi təhrif edirsiniz. Mən heç vaxt Ermənistanın Qərbə doğru irəlilədiyini deməmişəm. Avropa İttifaqına üzvlüyə gəldikdə isə mən bu barədə Avrasiya İqtisadi İttifaqı kontekstində danışmışam. Hələ ki Rusiya hərbi bazasının Qərbə baxışımıza maneə törədəcəyi mərhələsində deyilik. Əgər görsək ki, bu, baxışımıza maneə törədir, onda düşünəcəyik: əgər heç bir problem yoxdursa, necə hərəkət etməliyik?",- Paşinyan deyib.
Baş nazir bir daha təkrarlayıb ki, Ermənistanın Rusiya ilə münasibətləri pisləşdirmək və ya onun maraqlarına zidd bir şey etmək məqsədi yoxdur. O deyib ki, Ermənistanın vəzifəsi yalnız öz maraqları ilə idarə olunmaqdır.
Xatırladaq ki, 102-ci Rusiya hərbi bazası 1995-ci ildə Moskva ilə İrəvan arasında bağlanmış dövlətlərarası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir. 20 avqust 2010-cu ildə Rusiya və Ermənistan bazanın yerləşdirilməsi ilə bağlı müqaviləni 2044-cü ilə qədər uzadıblar.
5-03-2026, 14:01
Naxçıvanda məktəb yaxınlığına düşən dronun qalıqları - FOTO


Naxçıvanda məktəb yaxınlığına düşən dronun qalıqları - FOTO

Xəbər verdiyimiz kimi, İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına, eləcə də Babək rayon Şəkərabad kənd tam orta məktəbinə dron hücumu həyata keçirilib.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

5-03-2026, 13:53
Azərbaycan İrana 3 tələb İRƏLİ SÜRÜB


Azərbaycan İrana 3 tələb İRƏLİ SÜRÜB

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.
Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.
5-03-2026, 10:38
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir


Azərbaycan Avropa enerji

bazarında mövqeyini gücləndirir


Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edərək enerji təhlükəsizliyi, qaz təchizatının genişləndirilməsi, yaşıl enerji gündəliyi və Azərbaycanın qlobal enerji bazarındakı roluna dair mühüm mesajlar verdi. Enerji təhlükəsizliyi məsələlərinin müzakirə yolu ilə həlli və ölkələrin bir masa ətrafında toplaşması indi hər zamankından daha böyük əhəmiyyət daşıdığını vurğuladı.
Prezident qeyd etdi ki, təşəbbüsün başlanmasından 12 il ötür və bu müddət ərzində dünya müxtəlif çətinliklər, mürəkkəb geosiyasi proseslər və enerji böhranları ilə üzləşib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfdaşları ilə birlikdə bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına nail olub və bu, artıq gündəlik həyatda hiss edilən reallığa çevrilib. Ötən il Bakıda keçirilən son görüşdən sonra da irəliləyişin davam etdiyi xüsusi vurğulandı.
Dövlət başçısı bildirdi ki, Azərbaycan hazırda 16 ölkəyə qaz tədarük edir və boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Qaz təchizatının coğrafiyası artıq Avropa hüdudlarını da aşaraq yeni istiqamətləri əhatə edir. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlanılıb və 1,5 milyard kubmetr həcmində ixrac həmin ölkədə elektrik enerjisi qıtlığının azaldılmasına töhfə verir. Prezident vurğuladı ki, qaz təchizatının şaxələndirilməsi həm istehlakçı, həm də istehsalçı ölkələr üçün həyati əhəmiyyət daşıyır.
Azərbaycanın Avropa enerji bazarındakı mövqeyi də güclənməkdədir. Artıq Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb və bununla da Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Bununla yanaşı, hasilatın artırılması istiqamətində konkret planlar mövcuddur. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir. Yaxın illərdə “Abşeron” yatağının tammiqyaslı işlənməsi və “Ümid” yatağının ikinci mərhələsi üzrə hasilatın başlanması planlaşdırılır. 2028-ci ildə isə “Şahdəniz” yatağında yeni mərhələnin istismara verilməsi nəzərdə tutulur. Bu layihələr maksimum səviyyədə əlavə 10-15 milyard kubmetr qaz hasilatına imkan yaradacaq. Prezident qeyd etdi ki, bunun üçün mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zəruridir, çünki Cənub Qaz Dəhlizi artıq tam yüklənib.
Prezident eyni zamanda bildirdi ki, 240 meqavat gücündə regionun ən böyük külək elektrik stansiyası istifadəyə verilib və layihə “ACWA Power” tərəfindən reallaşdırılıb. Bundan əvvəl isə “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa olunub. Bir sıra yeni layihələr icra mərhələsindədir və xarici sərmayəçilərlə yanaşı, SOCAR və özəl yerli şirkətlər də alternativ enerji sahəsinə investisiya yatırırlar.
Azərbaycan Avropaya Qara dənizin dibi ilə uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan ölkəmizə gələcək enerji kabeli layihələri üzərində də iş aparır. Müvafiq müqavilələr artıq imzalanıb, layihələrdən birində iqtisadi-texniki əsaslandırma mərhələsi yekunlaşmaq üzrədir. Prezidentin sözlərinə görə, bu layihələr bir çox ölkələrin enerji təhlükəsizliyi üçün ekzistensial əhəmiyyət daşıyacaq.
Dövlət başçısı bəyan etdi ki, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi istehsalı planlaşdırılır. Bu, daxili tələbatın qarşılanması, iqtisadiyyatın və sənayenin inkişafı, eləcə də ixrac imkanlarının genişləndirilməsi baxımından böyük potensialdır. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının enerji, süni intellekt və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açdığı vurğulandı.
Prezident həmçinin işğaldan azad edilmiş ərazilərdə hidroelektrik stansiyalara yatırılan investisiyalar barədə də məlumat verdi.
Çıxışında Prezident praqmatik yanaşmanın vacibliyini xüsusi vurğuladı. O qeyd etdi ki, bərpaolunan enerji mənbələrinin inkişafı ilə yanaşı, faydalı qazıntı yanacaqlarını tamamilə nəzərdən kənarda qoymaq real deyil. Azərbaycan həm qaz ehtiyatlarını effektiv şəkildə dəyərləndirir, həm də yaşıl enerjiyə milyardlarla sərmayə yatırır.
Sonda dövlət başçısı Azərbaycanın etibarlı tranzit ölkə roluna da diqqət çəkdi: “Qazaxıstan və Türkmənistan neftinin tranziti ildən-ilə artır və ölkənin infrastrukturu daha böyük həcmləri qəbul etməyə imkan verir. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq stansiyanın inşasına dair müqavilənin imzalanması, eləcə də İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin alınması Azərbaycanın enerji sahəsində beynəlxalq mövqeyini daha da gücləndirir. Egey dənizi sahillərində mövcud 12 milyon tonluq müəssisə ilə birlikdə Aralıq və Egey hövzəsində ümumi 22 milyon tonluq emal potensialı formalaşıb ki, bu da qlobal enerji təchizatında mühüm rol oynayacaq”.

Malik Məmmədov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İƏD üzrə nümayəndəsi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!