Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
12-03-2026, 16:53
Dövlət qulluqçularına bonus ödəniləcək


Dövlət qulluqçularına bonus ödəniləcək

Ermənistanın dövlət qulluqçuları yenidən təxminən 4,6 milyard dram məbləğində bonus alacaqlar.
Bu məqsədlə dövlət büdcəsindən təxminən 4,6 milyard dram ayrılacaq. Müvafiq qərar hökumət iclasında qəbul edilib.
Baş nazirin müavini Tiqran Xaçatryan qeyd edib ki, 2025-ci ilin ikinci yarısı üçün dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə əsasən, hakimiyyət orqanları dövlət qurumlarının fəaliyyət göstəricilərinin müəyyən edilmiş maksimum planlara yaxın olduğu qənaətinə gəliblər. Bu, əlavə kompensasiya verilməsi qərarının əsasını təşkil edib.
Xaçatryan həmçinin xatırladıb ki, 2025-ci ilin birinci yarısının nəticələrinə əsasən, 57 sahədə 15 qurumun fəaliyyətinin qiymətləndirildiyi zaman artıq 3,6 milyard dram ayrılıb və bonus fonduna ödənilib.
12-03-2026, 16:27
Əli Əsədov ilkin hərbi qeydiyyatla bağlı qərar imzaladı


Əli Əsədov ilkin hərbi qeydiyyatla bağlı qərar imzaladı

Azərbaycanın kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qayda ilə cari ildə 15 yaşı tamam olan 18 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydasını müəyyən ediləcək, habelə həmin şəxslərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınması onların müddətli həqiqi hərbi xidmətə yararlılığının ilkin olaraq müəyyən olunması, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş şəxslərin müalicəsinin təşkil edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırış resursunun formalaşdırılmasını, valideynlərin və sözügedən vətəndaşların ilkin qeydiyyatla bağlı elektron məlumatlandırılması, hüquq və vəzifələrinin aydın şəkildə müəyyən edilməsi, prosesin mərkəzləşdirilmiş, təhlükəsiz və eləcə də şəffaf idarə olunması təmin olunacaq.
12-03-2026, 16:17
Cavid Vəkilov yazır:  Müasir Azərbaycan gəncliyinin   cəmiyyətdə rolu

Cavid Vəkilov yazır:


Müasir Azərbaycan gəncliyinin

cəmiyyətdə rolu


Müasir dövrdə gənclər hər bir cəmiyyətin inkişafında əsas aparıcı qüvvələrdən biri hesab olunur. Azərbaycan gəncliyi də ölkənin ictimai həyatında getdikcə daha fəal iştirak edir və müxtəlif sahələrdə öz töhfəsini verməyə çalışır. Bu gün gənclər yalnız təhsil almaqla kifayətlənmir, eyni zamanda sosial layihələrdə, ictimai təşəbbüslərdə və könüllülük fəaliyyətində iştirak edərək cəmiyyətin inkişafına dəstək olurlar.
Son illərdə Azərbaycanda gənclərin ictimai fəallığı daha da artmışdır. Gənclər müxtəlif təşkilatlarda, layihələrdə və sosial aksiyalarda iştirak etməklə həm öz bacarıqlarını inkişaf etdirir, həm də cəmiyyətə fayda verməyə çalışırlar. Bu proses gənclərdə məsuliyyət hissinin formalaşmasına və onların daha fəal vətəndaş kimi yetişməsinə mühüm təsir göstərir.
Xüsusilə könüllülük fəaliyyəti müasir Azərbaycan gəncliyinin rolunu aydın göstərir. Sosial, mədəni və humanitar tədbirlərdə könüllü kimi iştirak edən gənclər həm təcrübə qazanır, həm də cəmiyyətə faydalı olurlar. Bu fəaliyyət gənclərdə həmrəylik, məsuliyyət və vətəndaşlıq hissinin güclənməsinə mühüm təsir göstərir. Könüllülük fəaliyyəti gənclərə həm də liderlik bacarıqlarını inkişaf etdirmək və ictimai həyatda aktiv iştirak etmək imkanı yaradır.
Bu gün Azərbaycan gəncliyi həm milli dəyərlərə sadiq qalır, həm də müasir dünyanın tələblərinə uyğun inkişaf etməyə çalışır. Gənclərin ictimai fəallığı, təşəbbüskarlığı və könüllülük fəaliyyəti cəmiyyətin inkişafında mühüm rol oynayır. Fəal, savadlı və vətənpərvər gənclər Azərbaycanın gələcəyinin daha güclü olmasının əsas təminatlarından biridir.
Beləliklə, fəal və məsuliyyətli Azərbaycan gəncliyi cəmiyyətin inkişafında aparıcı qüvvədir. Onların təşəbbüskarlığı, könüllülük fəaliyyəti və ictimai fəallığı Azərbaycanın gələcəyini daha güclü, ümidverici və inkişaf etmiş edir.

