“Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                       
14-03-2026, 12:13
Səməd Vurğunun çox nadir FOTOSU yayıldı


Səməd Vurğunun çox nadir FOTOSU yayıldı

Tarixçi alim, professor Cəmil Həsənli sosial mediadamərhum Xalq şairi Səməd Vurğunun "çox nadir" adlandırdığı fotosunu paylaşıb.
C.Həsənli fotonu belə şərh edib:
"Səməd Vurğunun 120-ci doğum gününə bir həftə qalır. Qoy bu foto da böyük şairin ruhuna hədiyyə olsun. Bu şəkli mən haradasa 18-20 il əvvəl Moskvada Rusiya Kino-Foto, Sənədlər Arxivində işləyərkən əldə etmişdim.
Foto SSRİ yazıçılarının 1954-cü ilin 15-26 dekabr tarixlərində keçirilən ikinci qurultayında çəkilib. Orada Səməd Vurğun Sovet poeziyası haqqında geniş məruzə etmişdi.
Qurultay uzun çəkmişdi. Mixail Şploxovun qurultayda Sovet rəhbərliyinin ədəbiyyat siyasətini tənqid etməsi, SSRİ-də "boz ədəbiyyat" təhlükəsi haqqında danışması kəskin mübahisələrə səbəb olmuşdu. Hamı yorulmuşdu. Bu foto həmin yorğunluğun dolğun bir kompoziyasıdır".

14-03-2026, 10:30
ABŞ İranın strateji adasını vurdu - Tramp xəbərdarlıq etdi


ABŞ İranın strateji adasını vurdu - Tramp xəbərdarlıq etdi

ABŞ İranın Xark adasındakı hərbi obyektlərinə zərbələr endirib.
ABŞ rəsmiləri və İran dövlət mediasının məlumatına görə, neft ticarəti ilə əlaqəli ərazilərə zərbə endirilməyib. Lakin Tramp İran Hörmüz boğazından gəmilərin keçməsini dayandırmağa davam edərsə, həmin ərazilərə də zərbə endirəcəyi ilə hədələyib.
Kiçik ölçüsünə baxmayaraq, Xark adası İran üçün iqtisadi bir həyat xəttidir və ölkənin xam neft ixracatının təxminən 90%-ni emal edir. Yəni adaya qarşı hər hansı bir hücum böyük eskalasiya riski daşıyır.
Qeyd edək ki, Xark adası İran sahillərindən cəmi 25 kilometr (15 mil) məsafədə, Fars körfəzində yerləşir.
Demək olar ki, hər gün İranın əsas yataqlarından - Əhvaz, Marun və Qaçsaran da daxil olmaqla - milyonlarla barel xam neft boru kəmərləri vasitəsilə adaya axır. Bu ada sərt hərbi nəzarət səbəbindən iranlılar arasında "Qadağan olunmuş ada" kimi tanınır.
Uzun müddətdir ki, İran iqtisadiyyatı üçün açar rolunu oynayan ada barədə 1984-cü ilə aid CİA sənədləri mövcuddur. Sənədlərdə adada yerləşən qurğular İranın neft sistemində ən vacib obyektlər kimi dəyərləndirilir. Bildirilir ki, onların davamlı fəaliyyəti İranın iqtisadi rifahı üçün vacibdir.
İsrail müxalifət lideri Yair Lapid bu yaxınlarda terminalın dağıdılmasının İran iqtisadiyyatını iflic edəcəyini və rejimi devirəcəyini bildirib.
14-03-2026, 10:15
İran məğlub olub və razılaşma istəyir - Tramp


İran məğlub olub və razılaşma istəyir - Tramp

İran tamamilə məğlub olub və razılaşma istəyir.
Bu iddia ilə ABŞ prezidenti Donald Tramp çıxış edib.
“Saxta xəbər KİV-ləri ABŞ Silahlı Qüvvələrinin İranla necə yaxşı mübarizə apardığını bildirməyə dözə bilmirlər. İran tam məğlub olub və razılaşma bağlamaq istəyir — amma bu, mənim razılaşacağım bir razılaşma deyil!”, - Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olub. Cavab olaraq, İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər də həlak olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!