Gənc İctimai-Siyasi Fəal
Cavid Vəkilov
12-03-2026, 16:14
Kim Çen In atəş açdı


Kim Çen In atəş açdı

Şimali Koreya lideri Kim Çen In hərbi obyektə baş çəkərək, Şimali Koreyanın yeni istehsalı olan tapançanı sınaqdan keçirib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
"Yoldaş Kim Çen In əvvəllər Müdafiə Nazirliyindən və Baş Qərargahdan yeni tapança modelinin dizayn mükəmməlliyi, dəqiqliyi, dəqiqliyi və döyüş yararlılığına görə yüksək qiymətləndirildiyini bildirən bir hesabat aldığını bildirib",-bəyanatda deyilir.
Agentliyin dərc etdiyi fotoşəkillərdə dövlət başçısı və qızı Kim Cu-enin atıcılıq poliqonunda tapançanı sınaqdan keçirdikləri görünür. Kim Çen In yeni inkişafdan məmnunluğunu ifadə edib və Mərkəzi Hərbi Komissiyanın (MKK) növbəti beş illik dövr üçün hərbi-sənaye müəssisələrinin modernləşdirilməsi üçün büdcə planını aprel ayında nəzərdən keçirəcəyini açıqlayıb.

12-03-2026, 15:38
Daha bir tiktoker saxlanıldı


Daha bir tiktoker saxlanıldı

Polis daha bir tiktokeri saxlayıb.
Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov saxlanılıb. Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.
Müvafiq qərarla Ə.Nəzərov inzibati qaydada həbs olunub.
12-03-2026, 15:33
Magistraturaya qəbul imtahanında 1 nəfər maksimum bal topladı


Magistraturaya qəbul imtahanında 1 nəfər maksimum bal topladı

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına fevralın 15-də keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib. İmtahanın qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 17-də olan olunub.
DİM-dən bildirilib ki, hazırda xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.
İmtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
12-03-2026, 15:26
Təbriz bombalandı - 2 uşaq həlak oldu


Təbriz bombalandı - 2 uşaq həlak oldu

ABŞ aviasiyasının İrana hücumları çərçivəsində Təbrizə zərbələr endirilib.
Hava hücumu zamanı 2 uşaq - Mahan Əlizadə və Ata Əzmudə həlak olub.
Təbrizli azyaşlıların məktəb şagirdləri olduğu bildirilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniya zamanı 1300-dən çox insan həlak olub.
12-03-2026, 15:17
İrana yardım aparan Rusiya təyyarsi Lənkəranda


İrana yardım aparan Rusiya təyyarsi Lənkəranda

Rusiya İrana humanitar yardım göndərib.
Humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib.
On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.
Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınır.
Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
12-03-2026, 15:00
Prezident BƏƏ ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ


Prezident BƏƏ ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, memorandum 2026-cı il fevralın 4-də Dubay şəhərində imzalanıb.
12-03-2026, 14:19
Azərbaycanlı jurnalist Paşinyanla selfi çəkdi


Azərbaycanlı jurnalist Paşinyanla selfi çəkdi

Fransanın Strasburq şəhərində yaşayan azərbaycanlı jurnalist, "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanla selfi çəkib.
Rahim Hacıyev Paşinyanla şəklini sosial mediada “şəhərimizin qonaqlarından biri ilə selfi” şərhi yazaraq paylaşıb.
Qeyd edək ki, Nikol Paşinyan dünən Fransada səfərdə olub, Avropa Parlamentində çıxış edib.
Xatırladaq ki, "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev 2017-ci ildə Azərbaycanı tərk edib. O, ailəsi ilə birlikdə Fransaya köçüb.
"Azadlıq" qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!